Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Ərdoğan Zelenski ilə telefonla danışacaq

Ərdoğan Zelenski və Putin ilə  telefonla danışacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vlolodimir Zelenski ilə münaqişənin həllini müzakirə etmək üçün telefon danışığı aparmaq niyyətindədir.

Yenixeber.org: Bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “NTV” telekanalına müsahibəsində bildirib.

“Ölkə rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Cənab Zelenski ilə də Ukraynadakı vəziyyətin həlli yollarını tapmaq üçün danışıqların aparılacağı gözlənilir”-deyə, o bildirib.

Martın 25-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan Putinə taxıl müqaviləsinin uzadılması məsələsində müsbət mövqeyinə görə təşəkkür edib.

Bundan əvvəl Ərdoğan bildirib ki, Ankara münaqişələrin tərəfi olmayacaq və Ukrayna ilə bağlı vəziyyətdə olduğu kimi, sülh yolu ilə nizamlanmanın tərəfdarı olmaq niyyətindədir. O, həmçinin Rusiya və Ukrayna liderləri arasında Türkiyədə danışıqlar təşkil etməyə çalışdığını dəfələrlə təkrarlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam