Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı oldu -Horadizdə Zəfər yürüşü (FOTOLAR)

“Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı oldu -

Horadiz şəhərində Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə zəfər yürüşü keçirilib, “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub.

Yenixeber.org:  Zəfər yürüşünün iştirakçıları Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin Sədr müavini Bahar Muradova, Ombudsman Elmira Suleymanova və respublikanın 17 rayon və şəhərindən olan şəhid ailələrinin üzvləri əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Hərbi orkestrin ifasında təntənəli marşın sədaları altında Heydər Əliyev parkından Horadiz-Cəbrayıl avtomobil yolunun kənarında inşa edilən “Aprel şəhidlərinə xatirə” abidəsinə qədər davam edən yürüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin Sədr müavini Bahar Muradova, aprel döyüşlərində şəhid olmuş 22 əsgər və zabitin respublikanın 17 rayon və şəhərindən gəlmiş ailə üzvləri, millət vəkilləri, yüksək rütbəli hərbçilər, əsgərlər, ictimaiyyət nümayəndələri, o cümlədən Lələtəpənin azad olunması zamanı sağlamlığını itirən döyüşçülər iştirak ediblər. Əllərində Lələtəpə uğrunda döyüşlərdə şəhid olanların portretləri və Azərbaycanın Dövlət bayrağını tutan yürüş iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey ordu üçün, hər şey qələbə üçün”, “Ali Baş komandanın əmrlərinə hazırıq” kimi şüarlar səsləndiriblər.

Sonra “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub. Açılışda çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib. Alı Alıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. “Azərbaycan Ordusu uzun illərdən sonra düşmən üzərində növbəti böyük qələbəni  Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında keçən il 02-05 aprel tarixlərində qazandı. Bu döyüşlərdə Azərbaycan Ordusu öz gücünü, qüdrətini düşmənə bir daha göstərdi, qələbə çalmaq əzmini sübut etdi. Bu gün açılışı olan abidə Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid 22 nəfər zabit və əsgərinin şərəfinə ucaldılıb. Abidə Füzuli-Cəbrayıl avtomobil yolunun kənarında yerləşir. Zəfərə gedən yol da məhz buradan başlayır”, – deyə A.Alıyev vurğulayıb.

Digər çıxış edənlər 02-05 aprel tarixlərində düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini bildiriblər.

Naxçıvan MR, Bakı şəhəri, Bərdə, Biləsuvar, Şəki, Kürdəmir, Ağdam və digər rayonlardan gələn şəhid ailələri övladlarının adının əbədiləşdirilməsinə və onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə “Lələtəpə fatehləri” kitabı təqdim edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam