Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Cahangir Hacıyevin yeni cinayət işi məhkəmədə - böyük korrupsiya

 

Onun da daxil olduğu 22 nəfərlik dəstənin məhkəməsinin nəticəsi Londonda Zamirə Hacıyevanın da taleyini həll edəcək

Yenixeber.org: “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Cahangir Hacıyevə və keçmiş deputat Dünyamin Xəlilova qarşı yeni ittihamlar üzrə ibtidai istintaq yekunlaşıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatında vurğulanır ki, bundan əvvəl Hacıyev iqtisadi cinayətlərdə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, bəzi məsələlər üzrə iş ayrıca icraata götürülüb, Cahangir Hacıyevə və daha bir çox şəxsə əlavə ittihamlar irəli sürülüb. Birgə məlumata görə, araşdırma zamanı Hacıyevin göstərişi ilə qanunsuz veksel (borca görə öhdəlik) əməliyyatları həyata keçirildiyi ilə bağlı əsaslı şübhələr yaranıb. Xüsusən, başqa ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslərlə ümumilikdə 3,4 milyard dollar və 987 milyon avro məbləğində real dəyəri olmayan veksellərin alışı-satışı haqqında müqavilələr bağlandığı bildirilir: “Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir”.

Məlumatda vurğulanır ki, istintaq Hacıyevi və daha 20-dən çox şəxsi birlikdə 4,7 milyard manatı mənimsəməkdə ittiham edir. İstintaq həmçinin, “C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi ”Aztorq" MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edildiyini" bəyan edir.

Yuxarıda qeyd edilənlərlə əlaqədar Hacıyevə qarşı böyük məbləğdə pulun mənimsənilməsi, cinayətkar yolla əldə edilmiş vəsaitin leqallaşdıırılması, vergi ödənişindən yayınma və s. maddələrlə ittihamlar irəli sürülüb. Məlumatda vurğulanır ki, Xəlilov və digər 20 şəxs mənimsəmədə ittiham olunur. İş üzrə istintaq yekunlaşıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cahangir Hacıyevə verilmiş yeni ittiham üzrə onu hansı cəza gözləyir?

HüquqÅünas ÆkrÉm HÉsÉnov ile ilgili görsel sonucu

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda cəzanın maksimal həddi 20 ildir: “Cinayət Məcəlləsinin 55-ci maddəsinə əsasən cəza müddəti 20 ildir. Bundan başqa ömürlük cəza da təyin oluna bilər. Cahangir Hacıyevə verilmiş yeni ittihamlar üzrə cəzasını maksimum həddə, 20 ilə qədər artıra bilərlər. Vəssalam”.

Əkrəm Həsənov deyir ki, Azərbaycan Beynəlxalq Bankında dövlətin itkiləri çox böyükdür: “10 milyardlarla hesablanan itkilərdir. Cahangir Hacıyevə qarşı əvvəlki ittihamlarda elə də böyük rəqəmlər nəzərə çarpmırdı. Hazırkı ittihama təəccüblənmədim. Ehtimalım belədir ki, yeni ittihamlar da ola bilər”.

Qanunsuz kreditlərə görə azı 200 nəfər məhkəmə qarşısına çıxarılmalıdır

zamirÉ hacıyeva ile ilgili görsel sonucu

Hüquqşünas özünün şahidi olduğu və Azərbaycan Beynəlxalq Bankından verilən bir kreditin tarixçəsini misal çəkərək yeyintilərin miqyasını diqqətə çatdırdı: “Zamirə Hacıyevanın işi üzrə Azərbaycan tərəfi London məhkəməsinə sübutlar təqdim etməlidir. Cahangir Hacıyevə qarşı yeni ittihamların mümkündür ki, nəticə etibarı ilə həmin iş üzrə sübutların təqdim edilməsinə xidmət etsin. Amma məsələ burasındadır ki, sübutların toplanılması kreditlər və həmin kreditlərin mənisənilməsi ilə bağlıdırsa, məhkəmə qarşısında Cahangir Hacıyevlə bərabər 20 nəfər dayanmamalıdır. Azı 200 nəfər məhkəmə qarşısına çıxarılmalı və kreditin qanunsuz verilməsi sübuta yetirilməlidir.  Fikrimdə israrlıyam ki, Cahangir Hacıyev bu qədər pulu təkbaşına mənimsəyə bilməzdi.  Cahangir Hacıyev 15 ilə yaxın Azərbaycan Beynəlxalq Bankının sədri olub. Bu müddətdə həmin bank kreditlərin verilməsi minlərlə bank işçisini əhatə edib. Bankda ən adi bir kreditin verilməsi azı 15 nəfərin imzasından keçir. Ən sadə kreditin verilməsi bankın  Kredit, Risklərin İdarə Edilməsi, Hüquq, Girovun Qiymətləndirilməsi, Əməliyyat, Təhlükəsizlik departamentlərindən keçir və yalnız bundan sonra Kredit Komitəsi kreditin verilib-verilməməsi məsələsinə baxır. Həmin komitədə azı 7 nəfər kreditin verilib-verilməməsi haqda qərara imza atır. Azərbaycan Beynəlxalq Bankı ölkənin ən böyük bankı olub. Orada kreditlər necə verilib? Cahangir Hacıvevin dövründə Azərbaycan Beynəlxalq Bankı sağa-sola zəmanət verməklə məşğul idi. Məsələn, 2011-ci ildə ”AzMeCo" metanol zavodu “Bank VTB”dən 20 milyon dollar kredit götürmək istəyirdi. Layihə tam dayanmışdı. Azərbaycanda kredit tapmırdılar. Həmin dövrdə Rusiyanın “Bank VTB”nin Azərbaycandakı nümayəndəliyində sədr müavini idim. Risklərin İdarə Edilməsi Departamenti, Hüquq Departamentinə mən cavabdeh idim. Nizami Piriyev bankdan 20 milyon dollar kredit istəyirdi. Mən həmin kredit verilməsinə etiraz etdim. Bankın  daxilində etirazıma görə problemlər yaranmışdı, çaxnaşma olmuşdu. Bankın Moskvadakı baş ofisində də bu kreditdən dolayı çox ziddiyyətli fikirlər vardı. Mənim imzam olmadan kredit verilə bilməzdi. Mən sona qədər həmin kreditin verilməsinin böyük riskli olduğuna israr etdim. Zavoda gedib baxmışdım. Getdim gördüm ki, heç nə yoxdur orda! Zavodun sadəcə adı var!

zamirÉ hacıyeva ile ilgili görsel sonucu

Fikrimdə buna görə israrlı idim. Bu məsələdən ötrü “Bank VTB”in sədr müavini Olqa Derqunova hətta Bakıya göndərilmişdi. Sonradan Derqunova Rusiyanın iqtisadiyyat nazirinin müavini, Rusiya Əmlak Komitəsinin sədri oldu. O, bu məsələdən ötrü xüsusi olaraq Bakıya gəlmişdi, mənimlə mübahisə edirdi. Deyəndə ki, bu işdə korrupsiya var. Mənə gülə-gülə dedi ki, bu sizin ölkədə ilk korrupsiyadır məgər?! Həmin vaxt anlayırdım ki, bilmədiyim nələrsə baş verir. Məni inandırmağa çalışırdı ki, kredit verilsin. Həm də uzun müddətli. Razı olmadım. İmzam olmadan krediti verə bilmirdilər. Baş ofisdə bu məsələ geniş müzakirə olunurdu. Dedilər ki, yaxşı, bəs kreditin verilməsi üçün nə lazımdır. Dedim ki, kredit yalnız bir halda verilə bilər. Böyük bir bank həmin kreditin verilməsinə zamin dayanmalıdır. Bundan sonra dedilər ki, Beynəlxalq Bank həmin qarantiyanı versə olar. Düşünürdüm ki, Beynəlxalq Bank belə bir riskli işə nəinki 20 milyon dollar, heç 200 dollar belə kredit verməz. Piriyevin layihəsi sırf kredit almaq üçün idi. Nizami Piriyev kimilər də kredit oliqarxları idi. Krediti alıb mənimsəyəcəkdilər. Bu əvvəldən məlum idi. Getdilər Beynəlxalq Banka və oradan “Bank VTB”yə Cahangir Hacıyevin hər 2 müavini gəldi. Dedilər ki, biz bu layihəyə qarantiya verəcəyik. Dedim ki, siz qarantiya verirsizsə, bu sizin öz işinizdir və bu şərtlə kredit verilməsi ilə bağlı qərarı imzalayacağam. 1 il müddətinə qarantiya verdilər, mən də həmin 1 il qarantiya müddətində kreditin qaytarılması şərti ilə kreditin verilməsinə etiraz etmədim.  Beynəlxalq Bank “AzMeCo”ya zamin dayandı, 20 milyon dollarlıq kreditin qaytarılmasını faktiki öz üzərinə çəkdi. 1 ildən sonra əlbəttə ki, “AzMeCo” krediti qaytarmadı. 20 milyon dollar beləcə Azərbaycan Beynəlxalq Bankının borcuna çevrildi. “Bank VTB” həmin pulu Azərbaycan Beynəlxalq Bankından tələb edib aldı. Sonradan eyni sxemlə “AzMeCo” Beynəlxalq Bankın zaminliyi ilə ən müxtəlif xarici banklardan da 100 milyon dollarlarla kredit alıb! Bildiyim qədər təkcə “AzMeCo”nun Azərbaycan Beynəlxalq Bankının zaminliyi ilə 400 milyon dollarlıq krediti olub. Həmin kreditlər verilməmişdən geri qayıtmayacağı da bilinib. Bu təkcə mənim şahidim olduğu 1 epizod üzrə kredit verilməsinin təfərrüatıdır.

Belə riskli layihələrdən Azərbaycan Beynəlxalq Bankının gəliri komisyon haqqı şəklində olurdu, həmin əməliyyatlardan elə də böyük qazanc qalmırdı. Cahangir Hacıyev deyəndə ki, 2 milyard kredit vermişəm, o, zaminliklə bağlı məsələlərin üstündən keçir. Yəni 2 milyardlıq kreditlə yanaşı, 10 milyardlıq zaminlik müqaviləsi haqda danışmalı olsa da, bunun üstündən keçir. Verilən zaminlik kredit portfelinə daxil deyil. Çünki bankdan həmin müqavilə bağlanarkən pul çıxmır. Sonra zamin dayandıqları zavodların sahibləri, ayrı-ayrı iş adamları kreditlər üzrə pul ödəməyəndə, avtomatik kredit müqavilələri üzrə öhdəliklər zaminin üzərinə transfer olunurdu və bankın kredit portfelinə daxil olurdu. Siz təsəvvür edin ki, belə layihələrə, belə riskli kreditlərə imza atan neçə-neçə bank rəsmisi, bankdan kənar şəxslər var. Həmin şəxslər də istintaqdan kənar saxlanıla bilməzlər. Əks təqdirdə obyektiv nəticə əldə olunmayacaq. Bu halda da Zamirə Hacıyevanın işi üzrə London məhkəməsinə əsaslı sübutların təqdim olunması şübhə altına düşür".

Ə.Həsənov həmçinin qeyd edib: “Bu gün kimlərsə deyə bilər ki, onu həmin kreditlər verilərkən sənədlərə imza atmağa məcbur ediblər. Bu məqam həmin şəxsləri məsuliyyətdən azad etmir”.

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində suçlanır. C.Hacıyev özünü təqsirli bilmir. Keçmiş deputat Dünyamin Xəlilov isə ötən il 13 il həbs cəzası almışdı. Keçmiş deputat mənimsəmə, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları üzrə mühakimə olunub. Beynəlxalq Bankın səhimdarı olan keçmiş deputatın C.Hacıyevin qohumu olduğu bildirilir. O da ittihamı qəbul etmirdi.

E.HÜSEYNOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam