Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qubanın icra başçısı Ziyəddin Əliyevdən şikayət var-Ukraynada

 Yenixeber.org: Sən demə Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluqa qəsəbəsinin sakinləri Qubanın icra başçısı cənab Ziyəddin Əliyevdən şikayətçidirlər. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün fb səhifəsində yazıb:  

"Bura Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluqa qəsəbəsidir. Yol çəkmək adı ilə xaraba günə qoyulub. Deyərsiniz, bizə nə dəxli var?
Məsələ burasındadır ki, Kaluqa qəsəbəsinin sakinləri bizim məmurlardan birindən, daha doğrusu Qubanın icra başçısı cənab Ziyəddin Əliyevdən şikayətçidirlər. Həmin Ziyəddin Əliyevdən ki, qubalıları ağ günə çıxarıb, indi İvano-Frankovsk əhlini ağ günə çıxarır.
7 milyon avroya Ukraynanın Nikolaevsk şəhərində asfalt zavodu açıb, sahibi olduğu "Alov Bud" şirkəti Kaluqa qəsəbəsində 600 metrlik asfalt döşənməsi ilə bağlı ƏDV xaric 4 milyon 249 min qrivnalıq (təxminən 171 min dollar) tenderi udub. Asfaltı çəkib, 7 il istismar qarantiyası verib, işin tamamından sonra ərazini xaraba qoyub.
İndi Kaluqa sakinlərli Ziyəddin müəllimin şirkətinin gördüyü işdən məhkəməyə şikayət ediblər, kommunikasiya xətləri, yol nişanları qırılıb, köhnə asfalt tullantıları yolun kənarına atılıb, təzə yol da göz qabağında...
(http://vikna.if.ua/news/category/kl/2019/10/28/103472/view).
Yeri gəlmişkən, son 2 il ərzində Ziyəddin Əliyev Ukraynada 51 dövlət satınalması və 50 tender üzrə müqavilə bağlayıb ki, bunların ümumi dəyəri 20 milyon dollara yaxındır. Bu barədə ayrıca yazacağam.

Biz az çəkirdik bunlardan, bir də ukraynalılara yazıq oldu."

Yenixeber.org olaraq qarşı tərəfi də dinləməyə hazırıq.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam