Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Azərbaycanın bəzi rayonlarında un qıtlığı yaranıb -VİDEO

Yenixeber.org: Vətəndaşların “Xəzər Xəbər”ə müraciətindən sonra məlum olub ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son bir həftədir, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.

Bəs buna səbəb nədir?

Satıcılar unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hal-hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir, un gəlmir.

Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirirlər.

Hətta Qax rayonunda un tapa bilməyib, qonşu rayona üz tutan sakinlər də var.

Şimal-qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya tədbirləri aparılır. Bu, oxşar müəssisələrdə mərhələlərlə aparılır ki, una tələbat pozulmasın.

Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.

O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam