Rus oliqarxın zavodları Ukraynanın mülkiyyətinə keçib

Rusiyalı oliqarxın Kiyev vilayətindəki zavodları Ukraynanın mülkiyyətinə keçib.
Yenixeber.org: Ukrayna Ali Məhkəməsi Ədliyyə Nazirliyinin Dövlət İstintaq Bürosunun materialları əsasında hazırladığı iddianı təmin edib və rus oliqarx Andrey Molçanovun sahibi olduğu “Aerok” MMC şirkətininin korporativ hüquqlarının 100 faizini dövlətin nəzarətinə verilib.
Qeyd edək ki, “Aerok” şirkətinin Ukraynanın Obuxov və Berezan şəhərlərində iki beton zavoduna sahib olduğu bildirilir.(azpolitika)