Vnukovo hava limanı fəaliyyətini bərpa etdi
Vnukovo hava limanı fəaliyyətini bərpa edib.
Yenixeber.org: Bu barədə "Vnukovo"nun mətbuat xidmətindən məlumat yayıb.
"Saat 10:50-dən etibarən uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Hazırda hava limanı kompleksi normal rejimdə işləyir", - mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, daha əvvəl Vnukovo və Kaluqa hava limanlarının fəaliyyəti təhlükəsizlik səbəbi ilə məhdudlaşdırılmışdı.(TASS)