Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

 Çin səfiri XİN-ə çağırıldı -İranda

      Çinin İrandakı səfiri Çanq Hua bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenixeber.org: Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Səfir Çin lideri Si Cinpinin Səudiyyə Ərəbistanına son səfərindən və tərəflərin danışıqlardan sonra verdiyi açıqlamalarla əlaqədar XİN-ə çağırılıb. Çin səfirinə Fars körfəzindəki üç adanın (Əbu Musa, Böyük Tunb və Kiçik Tunb) İrana aid olduğu bildirilib.  

Səfir Çanq Hua Çinin ölkənin ərazi bütövlüyünə hörmət etdiyini, Si Cinpinin Səudiyyə Ərəbistanına səfərinin regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, bu həftə Si Cinpin son altı ildə ilk dəfə Ər-Riyada səfər edib. O, "Çin - Ərəb dünyası" və "Çin - Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası" adlı iki sammitdə iştirak edib. Birinci Çin-Ərəb Sammitinin yekun bəyanatında deyilir ki, ölkələr Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, o cümlədən suverenliyə, birliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə əməl edirlər. İkinci sammitin yekun bəyanatında isə İranın nüvə proqramı, həmçinin Fars körfəzindəki mübahisəli üç ada ilə bağlı müddəalar yer alıb.

Fars körfəzində yerləşən Əbu Musa, Böyük Türbə və Kiçik Türbə adaları İran və Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisəli bölgə hesab olunur. 1970-ci illərə qədər adalara BƏƏ nəzarət edirdi. 1971-ci ildə İran bu əraziləri ələ keçirib 2000-ci ildə isə əraziləri özünün “ayrılmaz hissəsi” elan edib. BƏƏ dəfələrlə BMT və Ərəb Dövlətləri Liqasının köməyi ilə adalara nəzarəti bərpa etməyə çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam