Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

""Bakı 2015"-lə bağlı təhlükəsizlik yüksək səviyyədə təmin edilib"

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi təntənəli qeyd olunub.

"Xeberinfo.com":  MTN-nin İctimai Əlaqələr Mərkəzindən "Trend"-ə bildiriblər ki, Nazirliyin İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, ulu öndərin abidəsi önünə gül dəstəsi qoyublar.

Sonra mərasim iştirakçıları MTN-in İdman və Sağlamlıq Mərkəzində idmanın əksər növləri ilə məşğul olmaq üçün yaradılmış şəraitlə, o cümlədən idman meydançalarında və məşq zallarında aparılmış yenidənqurma işləri, “Titan” idman klubunun üzvlərinin respublika və beynəlxalq yarışlarda, turnirlərdə və spartakiadalarda əldə etdikləri nailiyyətləri və qazandıqları mükafatları, cox saylı medalları və kubokları əks etdirən eksponatlarla tanış olublar. Qonaqlara MTN-in İdman və Sağlamlıq Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib.

MTN-in İdman və Sağlamlıq Mərkəzinin “Titan” idman klubunun idmançıları tərəfindən təqdim olunan əlbəyaxa döyüş və xüsusi hazırlıq növləri üzrə nümunəvi çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Nümunəvi çıxışlar bitdikdən sonra MTN-in Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində təltif olunma mərasimi keçirilib. Əvvəlcə təntənəli mərasim iştirakçıları muzeydə Ümummilli lider Heydər Əliyevin zəngin həyat və dövlətçilik fəaliyyətini əks etdirən fotostendlərlə və eksponatlarla tanış olublar.

Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarını, “Titan” idman klubunun üzvlərini bir daha təbrik edib, onlara Azərbaycanın idman nüfuzunun yüksəldilməsi, ölkəmizin bayrağının daim ucalarda dalğalanması naminə əzmkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Bildirilib ki, Azərbaycanda idmanın inkişafı və ardıcıl uğurları ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Fiziki və mənəvi sağlamlığa bir prizmadan baxan Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə idman və bədən tərbiyəsi işi kütləvi xarakter alıb. Ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda idmanın yeni və sürətli inkişaf mərhələsi başlanıb. Respublikanın idman potensialının gücləndirilməsi və beynəlxalq arenaya çıxarılması üçün səmərəli siyasət xətti həyata keçirilir.

Qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada başlanan milli olimpiya hərəkatının əhəmiyyəti ölçüyəgəlməzdir. Hazırda respublikanın hər tərəfində müasir və beynəlxalq standartlara cavab verən Olimpiya İdman Kompleksləri, idman sağlamlıq mərkəzləri tikilərək peşəkar idmançıların, habelə həvəskarların istifadəsinə verilir. Çünki həm fiziki, həm də mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsi dövlətimizin gənclər və idman siyasətinin başlıca prinsipidir və bu işdə idmanın kompleks təşkilinin çox böyük rolu var. Məşhur bir ifadədə deyildiyi kimi: «Sağlam bədəndə sağlam ruh olar».

Son illərdə paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman mərkəzləri Azərbaycanın idman potensialının nümayişi, eləcə də gənclərin bu sahəyə meylinin artmasının göstəricisidir. Ölkəmizdə bu cür idman obyektlərinin tikilib istifadəyə verilməsinin bir məqsədi var: gənc nəslin sağlam böyüməsi və yetişməsi. Həmçinin, Azərbaycanın yüksək səviyyəli beynəlxalq yarışların, mötəbər turnirlərin keçirildiyi idman ölkəsi kimi nüfuzunun daha da genişlənməsi.

2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Respublikasında bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün yeni idman arenalarının və komplekslərinin açıldığını, mövcud idman obyektlərinın əsaslı təmir edildiyini və infrastrukturun daha da genişləndirildiyini qeyd edən nazir Eldar Mahmudov bildirib ki, bütün bunlar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini bir daha təsdiqləyir, ölkəmizin mötəbər idman yarışlarını, beynəlxalq turnirləri, Avropa və dünya çempionatlarını təşkil etməyə qadir olduğunu sübut edir.

Son illər ərzində idmançılarımız böyük uğurlar qazanıblar. Əlbəttə ki, ölkə idmanının sürətli inkişafında və əldə edilən uğurlu nəticələrdə Azərbaycanın birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın önəmli xidmətləri xüsusi qeyd edilməlidir.

Nazir Eldar Mahmudov sağlamlığın, fiziki və döyüş hazırlığının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşəkar fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını, bu sahəyə diqqətin xeyli artırıldığını qeyd edib. Bu işin daha məqsədyönlü təşkili üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 19 aprel 2010-cu il tarixdə imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyinin İdman və Sağlamlıq Mərkəzi yaradılıb. Milli təhlükəsizlik orqanlarının əməkdaşları olan idmançılarımızın uğurları ildən-ilə artır. Onların həm respublika səviyyəli, həm də beynəlxalq yarışlarda qazandıqları medallar hamımızı sevindirir.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları son on ildə müxtəlif yarışlarda ümumilikdə 47 qızıl, 42 gümüş və 33 bürünc medal qazanıblar. Bütün turnirlərdə, eləcə də, İdman və Sağlamlıq Mərkəzində idmanın müxtəlif növləri üzrə yarışların təşkilində Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin dəstəyini biz yüksək qiymətləndiririk. İnanırıq ki, gənclərimiz bütün qüvvə və imkanlarını səfərbər edəcək, Azərbaycanın hərtərəfli tərəqqisi naminə əzmlə çalışacaqlar. Həm təhsildə, əməliyyat-xidməti fəaliyyətdə, həm də idman sahəsində yeni uğurlar qazanacaqlar.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı sosial siyasət bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynayıb. Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, effektiv idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurları üçün yol açıb. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası bir şox mötəbər beynəlxalq yarışları uğurla təşkil edib və gələcəkdə də bu cür tədbirlərin həyata keçirilməsi üçün yüksək etimad qazanıb.

İdmana dövlət qayğısının idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələrə də müsbət təsir göstərdiyini bildirən nazir Azad Rəhimov, istər böyüklərin Olimpiya Oyunlarında, istərsə də yeniyetmələrin Olimpiya Oyunlarında hər dəfə idmançılarımızın qazandıqları medalların sayının əvvəlkindən çox olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının idman sahəsində uğurlarına verilən ən yüksək qiymət isə ilk Avropa Oyunlarının Bakıda keçirilməsidir. Bu istiqamətdə I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edən nazir Azad Rəhimov, idmanın surətli inkişafının, eyni zamanda, müasir idman infrastrukturunun yaradılması ilə də müşahidə olunduğunu vurğulayıb. Paytaxtla yanaşı, bölgələrdə də Olimpiya mərkəzləri, ayrı-ayrı idman növləri ilə məşğul olmaq üçün bina və tikililər ücaldılır. Bu isə idmanla yanaşı, bədən tərbiyəsinin də inkişafı üçün etibarlı zəmin yaradır.

Azərbaycan Respublikasında keçiriləcək beynəlxalq yarışlar üçün mövcud infrastukturu daha da təkmilləşdirmək, idmanın və bədən tərbiyəsinin normativ hüquqi bazasını müasir tələblər səviyyəsinə çatdırmaq, bədən tərbiyəsinin daha da kütləviləşdirilməsini təmin etmək, bu sahədə həyata keçiriləcək təşkilatı, maliyyə və hüquqi tədbirləri qabaqcıl standartlara uyğun təşkil etmək məqsədilə, Azərbaycan Respublikası prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “2015-2018-ci illərdə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi nəzərdə tutulub.

Gənclər və idman naziri bu baxımdan Milli Təhlükəsizlik Nazirliyində əməkdaşların döyüş və fiziki hazırlqlarının yüksək səviyyədə saxlanılması, onların respublika və beynəlxalq arenalarda Azərbaycanın idman nüfuzunun qorunması, layiqincə təmsil etmələri üçün bütün lazımi şəraitin yaradılığını xüsusi qeyd edib. O, MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarına, “Titan” idman klubunun üzvlərinə bundan sonra da Azərbaycanın bayrağını yüksəklərdə saxlamağı və yeni qələbələr qazanmağı arzulayıb.

Sonra xidməti fəaliyyətdə və idmanın inkişafında əldə etdikləri yüksək nailiyyətlərə görə MTN-in İdman və Sağlamlıq Mərkəzinin bir qrup əməkdaşının “Qüsursuz xidmətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları, “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Əməkdar idman ustası”, “Əməkdar məşqçi” və “İdman ustası” fəxri adları və idman dərəcəsi ilə təltif edilmələri barədə müvafiq olaraq milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun və Gənclər və idman naziri Azad Rəhimovun əmrləri elan olunub.

MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarına təltifləri və mükafatları general-polkovnik Eldar Mahmudov və Gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər. Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov “Beynəlxalq Universal Döyüş Federasiyasının Fəxri Mükafatı”nı Milli təhlükəsizlik naziri Eldar Mahmudova və Gənclər və idman naziri Azad Rəhimova təqdim edib. Xatirə şəkli çəkdirilib.

MTN-in İdman və Sağlamlıq Mərkəzinin rəisi, polkovnik-leytenant Vahid Ağakişiyev idmançılara göstərilən xüsusi diqqət və qayğıya görə “Titan” idman klubunun bütün üzvləri adından minnətdarlığını bildirib.

Sonda Mərkəzin fəaliyyətinə həsr edilmiş “Yeni qələbələrə doğru” sənədli filmi nümayiş etdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam