Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Tarixin ən dəhşətli təyyarə qəzaları -SİYAHI

 

Tarixin ən dəhşətli təyyarə qəzaları -

 

 

İki gün öncə Türkiyənin "Başaran Holdinq”inə məxsus təyyarənin Birləşmiş Ərəb Əmirliklərindən geriyə dönüş edərkən İranda qəzaya uğraması ölkənin gündəminə oturdu. Baş vermiş hadisə nəticəsində 11 nəfər dünyasını dəyişmişdi. Dünən isə Nepalda sərnişin təyyarəsi qəzaya düşdü. Qəza nəticəsində 50-dək insan öldü, 17 nəfər yaralandı.

 
Yenixeber.org: Ötən ay da təyyarə qəzaları baş verib. Belə ki, ötən ayın 11-də Rusiyanın paytaxtı Moskvada sərnişin təyyarəsi qəzaya uğrayıb.
Ramenski rayonunda baş verən qəzada ölənlər arasında azərbaycanlı da olub. 
Fevralın 18-də isə İranın cənubunda göyərtəsində 66 nəfər olan sərnişin təyyarəsi qəzaya uğrayıb. "Aseman Airlines" şirkətinə məxsus ATR-72 təyyarə Dena dağına (440 metr) çırpılıb. 
Təyyarə qəzalarının ən çox baş verdiyi ölkələrdən biri olan Rusiyada 2016-cı ildə də dəhşətli təyyarə qəzası olub. Həmin ilin dekabrın 26-sında göyərtəsində 92 nəfər daşıyan Rusiya hərbi təyyarəsi Qara dəniz üzərində qəzaya uğrayıb. 
 
Şirkətlər təyyarə vasitəsilə səyahət etməyin digər nəqliyyat vasitələrindən daha etibarlı olduğunu iddia etsələr də, reallıq bunu demir. Gördüyünüz kimi, təyyarə qəzaları kifayət qədər tez-tez baş verir. Qəzaya uğramış təyyarədən sağ çıxmaq ehtimalı isə sıfıra bərabərdir.
Tarixə düşən ən dəhşətli təyyarə qəzalarından bəhs edəcəyik: 
10 aprel 2010-cu il - Rusiyanın Smolensk bölgəsində Polşa Hərbi-hava Qüvvələrinə məxsus TU-154 təyyarəsi qəzaya uğraması nəticəsində 96 nəfər dünyasını dəyişib.
1 iyul 2002-ci il - Almaniyada təyyarə qəzası baş verib.  Rusiyaya məxsus TU-154 ilə Almaniya şirkətinə məxsus Boeing-757 yük təyyarəsinin toqquşması zamanı ölənlərin əksəriyyəti uşaqlar idi. Qəzada həyat yoldaşı və övladını itirən bir şəxs hadisədən 2 il sonra həmin qəzaya səbəb olan dispetçeri qətlə yetirib. 
11 sentyabr 2001-ci il - Əslində o gün baş verənləri qəza adlandırmaq olmaz. Ancaq təyyarə və ölüm sözləri yan-yana işlədildikdə bir çox insanın ağlına məhz Nyu-Yorkdakı əkiz qüllələrin partladılması gəlir. İki Boeing-767 terrorçular tərəfindən qaçırılmış və təyyarələr  Nyu-Yorkdakı əkiz qüllələrə çırpılmışdı. Göyərtədə ümumilikdə 137 sərnişin olsa da, hadisənin qurbanlarının sayı 3 minə çatmışdı.
 
12 noyabr 1996-cı il - Çarxi Dadridə, Hindistanda ilk dəfə olaraq səmada iki təyyarə toqquşdu. Qazaxıstana məxsus İl-76TD Çimkənddən Hindistanın paytaxtı Dehliyə uçurdu. İl-76 anidən bir az aşağıya enərək Boeing ilə eyni hündürlükdə uçmağa başlayır,  500 km/s sürətlə hərəkət edən təyyarələr bir-birinə çırpılır. 
 
8 yanvar 1996-cı il - Kinşasada Rusiya təyyarəsi havaya qalxmağa hazırlaşarkən qəza baş verir. Sonradan məlum olur ki, qəzanın baş verməsinə səbəb təyyarənin həddindən artıq yüklənməsi olub. Qəza nəticəsində 350 nəfər ölüb, 450-si yaralanıb. 
12 avqust 1985-ci il - Tokioda Boeing-747 təyyarəsi qəzaya uğrayır. Baş vermiş hadisədən sonra yalnız 4 nəfərin həyatını xilas etmək mümkün olur.  Təhqiqatdan belə aydın olur ki, 1978-ci il iyunun 2-si eniş edərkən təyyarənin quyruğu zolağa dəyib. Təmir işləri keyfiyyətlə aparılmadığından 7 il sonra bu cür qəza meydana gəlib.
23 iyun 1985-ci il - İrlandiya sahillərində, Atlantik okeanı üzərində Boeing-747-nin parça-parça olması indiyə qədər mübahisəli məsələ olaraq qalıb.  Qəza nəticəsində 329 nəfər həlak olub.
 
19 avqust 1980-ci il - Ər-Riyadda qəza baş verib. Təyyarə Pakistanın Kəraçi şəhərinə istiqamət almışdı, ancaq göyərtədə meydana gələn tüstü ucbatından o, havaya qalxdığı məntəqəyə - Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə qayıtmalı oldu. Pilotlar uğurlu eniş etdilər, onu aeroportun uçuş zolağına sürdülər, hətta təyyarəni saxladılar. Mühərriklər hələ söndürülməmişdi. Lakin 3 dəqiqədən sonra təyyarə alışıb yanmağa başlayır. Təyyarə yerdə olduğu halda 301 sərnişin yanaraq ölür.
27 mart 1977-ci il - Tenerife şəhər aeroportunda qəza qeydə alınıb. Baş verən hadisə nəticəsində 583 nəfər ölüb.
 
3 mart 1974-cü il - Paris yaxınlığındakı qəzada 546 sərnişinin hamısı dünyasını dəyişib.
4 may, 1949-cu il - Superqa təyyarə qəzası da tarixə adını yazdıran hadisələrdən biri olub.  Belə ki, həmin tarixdə Lissabon-dan İtaliyaya uçan «FIAT G-121CP» təyyarəsi Superqa yaxınlıgında qəzaya uğrayıb. Sərnişinlərin hamısı həlak olub. Bu təyyarə "Benfika" klubuyla oyundan geri qayıdırdı. Qəzada "Torino" klubunun bütün üzvləri həlak olmuşdu.
Azərbaycanda baş verən təyyarə qəzaları:
2005-ci il, 23 dekabr - Azərbaycan Hava Yollarına (AZAL) məxsus "An 140-100" təyyarəsi Heydər Əliyev adına hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.
1995-ci il, 5 dekabr - Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük təyyarə qəzası həmin gün baş verir. O gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən "Tu-134" sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub.
 
1989-cu il, 18 oktyabr - SSRİ Hərbi Desant Qüvvələrinin 218-ci alayının 8-ci bölüyünü Bakıdan Ukraynaya aparan "İL-76" hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 57 nəfər (9 heyət üzvü və 48 desantçı) həlak olub.
 
1974-cü il, 11 may - Qax-Zaqatala bölgəsində aviasiya-kimya işləri həyata keçirən "An-2" təyyarəsinin komandiri Vitali Qavrilov içki düşkünlüyünə görə özünün və təyyarədəki daha 7 nəfərin ölümünə səbəb olub. 
 
1973-cü il, 18 avqust - Bakı-Aktau-Bakı reysi ilə hərəkət edən "AN-24B" tipli sərnişin təyyarəsi Binə hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisə nəticəsində 60 sərnişin və 4 heyət üzvü dünyasını dəyişib.
 
1966-cı il, 23 aprel - Hava limanından havaya qalxan "İl-14P" orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayıb. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan təyyarə bu günə qədər tapılmayıb. 
1965-ci il, 25 yanvar - SSRİ Hərbi Hava Qüvvələrinə məxsus "An-8" hərbi-nəqliyyat təyyarəsi Goran aerodromundan qalxaraq Gəncə aerodromuna eniş edərkən qəzaya uğrayıb. "An-8" Gəncə Yağ-piy kombinatının anbarlarına çırpılaraq yanıb. Nəticədə 6 heyət üzvü həlak olub.  Sfera.az 
 
Nigar Məhərrəm

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam