Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında

 

                        Kərbəlanı yağmalayan vəhhabilər

Yenixeber.org: Səudiyyə Ərəbistanı və İran arasında regional liderlik uğrunda şiddətli mübarizə gedir. Adətən Britaniya mətbuatı bu barədə mütəmadi məlumatlar yayımlayır. Təbii ki, bu mövzuya maraq təsadüfi deyil, tarixi kökləri dərin olan bəlli maraqlardan qaynaqlanır. "The Financial Times"in yazdığı kimi, özlərini qeyri-rəsmi olaraq şiə və sünnilərin hamisi elan etmiş İran və Səudiyyə Ərəbistanı arasında ziddiyyət Yaxın Şərqdə münaqişələri körükləyir.

“The Independent” qəzeti isə “İslamın 1400 illik çatı”ndan yazır. Qeyd edir ki, Məhəmməd peyğəmbər 632-ci ildə vəfat etdikdən dərhal sonra bu parçalanma ortaya çıxdı. Həmin parçalanmanın aparıcı tərəflərinə çevrilmiş Səudiyyə və İran hazırda müsəlman şərqində iki güc mərkəzini təmsil edir və Yaxın Şərq boyunca nüfuz rəqabəti aparır. Teoloji ixtilaf bu iki ölkə arasında keçilməz Çin səddi çəkib. Bir məzhəb digərinin əsl İslam olmadığını bəyan edir.

Hər iki ölkə böyük neft ixracatçısıdır. Səudiyyənin ərazisi daha böyükdür, İran isə əhali baxımından xeyli öndədir. Bu da faktdır ki, dünyadakı müsəlmanların 85 faizi sünnidir. Onlar Mərakeşdən İndoneziyaya qədər geniş coğrafiyada yayılıb.

Yalnız İran, İraq, Azərbaycan və Bəhreyndə əhalinin əksəriyyəti şiələrdir. Yəmən, Livan, Küveyt, Suriya və Qətərdə isə əhalinin əhəmiyyətli hissəsini şiələr təşkil edirlər.

Səudiyyə tərəfindən dəstəklənən Bəhreyn krallığında əhalinin əksəriyyəti şiə olsa da, hakim xəlifə ailəsi sünnidir. İraqa 20 il ərzində sünni Səddam Hüseyn rəhbərlik etmişdi, halbuki orada da əhalinin çoxluğu şiədir. Əksinə, Suriyada prezident Bəşər əl-Əsəd şiə ələvi təriqətindən olsa da, əhalinin əksəriyyəti sünnilərdir. Yəməndə isə şiə husi qiyamçıları ölkənin sünni rəhbərliyini devirib. 

Səudiyyə Ərəbistanına diqqət edək. 20 milyon vətəndaşı var. (Qeyri-vətəndaşları saya salan yoxdur) Onların çoxu sünnidir, vətəndaşların 15 faizi, bəzi mülahizələrə görə, 20 faizi şiədir. İslam dünyasına Vəhhabizm kimi ekstremal dini cərəyan gətirmiş bu ölkə müsəlman ölkələri arasında ən varlısıdır.

ÐаÑÑинки по запÑоÑÑ SÉudiyyÉ ÆrÉbistanı

Ancaq bu var-dövlətın mənbəyi sənaye, yüksək texnologiyaya söykənən istehsal deyil. Ölkə ancaq neft satışına görə bu qədər zəngindir. Mahiyyətdə neftdən kənarda Səudiyyə Krallığı zavallı ölkələrdən birinə çevrilərdi. Əhəmiyyətli məqamlardan biri odur ki, neft əsasən Səudiyyə Ərəbistanının şiələr yaşayan ərazisində hasil olur. Bu amil son dərəcə önəmlidir. Çünki şiələr yaşayan əraziyə İranın güclü təsiri var. Səudiyyənin ən çox qorxduğu odur ki, yerli şiələr Səudiyyədən ayrılıb İrana birləşə bilər. Ona görə də rəsmi Ər-Riyad şiələrə qarşı son dərəcə amansızdır. Düşünün ki, ölkənin daxilində şiələr yaşayan ərazilərin topa atəşinə tutulması, qəsəbə və kəndlərin dağıdılması adi haldır. O da maraqldır ki, Qərb mediası bu kimi hadisələr haqqında son dərəcə xəsisliklə məlumat verir. Məşhur şiə ruhanisi Nimr al-Nimrin 46 nəfərlə birlikdə Səudiyyədə edamı, buna etiraz edən qəzəbli kütlənin bu ölkənin Tehrandakı səfirliyinə od vurub, talan etməsi bir neçə il əvvəlin söhbətidir. O vaxt ayətullah Ali al-Sistani bu edamı “ədalətsiz təcavüz” adlandırdı. İrana bağlı Livan Hizbullah təşkilatının lideri Hassan Nasrallah Səudiyyənin hakim ailəsini bütün dünyada sünni-şiə vətəndaş müharibəsini qızışdırmaqda suçladı. Livanla əlaqəli bir məqam da var. Livanın baş nazir Saad Hariri Səudiyyə Krallığına sıx bağlıdır. Ancaq ölkədə söz sahibi olan Hizbullah İranın maraqlarından çıxış edir. Bu ziddiyyət sünni-şiə qarşıdurmasından qaynaqlanır.

Düşünün ki, Səudiyyə Ərəbistanında şiələrin hakim olmaq haqqı yoxdur, onların hərbi zabit olması da qadağandır. Hökumətdə və təhlükəsizlik xidmətində də şiələrə yer yoxdur. Şiə heç təyyarəçi-pilot da ola bilməz.

Qərbin bir çox aparıcı nəşirlərində köşə yazarı olan İran əsilli Amir Tahiri yazılarının birində bu məsələyə toxunub:"Buna heç cür haqq qazandırmaq olmaz ki, Səudiyyədə şiələr hərbi zabit, nazir, şəhər valisi, hakim, Krallığın səfiri ola bilməz. Bu formada dini ayrı-seçkilik, dözümsüzlük irqçilikdən də pisdir".

“Human Rights Watch” təşkilatı bununla bağlı dəfələrlə bəyanat verib. Ancaq Krallıqda şiələrə münasibət getdikcə daha eybəcər xarakter alır. Ən dözülməz durumda olanlar isə İsmaililər məzhəbinin ardıcıllarıdır. Onlar da şiə sayılır. Qərb mənbələri Səudiyyədə İsmaililərin sayının 100 min nəfər olduğu bildirir. Yerli rejimə etiraz edən şiələrin önəmli kəsimi məhz onlardır. Zindanlara salınan şiələr arasında onların sayı daha çoxdur. Səudiyyənin rəsmi nümayəndəsi olan Şeyx Əli Qursan deyir: "Biz onların ərzağını yemərik, biz onlarla ünsiyyətdə olmarıq, onların ölülərinin üstündə də dua etmərik, heç onlara imkan vermərik ki, bizim qəbiristanlıqda dəfn olunsunlar".

Hələ uzaq 1932-ci ildə vəhhabilər bəyan etdi ki, müsəlmanlar Qurana və sünnə mətnlərinə əsaslanmalıdır, İmamları müqəddəs bilən şiələr həqiqi müsəlman hesab oluna bilməz.

Əslində bu qarşıdurma daha əvvəl-1802-ci ildən başlayır. Onda vəhhabi ruhanilərin göstərişi ilə şiələrin müqəddəs şəhəri Kərbəlaya hücum təşkil olundu. Vəhhabilər bazar və küçələrdəki insanları qətlə yetirdilər. İmam Hüseynin ziyarətgahını dağıtdılar. Belə bir şayiə yaydılar ki, Kərbəladakı ziyarətgahdakı divarların içində qızıl gizlədilib. Ona görə də vəhhabilər az qala bütün divarları uçurub qızıl axtarırdılar. O vaxt Kərbəlada olan var-dövlət İran dövlətinin xəzinəsindən çox idi. Ancaq Əmir Teymur kimi cahangir (yeri gəlmişkən, sünni olub) Kərbəlanı ələ keçirdikdən sonra bu şəhərdən bir çöp də aparmadı. Əhli-beytə ehtiram göstərdi. Vəhhabilər isə şəhəri yağmaladı. Bu kimi məqamlara görə, bəzi araşdırıcılar deyir ki, bütün vəhhabilər sünnidir. Amma bütün sünnilər vəhhabi deyil.

ÐаÑÑинки по запÑоÑÑ kÉrbÉla

İranda isə əhalinin 2 faizi, təxminən 1.5 milyon nəfəri ərəbdir. Onların çoxu şiə, azı isə sünnidir. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı və digər varlı körfəz ölkələri onlardan İrana qarşı istifadə edir. İranın ərəblər yaşayan ərazilərində ara-sıra terror aktlarının törədilməsi bu amildən qaynaqlanır. İrandan fərqli olaraq Səudiyyə məzhəb fərqindən öz rəqibinə qarşı istifadə edə bilmir. Çünki İran əhalisinin 95 faizi şiədir.

ÐаÑÑинки по запÑоÑÑ Ä°ran

İranın dövlət büdcəsindən müdafiə xərcləri məqsədilə 10-15 milyard dollar həcmində vəsait ayrılır. Səudiyyə Ərəbistanı isə bu işə 95-105 milyard dollar xərcləyir. Təxmini mənzərə belədir. O da məlumdur ki, Səudiyyə ABŞ və Çindən sonra dünyada hərbi büdcəsi böyük olan üçüncü ölkədir. Ancaq o da faktdır ki, Səudiyyə ordusu İran ordusundan çox zəifdir. Ona görə də Səudiyyə İranla hərbi qarşıdurmadan çəkinir. Bu ölkələr arasında müharibənin qaçılmazlığı barədə çox yazılıb. Əslində Yəmən və Suriyada Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə gedir. İranın bölgədə genişlənən hərbi-siyasi təsirinin qarşısını almaq üçün ABŞ Səudiyyə krallığına hər cür siyasi və hərbi dəstək verir. Təbii ki, ABŞ-ın müttəfiqləri də bu sırada yer alır. İranın isə belə bir dəstəyi yoxdur. Rusiyanın dəstəyi isə o qədər də ciddi deyil. Rəsmi Moskvanın bu baxımdan imkanları da məhduddur. Ümumiyyətlə götürsək, tarixən Anqlosaks ittifaqı İslam dünyasında sünnilərin yanında olub, Rusiya isə şiələrə dəstək verib. Əslində Rusiyanın başqa bir seçimi də qalmamışdı...

İranın Çindən dəstək aldığını da söyləmək olmaz. Çünki Pakistanla Çinin xoş münasibətləri var. Pakistan isə İranla o qədər də xoş münasibətdə deyil. Açıq şəkildə Səudiyyə Ərəbistanına dəstək verir. Əvvəllər Türkiyə də Səudiyyə Ərəbistanına açıq dəstək verərdi. Ancaq vəliəhd şahzadə Məhəmməd ibn Salman Səudiyyədə iqtidara gələndən sonra vəziyyət xeyli dəyişdi. Səudiyyə körfəz ölkələri ilə əl-ələ verib Türkiyəyə qarşı çıxdı. Amma bu olaydan əvvəl də Türkiyə İrana qarşı vəziyyətdən və maraqlardan doğan siyasət aparmışdı.

ÐаÑÑинки по запÑоÑÑ Yaxın ÅÉrq

Yaxın Şərqdə gedən məzhəb davası İranın şiəliyin və ələviliyin mövcud olduğu ölkələrdə ideoloji mübarizə aparmaq imkanlarını gücləndirib. İraq, Suriya, Yəmən, Bəhreyn, hətta Səudiyyə Ərəbistanının qərbində-Yəmənlə sərhəddə yerləşən şəhərlərdəki şiə müsəlmanlar İranın bu ölkəyə qarşı əsas ideoloji silahı sayılır.

Səudiyyə də eyni işi görür. Düşünün ki, şahzadə Turki əl-Feysəl Mücahedine Xəlq (MXT) təşkilatının Parisdə keçirilən konfransında çıxış etmişdi. Mühacirətdə fəaliyyət göstərən MXT İranın ən mütəşəkkil müxalifəti sayılır və teokratik rejimin qatı düşmənidir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyənin bu addımını təxribat sayır: "Əl-Qaida və Talibanın yaradıcısı Feysəlin orada iştirakı onun öz taleyini "terrorçularla" bağladığını göstərir".

ÐаÑÑинки по запÑоÑÑ Ä°raq, Suriya, YÉmÉn, BÉhrey

O da maraqlıdır ki, hər iki ölkə bir-birini terrora dəstək verməkdə suçlayır.

Tehran və ər-Riyad hər yerdə savaş içindədir. Bəhreyndə ən yüksək şiə ruhanisi vətəndaşlıqdan məhrum edəndə də, İran Səudiyyəni ittiham edir. Çünki əmindir ki, bu işdə Krallığın əli var. Bəhreyn əhalisinin əksəriyyəti şiələr olsa da, ölkəyə Səudiyyədən dəstək alan sünni azlıq hökmranlıq edir. İran isə Bəhreyndə şiələrin iqtidar olması üçün hakim sülaləni yerli şiələrin əli ilə devirmək istəyir. 1981-ci ildə Bəhreyndə baş tutmamış çevriliş cəhdi və dörd il sonra Küveyt əmirinə yenə də alınmayan sui-qəsd bu qəbildən olan hadisələr kimi tarixə düşüb.

Səudiyyə ilə İran arasındakı savaşda İsrail də var. 1948-ci ildə yaranmış bu balaca ölkənin son dərəcə böyük təsir gücü var. Yəhudilərin ərəb dünyasından Misir və İordaniya ilə diplomatik münasibətləri mövcuddur. Ancaq İsrailin Səudiyyə Ərəbistanı ilə yarım-gizli şəkildə ciddi əlaqələrinin olması kimsəyə sirr deyil də. İran isə İsrailin dövlət kimi mövcudluğunu qəbul etmir. Ona görə də Səudiyyə-İran qarşıdurmasında İsrail birincinin yanındadır. Baş naziri Benjamin Netanyahu bir qayda olaraq beynəlxalq ictimaiyyəti İrana qarşı yönləndirir.

ÐаÑÑинки по запÑоÑÑ israil

Misir Orta Şərq siyasətində əsas rolu oynayır və tarixən Səudiyyə Ərəbistanı ilə münasibəti İrandan daha yaxşı olub. Səudiyyə Ərəbistanı da islamçı prezident Məhəmməd Mürsinin 2013-cü ildə ordu tərəfindən devrilməsini dəstəkləyib. Lakin Misir ilə İran arasında yaxınlaşma da olub. Belə ki, 2016-cı ildə Səudiyyə Ərəbistanı şirkəti Aramco Misirdə neft ixracatını dayandırdıqdan sonra, İran Misir-İraq neft sazişinə sponsorluq etmişdi. Amma "körfəzin milli təhlükəsizliyi, Misirin milli təhlükəsizliyi deməkdir. Səudiyyə Ərəbistanının ağıllı və iradəli liderliyinə inanıram," Misir prezidenti Əbdül Fəttah əl-Sisinin son qərarı belə olub.

İran-İraq savaşı (1980-1988) zamanı Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası Səddam Hüseynə dəstək verib. Ərəblər həm millət, həm də məzhəb baxımından İrana qarşıdır. Münasibətlər o həddədir ki, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İranın Ali dini rəhbərini "Yaxın Şərqin Hitleri" adlandırmaqdan belə çəkinməyib.

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların əsası neft ixracı, gəmi ticarəti və bank sistemini ilə ilişiklidir. ABŞ prezidenti Donald Tramp bu sanksiyalarla bağlı belə deyir: "Biz İrana nə olduğunu görəcəyik, ancaq yaxşı bir şey olmayacaq, bunu sizə deyə bilərəm".

ABŞ-la İran arasında münasibətlər 1979-cu ildən korlanıb. Onda ABŞ-ın Tehrandakı səfirliyi mühasirəyə alınıb. 52 amerikalı 444 gün səfirlikdə girov saxlanılıb. Ayətullah Əli Xameneyi bildirib ki, bütün basqılara rəğmən ABŞ 1979-ci ilə qədər İran üzərində mövcud olmuş dominantlığını yenidən bərpa edə bilməyəcək.

O da var ki, Səudiyyənin ABŞ-da ciddi lobbisi var. İran Amerika ilə nüvə anlaşmasının pozulmasının əsas səbəbkarı kimi Amerikadakı Səudiyyə lobbisini ittiham edir və açıq şəkildə deyir ki, Səudiyyə amerikalı siyasətçiləri satın alıb və onların əli ilə ABŞ ər-Riyadın xeyrinə qərarlar verir və İrana qarşı düşmən münasibəti sərgiləyir.

Nədən Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqlar keçirilmir? Danişib, anlaşmaq olmazmı? Olar. Ancaq gizli gedən bu danışıqlar heç vaxt ciddi nəticə ilə yekunlaşmayıb. Britaniya mətbuatı bu kimi danışıqları “İki karın söhbəti” adlnadırıb, çünki qarşı tərəflər bir-birini dinləmək istəmir. Bu danışıqların dalana dirənməsində Qərb ölkələrinin də böyük əməyi var. Aydındır ki, İslam dünyasında birlik və həmrəyliyin olması onların maraqlarına uyğun deyil...(müsavat)

Elbəyi Həsənli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam