Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ali Məhkəmənin MK-nın ədalətli məhkəmə qətnaməsini elan etməsi üçün lazımi əsaslar var

 

Yenixeber.org: Ölkəmizin həssas və taleyüklü vaxtlarında qardaş Türkiyə dövlətinin Azərbaycana qarşı hər zaman siyasi və mənəvi dəstək verməsinə baxmayaraq,​ artıq neçə illərdir ki, Necdat Uzun Mustafa oğluna və bu şəxsin ailə üzvünə məxsus bir neçə milyonluq əmlakları əllərindən alınıb. Xeyli müddət bundan öncə belə bir problemlə bağlı saytımızın redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, Y.Hüseynov küç, döngə-3, ev-15, mən-4 ünvanında qeydiyyatda olan və yaşayan Necdat Uzun Mustafa oğlunun və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızının, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafızə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub. Necdet Uzun Mustafa oğlu həm özünün, həm də həyat yoldaşının adından redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd etmişdi ki, “Mən həyat yoldaşım Məmmədova Nailə Maarif qızı ilə 22 may 2003-cü il tarixdə ailə həyatı qurmuşam və birgə nikahımızdan ikı övladımız var Hər kəsə bəllidir ki, ana vətənim Türkiyə Cumuriyyəti ilə Azərbaycan Respublikası qardaş dövlətdirlər.​ Azərbaycanda yaşadığım illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm.​ Qeyd edım ki, bugünə kimi başımıza gətirilən olayların əsas səbəbkarı Abdullayev Rövşən Hüseyn oğlu adlı şəxs olub. Bu şəxs 13 ildir ki, bizə məxsus əmlakımızı əlimizdən alıb. Bildirim ki, 1997-ci ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində olan bütün əmlaklarımı satıb Azərbaycana köçdüm və əldə etdiyim pul vəsaitlərimi Bakı şəhərində biznesə yatırdım. 2004-cü ildə qardaşım Naci Uzun Mustafa oğlu birlikdə “Lüks Sönməz” MMC təsis etdik. Təsis etdiyimiz bu MMC-nin balansında indiki Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında, daha dəqiq desəm Sumqayıt şössesi-6 ünvanında 0,79 ha toraq sahəsi var idi. Qevd edim ki, hazırda həmin torpaq sahəsinin üzərində 56 obyekt fəaliyyət göstərir və onların hər birini öz vəsaitimlə ərsəyə gətirmişəm. 2007-cı ildə əmlakım tam işlək vəziyyətdə olarkən Abdullayev Rövşən Hüseyn oğlu adlı bir şəxs mənə yaxınlaşaraq təklif etdi ki, qeyd olunan ərazidə üçmərtəbəli ticarət mərkəzi inşa etmək məqsədi var. Rövşən Abdullayev onu da vurğuladı kı, mən ona torpaq sahəsi versəm, o da, qeyd olunan ərazidə tikinti ışlərini tam şəkildə başa çatdıra bilər. Çox çəkçevirdən sonra Rövşən Abdullayev məni bu məsələ barədə razı sala bildi. Son olaraq belə bir şərt daxilində razılığa gəldik ki, Rövşən Abdullaye “Lüks Sönməz” MMC-nə təsisçi kimi qəbul olunsun və o, bunun müqabilində üç il ərzində aparacağı tikinti işlərini tam şəkildə başa çatdırmalı idi. Tikinti işlərini qeyd olunan vaxtda başa çatdırmayacağı təqdirdə isə, Rövşən Abdullayev təsisçilikdən çıxmalı idi. Beləlıklə, bu məsələ ilə bağlı aramızdakı müqavilə sənədini notarial qaydada təsdıq etdirdik. Qeyd edim ki, həmin vaxtlarda Rövşən Abdııllayev mənə 170.000 manat məbləğində borca pul verdi və həmin pulu “Lüks Sönməz” MMC-nin bəzi sənədləşmə işlərinə sərf etdim. Bu şəxs üzərinə götürdüyü öhdəliyi qeyd olunan müddət ərzində yerinə yetirmədi və bunun səbəbini soruşduqda o, hər dəfə müxtəlif bəhanələr danışdı. “Lüks Sönməz” MMC-nin əmlakı necə var idisə eləcə də qaldı və bundan sonra vəziyyətim günü- gündən ağırlaşmağa başladı. Çünki, əmlakıma sərf etdiyim və banklardan kreditə götürdüyüm borclarımı geri qaytarmalı idim. Son anda şirkəti satmaq qərarına gəldim. Belə bir qərara gəlməyimə baxmayaraq, Rövşən Abdullayev əmlakın 50 faiz payçısı olduğu üçün o, buna razılıq verməli idi. Elə ki, o, buna razı olmadı, o halda məcbur olub onu payçı kimi təsisçilikdən çıxartmaq üçün məhkəməyə müraciət etdim. Rövşən Abdullayev isə hansısa yollarla məhkəməyə təsir etdi və həm vaxtı, həm də işi uzatdı. Tapdığım alıcılar vəziyyətin belə bir durumda olduğunu görüb şirkəti almaqdan boyun qaçırdılar. Rövşən Abdullayev düşdüyüm vəziyyətdən sui-istifadə etdi və bıldırdi ki, o, borca verdiyi 170.000 manat pulu 55 faizlə hesablamış və bu pulun faizi üstüstə 785.000 manat pul edir. Çox keçmədi ki, Rövşən Abdullayev həmin pulu ona qaytarmağımı tələb etdi və mənə “Əgər pulu verməsən, o halda alqı-satqı müqaviləsinə imza atmaqdan imtina edəcəyəm” dedi. Onun belə bir israrlı tələbindən sonra çıxılmaz vəziyyətdə qaldım və sonda adı çəkilən bu şəxsin şərti ilə razılaşmalı oldum. Belə ki, həyat yoldaşım Məmmədova Nailə Marif qızı “Lüks Sönməz” MMC-nin təsisçilərindən biri olduğu üçün, onunla Abdullayev Rövşən Hüseyn oğlu arasında notarial qaydada kredit müqaviləsi imzaladıq və qeyd olunan əmlak satıldıqdan sonra, məhz həmin pulun ona qaytarılacağı ilə bağlı razılığa gəldik. Biz həmin vaxt Abdullayevin digər kələyindən xəbərsiz idik. Bir neçə alıcı əmlakımızı almaq istəyi ilə bağlı bizə müraciət etsə də, Rövşən Abduilayev hər dəfə onları ərazidən uzaqlaşdırır və alqı-satıqı işlərinə mane olurdu. Belə ki, onunla aramızda olan kredit müqaviləsının vaxtı başa çatdıqdan sonra o, məhkəmyə müraciət etdi və kredit müqaviləsində qeyd olunmuş 170.000 manat pulu və ona hesablanmış faiz borcunu bizdən tələb etdi. Çox keçmədi ki, başımız məhkəmələrə qarışdı və nədənsə o, hər məhkəmədə bizə qalib gəlməyi bacardı. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərarı Binəqədi Rayon İcra və Probasiya Şöbəsmə göndərildi. Burada da çoxsaylı qanunsuzluq halları baş verdi. Əvvəlcə Binəqədi Rayon Icra və Probasiya Şöbəsi mənə məxsus olan əmlakı təxminən 1.500.000 manat dəyərində qiymətləndirdi və xəbərim olmadan mənə məxsus olan 50 faiz payımı da, məhz Rövşən Abduilayevin adına rəsmiləşdirir. Bundan sonra o, heç bir halda bizi əmlakımıza yaxın buraxmadı və müxtəlif vasitələrlə mənə təzyiqlər etməyə başladı. Əslində bizim əmlakın dəyəri təqribən 4-5 milyon manat civarında ıdi. Buradan da görünür ki, o, məqsədli şəkildə bizə məxsus olan əmlakı ələ keçirmişdir. Belə bir olaylardan sonra, əmlakımızın qiymətləndirilməsi məqsədilə təkrar Binəqədi Rayon Məhkəməsinə müraciət etdim və bu dəfə əmlakımız 4.500.000 manat dəyərində qiymətləndirildi. Çox keçmədi ki, Rövşən Abdullayev çıxarılmış məhkəmə qətnaməsindən apelliyasiya şikayəti Verdi. Bakı Apellyalsiya Məhkəməsində təkrar ekspertiza keçirildi bizə məxsus əmlak 1.918.700 manat məbləğində qiymətləndirildi. Bu dəfə həmin qətnamədən kassasiya qaydasında Ali Məhkəməyə müraciət etdim və işə yenidən baxılması üçün, iş materialları Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıldı. Təkrar ekspertiza təyin olunsa da, bu dəfə nə bizim iştirakımız təmin olundu, nə də ki, qaldırdığımız vəsatətlərin heç biri təmin olunmadı. Məhkəmə tərəfindən yenidən iş üzrə təyin olunmuş ekspertiza üzrə rəy verən ekspert, əvvəl müstəqil rəy verən ekspert kimi, əmlakımızın dəyərini 1.968.700 manat qiymətləndirdi. Tərəfımizdən verilmiş təkrar vəsatət əsasında məhkəmə əmlakımızın dəyəri barədə daha dəqiq rəy almaq məqsədilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təkrar rəy verilməsi üçün sorğu göndərib. Baxmayaraq ki, Bakı Apelllyasiya Məhkəməsi tərəfindən əvvəlcə qiymətləndirilmə keçirilmiş və MBA LTD MMC-nin MB13/661 saylı 23 iyun 2020-ci il tarixli rəyində “Lüks Sönməz” MMC-ə məxsus torpaq sahəsinin real bazar qiyməti 1.587.200 manat, qeyd olunan torpaq sahəsi üzərində inşa olunmuş tikilinin qiyməti 363.000 manat qiymətləndirilməklə, ümumi qiymətin 1.950.200 manat olması qənaətinə gəlinmişdir. Artıq neçə ildir ki, Rövşən Abdullayev bizə məxsus əmlakı faktiki olaraq idarə edir və lazımi qədər də gəlir götürür”.

Hazırda Bakı şəhəri, Binəqədi r-u, Biləcəri qəs., Y.Hüseynov küçəsi dönğə-3, ev-15, mən-4 ünvanında yaşayan Məmmədova Nailə Maarif qızı pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün, vəkili vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edib və proses 26 may 2021-ci il tarixdə keçiriləcək. Düşünürük ki, məhkəmə kollegiyası bu işə diqqətlə yanaşıb, ədalətli məhkəmə qətnaməsinin elan olunmasını təmin edəcəklər. Kassasiya şikayətini çoxsaylı oxuculara təqdim edirik.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına

Bakı Apellyasiya Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(103)-

5081/2020 saylı qətnaməsindən

Iddiaçı: ​Məmmədova Nailə Maarif qızı tərəfindən

Ünvan: Bakı şəhəri, Binəqədi r-u, Biləcəri qəs., Y.Hüseynov küçəsi döncə 3, ev 15, mən., 4. Tel: 055-555-21-61

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​​Kassasiya şikayəti



​ Məmmədova Nailə Marif qızı Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatının təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi əsasında 03 iyul 2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar təsisçisi olduğu “Lyuks Sönməz” MMC-nin əmlakındakı 50 % payının, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə​ həbs qoyulduğunu, tutmanın həmin torpaq sahəsinə 50 % payı həddində yönəldildiyini, qərardadın Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanıldığını, “Daşınar və Daşınmaz Əmlakların Qimətləndirilməsi Xidməti” MMC-nin mütəxəssisləri tərəfindən “Lyuks-Sönməz” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayit şossesi 3 saylı ünvanda yerləşən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi işinin həyata keçirildiyini, qiymətləndirmə zamanı sadəcə torpaq sahəsinin nəzərə alındığını, torpağın çox ucuz qiymətləndirildiyini, üzərindəki tikililərin isə ümumiyyətlə qiymətləndirilmədiyini irəli sürmüş, buna görə də təsisçisi olduğu “Lyuks Sönməz” MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair 22 yanvar 2018-ci il tarixli rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orada olan tikililərin də qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

 

 
​ ​ ​ Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli, 2(001)- 4758/2018 nömrəli qətnaməsi ilə iddiaçı Məmmədova Nailə Marif qızının cavabdeh Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı, 3-cü şəxslər Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC və Abdullayev Rövşən Hüseyn oğlu cəlb edilməklə “qiymətləndirmə rəyinin mübahisələndirilməsi” tələbinə dair iddiası təmin edilərək, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin “Lyuks Sönməz” MMC-nin torpaq sahəsinin Qiymətləndirilməsinə dair 22 yanvar 2018-ci il tarixli rəyinin ləğv edilməsi, “Lyuks Sönməz” MMC-nin torpaq sahəsinin və torpaq sahəsində olan tikilinin bazar dəyərinin 4.500.000(dörd milyon beşyüz min) manat qiymətləndirilməsi qət edilmişdir. Qətnamədən iş üzrə üçüncü şəxs Rövşən Abdullayev apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.08.2019-cu il tarixli, 2(103)-1504/2019 nömrəli qətnaməsi ilə 3-cü şəxs Abdullayev Rövşən Hüseyn oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli, 2(001)-4758/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə çıxarılması, “Lyuks Sönməz” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi-3 saylı ünvanda yerləşən
0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin tərtib etdiyi 22.01.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiymətinin 1 918 700 (bir milyon doqquz yüz on səkkiz min) manat (torpaq sahəsi 1 587 200 manat, üzərindəki tikililər 331 500 manat) müəyyənləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödənilmiş olduğu dövlət rüsumunun əvəzi qismində 10,4(on manat 40 qəpik) “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-dən alınaraq ona ödənilməsi, apelyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun apellyatora, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirmə tədqiqatının dəyəri “Qiymətləndirmə Xidməti Mərkəzi 2” MMC-yə aid olması, apelyasiya baxışı zamanı keçirilmiş ekspertizanın dəyəri qismində 500 (beş yüz) manatın “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-dən tutularaq “Əmlak Ekspert Mərkəzi” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
İddiaçı Məmmədova Nailə Marif qızı qətnamədən kassasiya şikayəti vermişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-879/20 saylı 10 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.08.2019-cu il tarixli, 2(103)-1504/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2020-ci il tarixli, 2(103)-5081/2020 nömrəli qətnaməsi ilə üçüncü şəxs Abdullayev Rövşən Hüseyn oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4758/2018 saylı iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi, “Lyuks Sönməz” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi-3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin tərtib etdiyi 22.01.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiymətinin 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən edilməsi qət edilmişdir.

 



Hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2020-ci il tarixli, 2(103)-5081/2020 nömrəli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, iş üzrə olan maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Eyni zamanda məhkəmə iş materiallarında olan sübutlara istinad etsədə, həmin sübutları qətnamədə düzgün qeyd​ və təfsir etmişdir.​ İşin müəyyən edlilmiş halları: Belə ki, işdən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək Məmmədova Nailə Marif qızından187000 manat pulun, eləcə də ödənilmiş 31 manat dövlət rüsumunun 24 %-nin, yəni 7,44 manatın tutularaq Abdullayev Rövşən Hüseyn oğluna ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, habelə qarşılıqlı iddianın təmin edilərək Məmmədova Nailə Marif qızı ilə Abdullayev Rövşən Hüseyn oğlu arasında Bakı şəhəri, 38 saylı notariat kontorunda 08 noyabr 2013-cü il tarixdə təsdiq edilməklə bağlanmış, reyestrdə 3M/-821 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun Məmmədova Nailə Marif qızına aid olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Abdullayev Rövşən Hüseyn oğlunun apellyasiya şikayəti təmin edilmiş, sözügedən qətnamə ləğv olunmuş, Abdullayev Rövşən Hüseyn oğlunun ilk iddia ərizəsi təmin edilərək Məmmədova Nailə Marif qızından 08 noyabr 2013-cü il tarixli borc müqaviləsi üzrə 785 000 manat borc pul, borc məbləğinin vaxtında qaytarılmaması nəticəsində bir il üçün illik 5 % həcmi təşkil edən 39 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, yəni cəmi 824281 manat Abdullayev Rövşən Hüseyn oğlunun xeyrinə tutulmuş, Məmmədova Nailə Marif qızının qarşılıqlı iddia ərizəsi isə təmin edilməmişdir. Sözügedən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2815/17 saylı, 11 may 2017-ci il tarixli qərarına əsasən). İşin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-2616/2017 saylı 12.09.2017-ci il tarixli qərardadına əsasən Məmmədova Nailə Marif qızının təsisçisi olduğu “Lyuks Sönməz” MMC-nin əmlakındakı 50 % payının, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şössesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə həbs qoyulması, tutmanın həmin torpaq sahəsinə borclunun 50 % payı həddində yönəldilməsi qərara alınmış, bundan sonra icra məmuru əmlakın qiymətləndirilməsi üçün “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə sifariş məktubu göndərmiş, adı çəkilən MMC-nin 22 yanvar 2018-ci il tarixli “əmlakın qiymətini müəyyən etmək üçün hesabat”ı ilə torpaq sahəsi (0,7936 ha) 1587200 manat, torpaq sahəsinin 50 %-i (0,3968 ha) isə 793 600 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra Məmmədova Nailə Marif qızı Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatının təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi əsasında 03 iyul 2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar təsisçisi olduğu “Lyuks Sönməz” MMC-nin əmlakındakı 50 % payının, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə​ həbs qoyulduğunu, tutmanın həmin torpaq sahəsinə 50 % payı həddində yönəldildiyini, qərardadın Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanıldığını, “Daşınar və Daşınmaz Əmlakların Qimətləndirilməsi Xidməti” MMC-nin mütəxəssisləri tərəfindən “Lyuks-Sönməz” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayit şossesi 3 saylı ünvanda yerləşən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi işinin həyata keçirildiyini, qiymətləndirmə zamanı sadəcə torpaq sahəsinin nəzərə alındığını, torpağın çox ucuz qiymətləndirildiyini, üzərindəki tikililərin isə ümumiyyətlə qiymətləndirilmədiyini irəli sürmüş, buna görə də təsisçisi olduğu “Lyuks Sönməz” MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair 22 yanvar 2018-ci il tarixli rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orada olan tikililərin də qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

​ ​ Kassasiya şikayətinin hüquqi dəlilləri:

​ Apellyasiya instansiya məhkəməsinin qətnaməsi həm maddi və prosessual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından tam qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş üzrə ətraflı araşdırma aparmamış, işə birtərəfli baxmış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi yuxarı instansiya məhkəməsi olan Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə qismən də olsa əməl edərək və tərəfimizdən verilmiş vəsatətləri təmin edərək, iş üzrə ekspertizalar təyin etmişdir.​
​ Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi araşdırmasının nəticəsi kimi qeyd edir ki, iş üzrə əmlakın qiyməti ilə bağlı birbirindən fərqlənən 5 (beş) qiymətləndirici rəyi mövcuddur. Son üç qiymətləndirici rəyində əmlakın dəyəri demək olar ki, eyni məbləğlər təşkil edir. Bu hal da ona dəlalət edir ki, mübahisə predmeti olan əmlakın dəyərini son üç qiymətləndirici tərəfindən düzgün müəyyən edilmişdir. Apellyasiya instasiyası məhkəməsi hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qiymətləndiricinin müəyyən etdiyi 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat mübahisə predmeti olan əmlakın dəyərininin daha real olduğuna dəlalət edir.
Qeyd olunanları əsas gətirərək, apellyasiya instansiyası məhkəməsi, “Lyuks Sönməz” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin tərtib etdiyi 22.01.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunması və əmlakın (torpaq sahəsi və üzərindəki tikililər) qiymətini 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən etmişdir. Belə ki, qeyd olunduğu kimi, iddiaçı Məmmədova Nailə Maarif qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-879/20 saylı 10 fevral 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.08.2019-cu il tarixli, 2(103)-1504/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-879/20 saylı 10 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir.
Belə ki, qeyd olunan göstərişdə Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu rəyləri işdəki digər sübutlarla birgə dəyərləndirilərək və mütənasib şəkildə uzlaşdırılaraq əmlakın ilkin satış qiyməti müəyyənləşdirilməli baxımından apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi 1918 700 (bir milyon doqquz yüz on səkkiz min yeddi yüz)manat qiymətini əmlakın real bazar qiymətinə daha uyğun hesab edərkən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC qiymətləndirməni səthi aparmasını, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmaması, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri, xüsusilə torpaq sahəsinin üzərində tikililərin olmasını nəzərə almaması, analoji əmlakların bazar dəyərini təhlil etməməsi, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməməsi, həm də ərazidə təşəkkül tapmış qiymətləri araşdırmayaraq torpaq sahəsindəki tikililərin hüquqmüəyyənedici sənədlərinin olmadığını nəzərə almamasına istinad etsə də, özü tərəfindən də təyin edilmiş sonuncu rəydə də sadalanan halların da tam öz əksini tapmamasına diqqət yetirməmişdir.
Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən iş materiallarında olan “Lyuks Sönməz” MMC-nin digər şəxslərlə mübahisəsinə dair 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2(81) - 1578/4-364 saylı mülki iş üzrə təyin etdiyi 28 oktyabr 2008-ci il tarixli 23/3 saylı ekspert rəyinin məzmununa diqqət yetirməmişdir. Qeyd edilən həmin rəydə MMC-nin mülkiyyətində olan torpaq sahəsinin, həmin sahədə yerləşən binanın qeyri-yaşayış sahəsi ilə birlikdə orta bazar dəyərinin ümumilikdə dəyərinin 9.850.000 manat (250.000 + 9.600.00) olması qeyd edilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan mübahisəli tikililərə dair iş materiallarında layihə smeta sənədlərinin olmamasına, 3400 kv.m sahəsi olan və 51 tikilidən ibarət olan daşınmaz əmlakın (torpaq sahəsi və üzərindəki tikililər) 1918 700 (bir milyon doqquz yüz on səkkiz min yeddi yüz) manat məbləğində qiymətləndirilməsi ağlabatan olmamaqla hazırki dövr üçün bazar qiymətlərinə də uyğun olmamasına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-879/20 saylı 10 fevral 2020-ci il tarixli qərarında qeyd olunanları göstərməklə yanaşı, bu halların yenidən araşdırılan zaman nəzərə alınmasını qeyd etmişdir.​
Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, mülki iş araşdırılan zaman, tərəfimizdən verilmiş vəsatətlərdan biri də ondan ibarət olmuşdur ki, iş üzrə ekspertiza keçirilən zaman qeyd olunan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən tikililərə baxış keçirilərkən bizim iştirakımız da təmin olunmalı idi.​ Bunun əsası kimi isə qeyd etdiyimiz kimi, mübahisəli torpaq sahəsinin hal-hazırda cavabdehin nəzarətində olduğu və həmin sahəyə iddiaçının yaxın buraxmaması idi. Belə ki, iş materiallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinin üzərində olan tikililərin hüquqi sənədlərinin olmaması, ehtimal verir ki, cavabdeh həmin tikililəri ekspertə düzgün təqdim etməsin. Qeyd edim ki, mübahisəli torpaq sahəsinin üzərində biri birindən ayrı müstəqil fəaliyət göstərən 52 ədəd müxtəlif sənaye, texniki xidmət və yeyinti tipli obyektlər mövcuddur.
Məhkəmənin qeyd olunan vəsatətimizi təmin etməməsi ilə bizim keçiriləcək ekspertiza zamanı öz təklif və izahatlar vermək hüququmuzu məhdudlaşdırmışdır. Qanunvericilikdə də qeyd olunmuşdur ki, ekspertiza keçirilən zaman tərəflərin ekspertizada iştirak etmək hüququ vardır. Hansı ki, qeyd olanan ekspertiza məhz bizim vəsatətimiz əsasında təyin edilmişdir.​ ​ Həmçinin qeyd edim ki, apellyasiya instansiyası məhkəməsi sonuncu məhkəmə prosesində bizim iştirakımız təmin etməmişdir. Belə ki, iş üzrə sonuncu ekspertiza kimi,​Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 14 oktyabr 2020-ci il tarixli 272-01 saylı rəyinə əsasən,​ Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən torpaq sahəsinin 06 oktyabr 2020-ci il tarixinə bazar dəyəri 1 984 000 (bir milyon doqquz yüz​ səksən dörd min) manat təşkil edir. Qeyd edim ki, keçirilmiş ekspertiza zamanı, məhkəmə tərəfindən qoyulan suallara tam cavab verilməmişdir. Düzdü ekspert mübahisəli torpaq sahəsini qiymətləndirmişdir. Lakin həmin torpaq sahəsinin üzərində yerləşən tikililəri qiymətləndirməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcələsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
Həmçinin məhkəmə qətnamənin əsalandırılan hissəsində qeyd olunan ekspertiza rəyini mötəbər rəy kimi qəbul etdiyini​və​ “Lyuks Sönməz” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin tərtib etdiyi 22.01.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiymətinin 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən edilməsini qət edilmişdir. Qeyd olunduğu kimi, məhkəmənin istinad etdiyi ekspertiza rəyindən təkcə torpaq sahəsi qiymətləndirilmişdir. Hesab edirik ki, məhkəmə bu nəticəyə gələrkən də kobud səhfə yol vermiş və​ Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-879/20 saylı 10 fevral 2020-ci il tarixli qərarında qeyd olunan göstərişə əməl etməmişdir.
Halbuki iş materiallarında olan tərəflərin izahatları və digər sübutlarla yanaşı keçirilmiş qiymətləndirmə rəylərində də qeyd olunur ki, mübahisəli torpaq sahəsinin üzərində tikililər mövcuddur. Hətta qiymətləndirmə rəylərində həmin tikililər müxtəlif qiymətə qiymətləndirilir.​ ​
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər;apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər, müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə edə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-421-ci maddələrini rəhbər tutaraq,

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Sizdən XAHİŞ EDİRƏM

​ Bakı Apellyasiya Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(103)-5081/2020 saylı qətnaməsini ləğv edərək,​ iddianı təmin edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli, 2(001)- 4758/2018 nömrəli qətnaməsini qüvvədə saxlayasınız. Qoşma: kassasiya şikayətinin surəti; vəkil orderinin əsli.


​ ​ ​ ​ ​ ​ ​Məmmədova Nailə Maarif qızı

​ Vəkil: Qurbanov Rəhim Qafar oğlu

 

(gündəmxəbər)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam