ABŞ Polşaya 2 milyard verəcək -SƏBƏB
Polşa və ABŞ Avropa ölkəsinin müdafiəsinin modernləşdirilməsini dəstəkləmək üçün 2 milyard dollarlıq birbaşa kreditin verilməsi haqqında saziş imzalayıb.
Yenixeber.org: Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
"Onun təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir. Polşa Ukraynaya yardımda mərkəzi rolundan əlavə, müdafiə sahəsinə böyük sərmayə qoyaraq regional təhlükəsizliyi gücləndirməyə sadiqdir", - bəyanatda qeyd olunub.