Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ərdoğan Paşinyanla telefon danışığı zamanı müzakirə etdiyi məsələləri açıqlayıb

"Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük".

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Ermənistandan prosesi uzatmaq əvəzinə, güclü iradə nümayiş etdirməsini gözlədiyini söyləyib: "Mən bu gözləntiləri sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığımız zamanı da bildirdim. Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük. Azərbaycan-Ermənistan normallaşma prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək".

Ərdoğan vurğulayıb ki, Türkiyə Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması üçün Azərbaycanla işləməyə davam edəcək: "Ümidvaram ki, səfərimiz təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaq. Mənə və nümayəndə heyətimə göstərilən müsbət qəbula görə qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür etmək istəyirəm".(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam