Redaktor seçimi
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Günün xəbəri

Fövqəlbiznesmen Kəmaləddin Heydərovun şirkətləri-Araşdırma

 




 

Yenixeber.org: Azərbaycanda yaşayan iş adamlarından heç biri nüfuzlu «Forbes» dərgisinin tərtib etdiyi dünyanın ən varlıları siyahısına indiyədək bir dəfə də olsun düşməyib. Hərçənd, biznesi ölkə hüdudlarını aşan və daim genişlənən, təyyarəsi, bankı, çoxsaylı şirkətləri və saysız-hesabsız mülkləri olan azərbaycanlıların olması heç kəsə sirr deyil. Onlardan biri də 56 yaşlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

2010-cu ildə “WikiLeaks” ABŞ diplomatlarının yazışmalarını ictimaiyyətə sızdıranda məlum oldu ki, bu ölkənin səfirliyinin yetkililər Kəmaləddin Heydərovu sərvətinə görə hakim Əliyev-Paşayev klanından sonra ikinci sıraya çıxarıb. ABŞ diplomatları Vaşinqtona göndərdikləri gizli məlumatlarda K.Heydərovun böyük sərvət toplamasını onun sahib olduğu biznes ideyaları sayəsində deyil, ölkədə korrupsiya ocaqlarından biri kimi tanınan Dövlət Gömrük Komitəsinə 11 il rəhbərlik etməsi və hələ də ona nəzarəti əldən buraxmaması ilə bağlayırdılar.

Kəmaləddin Heydərovun biznesə gəlişi hələ sovet dövrünə təsadüf edir. Heydərovun biznesə bağlaması üçün tələb olunan ilkin kapitalı necə əldə etməsi isə hələ də tapmaca olaraq qalır. “Gilan” şirkətinin rəsmi saytında onun 1987-ci ildə yaradıldığı göstərilir. Hazırda «Gilan» ölkənin ən iri şirkətlər qrupuna çevrilib. Holdinq fəaliyyət sahələrinin rəngarəngliyinə, dövriyyəsinə, aktivlərinin ehtimal olunan həcminə görə yalnız «Paşa Holding» Şirkətlər Qrupu ilə müqayisəyə gələ bilər.

2016-cı ildə holdinqin daxilindəki şirkətlər konqlomeratı sənaye, xalq istehlak malları satışı və pərakəndə ticarət, turizm və otelçilik, nəqliyyat və logistika, tikinti və daşınmaz əmlak idarəçiliyi, inşaat materialları istehsalı, ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı sahələri üzrə qruplaşdırılıb. Holdinq daxilində yeni şirkətlərin yaradılması dayanmayıb. Yerli medianın yazdığına görə, hər ay «Gilan Holding» MMC-yə daxil olan neçə-neçə şirkət qurulur.

Banka sahib olmasına baxmayaraq, holdinq dövlətin ona səxavətlə təqdim etdiyi ucuz maliyyə resurslarından da istifadə edir. Bakıdakı çörək zavodu, Hacıqabuldakı keramika zavodu, Sumqayıtdakı tekstil fabrikləri, Qəbələ rayonundakı aqrokompleks və başqa çoxsaylı zavod və fabriklər dövlətin on milyonlarla manat məbləğində uzunmüddətli krediti hesabına qurulub.

Holdinqin çox az sayda şirkəti kapitalı və sərmayələri haqda məlumat verir. Onlardan bir neçəsinin sərmayə qoyuluşu haqda məlumat var:

Bakıda 2008-ci ildə tikintisinə başlanan Crescent Bay Development daşınmaz əmlak layihəsinin (mehmanxana, iş və ticarət mərkəzləri) sərmayə dəyəri 1,5 milyard dollar həcmində qiymətləndirilir.

Müəllif yerli və beynəlxalq mənbələrdən əldə olunmuş məlumatlar əsasında nazir Kəmaləddin Heydərova, onun ailə üzvlərinə, qurduğu şirkətlərə aid olan şirkətlərin siyahısını tərtib edib. 350-dən çox şirkətin daxil olduğu bu siyahının həqiqəti əks etdirib-etdirməməsinə münasibət bildirilməsi üçün «Gilan Holding» MMC-yə göndərilsə də, xeyli vaxt ötməsinə baxmayaraq, ona cavab verilməyib.

Aşağıda həmin şirkətlər haqda məlumatları təqdim edirik:(xural) Hafiz Babalı

 

val0 val1 val2 val3 val4 val5 val6 val7
GİLAN & PİD MMC 1400730251 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 34 10000 AZN CƏMİL MURADOV TAHİR OĞLU 12/20/2005 Şirkətin qeydiyyatda olduğu ünvan Gilan Holdinqə daxil olan başqa şirkətlərə ev sahibliyi edir. Cəmil Muradov Gilan Holdinqə aid olan digər şirkətlərin, eləcə də Gilan Holdinqin direktorudur. GİLAN & PİD şirkətinin nə ilə məşğul olduğu məlum deyil. Şirkətin fəaliyyətinə dair mətbuatda və internetdə heç bir istinad yoxdur.
GİLAN AQRO MMC 1402468001 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev 143, m. 14 20 AZN ABBAS MƏMMƏDOV HEYDƏR OĞLU 3/1/2013 Bu şirkətin yerləşdiyi ünvanda Gilan Holdinqin direktoru Cəmil Muradovun başçılıq etdiyi azı 20 şirkət qeydiyyatdan keçib. Gilan Holdinqin kənd təsərrüfatı üzrə müəssisələrindən biridir.
GİLAN DƏRİ MMC 1400671231 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 24 4300000 AZN İLHAM ABDULLAYEV ADIŞ OĞLU 8/26/2005 Gilan Dəri Emalı zavodu http://gilanholding.com/industries/Gilan+Deri+emali+zavodu+107 Gilan Holdinqin tərkib hissəsidir və Gilan Holdinqə aid şirkətlərin qeydiyyatı olan ünvanda təsis olunub.
GİLAN KEYSİNQ MMC 1401241891 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 24 20 AZN RƏFİ ƏHMƏDOV ƏLİ-BALA OĞLU 11/12/2007 Şirkətin nə işlə məşğul olduğu barədə ictimaiyyətə açıq mənbələrdə bir məlumat yoxdur. Amma həm də Gilanın adını daşıyan bu şirkət holdinqin ənənəvi ünvanında qeydiyyatdan keçib.
GİLAN KƏND TƏSƏRRÜFATI VƏ AQRAR-SƏNAYE MMC 1400216591 AZ1102, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALATAVA 2 200 AZN MƏNUÇEHR ƏHƏDPUR XANGAH ƏLİ OĞLU 2/26/2004 Gilanın adını daşıyan bu şirkətin direktoru Wikileaks teleqramlarında adı keçən İran iş adamı Mənuçehr Əhədpurdur. Bu teleqramlarda Əhədpur Heydərovların biznesini təmsil edən şəxs kimi tanımlanır. Mənuçehr Əhədpurun qardaşı Behzad Tale və Nicat Heydərovlara məxsus, Gilan Holdinqin təsisçisi olan Sham Al Sahra FZCO şirkətinin direktorudur.
GİLAN LİFT MMC 1401308331 AZ3600, QƏBƏLƏ RAYONU, QƏBƏLƏ.Ş, E.KƏRİMOV, ev 34 100 AZN AZƏR QƏNİYEV SABİR OĞLU 3/7/2008 Gilan Lift Gilan Holdinqin bir hissəsidir. Reyestr məlumatlarına görə, təsisçilər Gilan MMC və Real-3 müəssisəsidir. http://gilanholding.com/industries/Gilan+Lift+zavodu+102
GİLAN LƏNKƏRAN KONSERV ZAVODU MMC 2600813771 AZ4244, LƏNKƏRAN RAYONU, SÜTƏMİRDOV, 100 AZN RAMİN CAMALOV CALAL OĞLU 8/25/2010 Gilan Holdinqin bir hissəsidir. Reystr məlumatlarına görə, təsisçi Gilan MMC-dir. http://gilanholding.com/industries/Lenkeran+Konserv+Zavodu+101
GİLAN MOTORS MMC 1401383851 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 24 100 AZN CƏMİL MURADOV TAHİR OĞLU 7/8/2008 Gilan Holdinqin internet səhifəsində bu şirkət barədə məlumat verilməsə də, qurum qrupa daxil olan digər müəssisələrin qeydə alındığı ünvanda təsis olunub və direktoru Cəmil Muradov həm də Holdinqin direktorudur. Gilan Holdinq bu şirkətin təsisçisidir.
GİLAN PASİFİK İNŞAAT MATERİALLARI MMC 3100873181 AZ0100, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, ŞAMAXI ŞOSSESİ (XIRDALAN), ev 4 20 AZN CƏMİL MURADOV TAHİR OĞLU 6/9/2011 Dövlət reyestr məlumatlarına görə, təsisçisi Gilan MMC-dir. http://gilanholding.com/construction/Gilan+Pacific+Inshaat+84?hl=az Fəaliyyət sahələri: Kimyəvi inşaat maddələri və boya istehsalı; Genişləndirilmiş Polistirol (XPS) İzolyasiya Lövhəsinin istehsalı; Gilan Sendviç Paneli istehsalı;Gilan Gips istehsalı; Gilan Kalsit istehsalı.
GİLAN PLASTİK MMC 1401788571 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 74 20 AZN NURƏDDİN SADIQOV SƏNAN OĞLU 5/5/2010 Reyestr məlumatlarına görə, şirkətin təsisçisi Gilan MMC-dir. http://gilanholding.com/industries/Gilan+Plastik+105 Şirkət boya və emulsiya konteynerləri, plastik stullar, ərzaq sənayesi üzrə bir sıra yardımçı məhsullar, polietilen rulonlar, kisələr və istixana örtükləri istehsal edir.
GİLAN PİANO MMC 1401413541 AZ3600, QƏBƏLƏ RAYONU, QƏBƏLƏ.Ş, 28 MAY, ev 33 100 AZN CƏMİL MURADOV TAHİR OĞLU 9/4/2008 Təsisçisi Gilan MMC-dir. Qəbələ şəhərində piano istehsalı ilə məşğul olur. http://gilanholding.com/industries/Beltmann+Piano+zavodu+99
GİLAN QƏBƏLƏ AQROTEXSERVİS ASC 4400126131 AZ3616, QƏBƏLƏ RAYONU, HACALLI, 216640 AZN ABDULQAFUR QURBANOV ABDULRƏHMAN OĞLU 12/23/1997 Gilan Holdinqin tərkib hissəsidir. Qəbələnin Hacallı kəndində yerləşir. Aqrotexniki xidmətlər göstərir. http://gilanholding.com/industries/Gilan+Agrotech+98
GİLAN QƏBƏLƏ BETON ZAVODU MMC 4400427411 AZ3600, QƏBƏLƏ RAYONU, QƏBƏLƏ.Ş, E.KƏRİMOV, ev 34 100 AZN RAMİL SƏFƏROV RAFİQ OĞLU 3/30/2010 Reyestr məlumatlarına görə, şirkətin təsisçisi Gilan MMC-dir. Beton istehsal edən şirkət ixracatçı kimi təqdim olunur. Lənkəranın kosalar kəndində qum də qırmadaş istehsal edir.
GİLAN QƏBƏLƏ YEYİNTİ MƏHSULLARI İSTEHSALI ASC 4400237031 AZ3630, QƏBƏLƏ RAYONU, ZARAĞAN, 493020 AZN MƏZAHİM ZEYNALOV MƏHƏMMƏD OĞLU 12/25/2006 Fındıq ləpəsi istehsal edir, Gilan Holdinqin tərkib hissəsidir. http://senaye.gov.az/catalogue/Catalogue-swf/assets/downloads/page0083.pdf
GİLAN SATIŞ MMC 1401458241 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 24 100 AZN LAÇIN AĞAYEV ŞİRVAN OĞLU 11/14/2008 Məlumat bazalarında inşaat podratçısı kimi reklam olunan şirkət holdinqə aid ünvanda qeydiyyatdan keçib və direktoru Laçın Ağayev holdinqə aid digər şirkətlərin də rəsmi rəhbər şəxsidir.
GİLAN TEA MMC 2600765481 AZ4201, LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, ŞƏHİDLƏR XİYABANI, ev 4/7 100 AZN MİRZƏ MUSAYEV KAMAL OĞLU 1/14/2010 Təsisçisi Gilan MMC-dir http://gilanholding.com/industries/Gilan+Cay+istehsali+108
GİLAN SEMENT MMC 1401292571 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 24 40 AZN CƏMİL MURADOV TAHİR OĞLU 2/18/2008 Təsisçisi GİLAN HOLDİNQ MALİYYƏ SƏNAYE QRUPUNUN BAŞ ŞİRKƏTİ AÇIQ SƏHMDAR CƏMIYYƏTI. Cəmiyyət 2016-cı ildə adını dəyişərək, Gilan Holdinq MMC adlandırılıb. Bundan əvvəl mövcud olan Gilan Holdinq MMC isə Gilan Group adlandırılmağa başlayıb. Hər iki şirkətin direktoru Cəmil Muradovdur. Əslində Gilan şirkətlərini idarə edən üstqurumların dublyaj edilməsinin səbəbi məlum deyil. Gilan Sement MMC-nin təsis ünvanı da ənənəvi Zərifə Əliyeva küçəsindəki ünvandadır.
GİLAN SERAMİK MMC 1400915571 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏHƏLLƏ 466 20 AZN EMİN MİRZƏYEV ELMAN OĞLU 7/11/2006 Hacıqabul rayonunda keramik məişət plitələri istehsal edir. Gilan Holdinqə daxildir. http://gilanholding.com/construction/Zavod+Gilan+Seramik+67
GİLAN TURİZM MMC 1400629151 AZ1122, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, TİFLİS PR., ev 38, məhəllə 1058 20 AZN CƏMİL MURADOV TAHİR OĞLU 6/17/2005 Bir turizm agentliyi və bir neçə otel kompleksini özündə birləşdirən Gilan Turizm şirkətinin təsisçisi Gilan Holdingdir. http://gilanholding.com/tourism/Gilan+Turizm+87
GİLAN AGRİCULTURAL GROUP MMC 1304047881 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏHƏLLƏ 466 100 AZN HÜSEYN ABDİNZADƏ AĞAHÜSEYN OĞLU 3/19/2015 Gilan holdinqin bir çox şirkətinin yerləşdiyi Capital Tower-də qeydiyyatdan keçib, direktoru Hüseyn Abdinzadə daha bir neçə Gilan holdinq müəssisəsinin rəhbəridir. Capital Towers Gilan Holdinqin tərkib hissəsidir http://whois.domaintools.com/capitaltowersbaku.com
GİLAN İNDUSTRİAL GROUP MMC (əvvəlki adı GİLAN CONSTRUCTİON MATERİALS GROUP MMC ) 1304041931 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏH. 466 100 AZN EMİN MİRZƏYEV ELMAN OĞLU 3/13/2015 Gilan holdinqin bir çox şirkətinin yerləşdiyi Capital Tower-də qeydiyyatdan keçib. Adını 2017-ci ildə dəyişdirib. Sosial şəbəkələrdə və digər mənbələrdə höldinqin törəməsi kimi təqdim olunur. https://www.linkedin.com/in/jeyhun-mammadov-a77a1876/
GİLAN FMCG GROUP MMC 1304047901 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏH. 466 100 AZN HÜSEYN ABDİNZADƏ AĞAHÜSEYN OĞLU 3/19/2015 Gilan holdinqin bir çox şirkətinin yerləşdiyi Capital Tower-də qeydiyyatdan keçib, direktoru Hüseyn Abdinzadə Gilan Holdinqin daha bir neçə müəssisəsinin rəhbəridir. Şirkət çips istehsalçısı kimi təqdim olunur. https://www.jale.az/az/xeberler/worldfood2017
GİLAN HOSPİTALİTY GROUP MMC 1304048001 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏHƏLLƏ 466 100 AZN HÜSEYN ABDİNZADƏ AĞAHÜSEYN OĞLU 3/19/2015 Gilan Holdinqin tərkib hissəsidir. http://az.baku.ws/show-business/28280-qbl-konqress-mrkzind-natiq-ritm-qrupu-v-milli-rqs-qrupunun-konserti-ba-tutacaq.html Qrupun Bakı, Qəbələ və Lənkərandakı otel və istirahət mərkəzlərinin idarəçisidir.
GİLAN LOGİSTİCS GROUP MMC 1304047751 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏH. 466 100 AZN HÜSEYN ABDİNZADƏ AĞAHÜSEYN OĞLU 3/19/2015 Gilan Holdinqin bir çox şirkətinin yerləşdiyi Capital Tower-də qeydiyyatdan keçib. Direktoru Hüseyn Abdinzadə daha bir neçə Gilan Holdinq müəssisəsinin rəhbəridir. Fəaliyyəti barədə məlumat hoxdur.
GİLAN RETAİL GROUP MMC 1304042031 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏHƏLLƏ 466 100 AZN GÜLNAR HƏSƏNOVA CƏFƏR QIZI 3/13/2015 Gilan Holdinqin bir çox şirkətinin yerləşdiyi Capital Tower-də qeydiyyatdan keçib. Gilan Retail Group-un əməkdaşları Linked İn hesablarında şirkətin Gilan Holdinqə aid olduğunu qeyd edirlər. Şirkət Apple İnc.-in Azərbaydandakı rəsmi nümayəndəsidir. http://gilanholding.com/retail/Apple
GİLAN TEKSTİL PARK MMC 2903375461 AZ5004, SUMQAYIT ŞƏHƏRİ, SÜLH KÜÇƏSİ, ev 2 100 AZN EMİN MİRZƏYEV ELMAN OĞLU 2/16/2015 Gilan Holdinqin tərkib hissəsidir. Sumqayıtda yerləşən müəssisə Toxuma, Boyama və Tikiş fabriklərindən ibarətdir.Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilir. http://gilanholding.com/industries/Gilan+Tekstil+parki+109
GİLAN BETON MMC/GİLAN ZIĞ BETON ZAVODU MMC (keçmiş adı) 1303966201 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏH.466 100 AZN RAMİL SƏFƏROV RAFİQ OĞLU 1/12/2015 Gilan Holdinqin bir çox şirkətinin yerləşdiyi Capital Tower-də qeydiyyatdan keçib. Direktoru Ramil Səfərov Gilan Qəbələ Beton Zavodu MMC-nin də direktorudur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri bu sənaye müəssisəsində təmil keçiblər. https://www.facebook.com/964409067010702/photos/pcb.973251059459836/973250926126516/?type=3&theater
GİLAN İNŞAAT MMC 1400965871 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 24 20 AZN ELVİN İSMAYILOV İSMAYIL OĞLU 9/1/2006 Gilan şirkətlərinin bir çoxunun qeydiyyatdan keçdiyi ünvanda təsis edilib. Direktoru Elvin İsmayılov bir sıra başqa Gilan şirkətlərinə də rəhbərlik edir. http://infoportal.az/az/firm/9673
GİLAN İDMAN KLUBU MMC 1402368111 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 74 20 AZN CƏMİL MURADOV TAHİR OĞLU 11/1/2012 Direktoru və ünvanı ənənəvi Gilan rekvizitləridir. Gilan İdman klubu əsasən boks və taekvando idman növləri üzrə idmançılar hazırlayır.Bakıda və Astarada idman mərkəzləri var. http://astara-ih.gov.az/news/158.html
GİLAN ƏND KNAUF MMC 1400899261 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 24 26373598.71 AZN EMİN MİRZƏYEV ELMAN OĞLU 6/19/2006 Gilan şirkətlərinin bir çoxunun qeydiyyatdan keçdiyi ünvanda təsis edilib. Holdinqin tərkib hissəsidir. http://www.gilanholding.com/construction/GilanKnauf+Quru+Suvaq+zavodu+66
GİLAN-ANDERS METALLBAU MMC 1401398841 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 24 1000 AZN MƏRFƏT MƏRDANOV GÖYÜŞ OĞLU 8/7/2008 Reyestr məlumatlarına görə, təsisçiləri ANDERS METALLBAU GMBH ŞİRKƏTİ (Almaniya Federativ Respublikası) və GİLAN HOLDİNQ şirkətidir. Şirkətin fəaliyyəti haqda məlumat yoxdur.
GİLAN-PAKOİL MMC 4400662501 AZ3627, QƏBƏLƏ RAYONU, NOHÜRQIŞLAQ, 200 AZN VÜQAR HƏMZƏYEV HƏMZƏT OĞLU 1/10/2013 Gilan Holdinqə daxildir. Qəbələ rayonunda iki yanacaqdoldurma məntəqəsinə sabibdir. http://gabalacity.com/yanacaq-doldurma.html
GİLAN-ÜLKER TRADİNG MMC 1402297271 AZ1095, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev 143, m. 14 100 AZN ŞİRİNBACI HƏŞİMOVA RAMİZ QIZI 7/18/2012 Gilan holdinqin bir çox şirkətinin yerləşdiyi Neftçilər prospekti, 143 ünvanıda qeydiyyatdan keçib. Şirkətin fəaliyyəti haqda məlumat yoxdur.
GİLAN – TN MMC 3100428111 AZ0100, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, ŞAMAXI ŞOSSESİ (XIRDALAN), ev 4 693090 AZN EMİN MİRZƏYEV ELMAN OĞLU 1/31/2007 Respublikada Pacific İnşaat adıyla fəaliyyət göstərən GİLAN-TN İnşaat Materialları Şirkəti daxili və xarici bazarlar üçün bir sıra tikinti materialları və kimyəvi məhsullar istehsal edir. Bir sıra Gilan Holdinqə daxil olan bir sıra şirkətləri özündə birləşdirən Pacific İnşaat Azərbaycan şirkətləri üçün beynəlxalq biznes əməkdaşlığını inkişaf etdirmək məqsədilə yaradılmışdır. http://gilanholding.com/construction/Gilan+Pacific+Inshaat+84
“GİLAN ZEYTUN” MMC 1401684851 AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 38, m. 24 20 AZN EMİL SULTANOV RAUF OĞLU 11/3/2009 Təsisci Gilan MMC-dir. Zeytun istehsalı və emalı, zeytun yağı istehsalı ilə məşğuldur. http://gilanholding.com/industries/Gilan+Zeytun+104
GİLAN HOLDİNG MMC/GİLAN HOLDİNQ MALİYYƏ-SƏNAYE QRUPUNUN BAŞ ŞİRKƏTİ ASC (keçmiş adı) 1400725191 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏH.466 4000 AZN CƏMİL MURADOV TAHİR OĞLU 9/7/2005 Cəmiyyət 2016-cı ildə adını dəyişərək, Gilan Holdinq MMC adlandırılıb. Bundan əvvəl mövcud olan Gilan Holdinq MMC isə Gilan Group adlandırılmağa başlayıb. Hər iki şirkətin direktoru Cəmil Muradovdur. Əslində Gilan şirkətlərini idarə edən üstqurumların dublyaj edilməsinin səbəbi məlum deyil. http://gilanholding.com/company/about
GİLAN QUBA KONSERV ZAVODU MMC 4500953701 AZ4001, QUBA RAYONU, QUBA ŞƏHƏRİ, VAQİF, ev 139 20 AZN TƏRLAN BAYRAMOV RÜSTƏM OĞLU 1/21/2013 Hazırda Gilan FMCG-nin tərkibindədir. Gilan FMCG Gilan holdinqin bir çox şirkətinin yerləşdiyi Capital Tower-də qeydiyyatdan keçib, direktoru Hüseyn Abdinzadə daha bir neçə Gilan Holdinq müəssisəsinin rəhbəridir. http://gilanfood.az/about
QUBA KONSERV-1 ASC 4500043651 AZ4001, QUBA RAYONU, QUBA ŞƏHƏRİ, VAQİF, ev 30 896852 AZN TƏRLAN BAYRAMOV RÜSTƏM OĞLU 7/8/2004 Bu ASC-nin nəzarət səhm zərfini 2010-cu ildə Gilan MMC alıb. Gilan Quba Konserv Zavodu MMC bu ASC-nin əmlakından istifadə edir. ASC-nin Müşahidə Şurasının sədri Cəmil Muradovdur. https://www.azadliq.info/19981.html
BENKONS İNŞAAT MMC 1402359221 AZ1134, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, MİR CƏLAL 9A MKR, ev 11, m. 68 100 AZN FAİQ MƏMMƏDXANOV BƏYZAMAN OĞLU 10/17/2012 Bu şirkət Benkons şirkətlər qrupuna daxildir. Azərbaycanda və Rusiya tikinti işləri ilə məşğul olur. https://m.business-gazeta.ru/article/142705
SU SPA MMC 1003099091 AZ1134, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, MİR CƏLAL 9A MKR, ev 11, m. 68 100 AZN NURLAN ƏLİYEV FİRUDİN OĞLU 10/21/2013 Benkons İnşaat MMC ilə eyni ünvanda verləşir. Hazırki direktoru Nurlan Əliyev həm Benkons Supplay MMC-də çalışıb. Şirkətin nə işlə məşğul olması barədə internet resurslarında məlumat yoxdur. https://www.fishnet.ru/companies/33951/
BENKONS MMC 1501291941 AZ1033, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 79/2 100 AZN HƏMİD HƏMİDOV FƏRUH OĞLU 9/15/2008 Rəsmi təsisçisi Həmid Həmidov onun faktiki direktoru olsa da, müxtəlif mənbələrdə Gilan Holdinqin törəmə şirkəti kimi təqdim olur. İdxal-ixrac əməliyyatları ilə məşğul olur. https://benkons.business1.com/
MKT İSTEHSALAT KOMMERSİYA MMC 9900008361 AZ1033, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 95 128269123.51 AZN ELDƏNİZ QULİYEV HİDAYƏT OĞLU 4/23/2002 Bu şirkət 1998-ci ildən Azərbaycanda pambıq istehsalı, emalı və ixracı ilə məşğuldur. Şirkət pamğıqtəmizləmə zavodlarının, biznes mərkəz və otelin, tekstik fabrikinin sahibidir. u Gilan Holdinq bu şirkətin payçılarındandır. Şirkətin direktoru Eldəniz Quliyev holdinqin digər şirkətlərinə də rəhbərlik edir. http://senaye.gov.az/catalogue/Catalogue-swf/assets/downloads/page0263.pdf
BM-NƏQLİYYAT MMC 2001411011 AZ1089, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZEYTUN SOVXOZU 1,2 (HÖVSAN QƏS.), ev 52 101000 AZN RAUF AĞAYEV RƏCƏB OĞLU 2/4/2009 BM Nəqliyyat MMC (http://www.bmlogistics.az/about.php) dəmir yolu, aviasiya, dəniz və avtomobil yolu ilə daşımalar sahəsi üzrə fəaliyyəti ilə yanaşı, həm də Rusiya Federasiyasının Kamaz QSC şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkətin balansında 162 yük avtomobili mövcuddur. 92 Mack Trucks, 50 Kamaz və 20 Man markalı yük maşınları var. 2014-cü ildən etibarən, BM Nəqliyyat MMC binaların tikintisi, yolların tikinti və təmir işləri üçün lisenziya almışdır. Holdinq onu afilə olunmuş şirkətləri sırasına daxil edib. Onun təsisçisi rəsmi sənədlərdə Gilan Holdinqin hüquq müşaviri işləmiş vəkil Vüsal Dadaşovdur. https://www.facebook.com/vdadashov85?fref=ts
“KASPİAN EKO QRUP” MMC 2001567021 AZ1089, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZEYTUN SOVXOZU 1,2 (HÖVSAN QƏS.), ev 52 500 AZN ROVSHAN ABDULLAEV . 9/3/2009 Bu şirkət BM Nəqliyyat MMC ilə eyni ünvanda yerləşir. Təsisçiləri BM-NƏQLİYYAT MMC və QRUPPA KOMPANİY EKOSPAS ASC-dir (Rusiya Federasiyası) Şirkətin fəaliyyəti haqda məlumat yoxdur.
UEİ TRUCKS MMC 1303745601 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏHƏLLƏ 466 1000 AZN RAUF AĞAYEV RƏCƏB OĞLU 7/23/2014 Bu nəqliyyat şirkəti Gilan Holdinqin baş ofisində yerləşir. Onun direktoru həm də BM Nəqliyyat MMC-yə rəhbərlik edir. Şirkət UEİ şirkətlər qrupuna daxildir. Fəaliyyəti barədə məlumat yoxdur.
İLANDAĞ SERVİCES MMC 1303745451 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏHƏLLƏ 466 1000 AZN HÜSEYN ABDİNZADƏ AĞAHÜSEYN OĞLU 7/23/2014 Bu şirkət Gilan Holdinqin baş ofisində yerləşir. Direktoru Hüseyn Abdinzadə holdinqin bir çox başqa şirkətlərinə rəhbərlik edir. Nə işlə məşğul olduğu haqda informasiya resurslarında məlumat yoxdur.
BAHÇECİ BAKI QADIN SAĞLAMLIQ MƏRKƏZİ MMC 1303908471 AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev 206, MƏHƏLLƏ 466 100 AZN <span style="font-fa

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam