Tbilisiyə uçan iki sərnişin təyyarəsi Bakıya enməli olub
Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın "AirAsia" şirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş sorğusu göndərib.
Yenixeber.org: Bu barədə hava limanından məlumat yayılıb.
Məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına eniş edib.
Həmçinin səhər saatlarında Bakı aeroportu duman səbəbindən Tbilisi beynəlxalq hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakıdan təyinat yerinə yola düşüb.