Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

RUS ORDUSUNUN “KABUS GÜNLƏRİ” BAŞLAYIR –ABŞ Ukraynaya 300 km. məsafəni vuran raketlər verib

Yenixeber.org: Bu, 24 fevraldan bu günə kimi 17-ci yardım paketidir.

Bu dəfə paketdə Ukraynanın 155 mm-lik artilleriya qurğuları üçün 75 000 mərmi və HİMARS üçün raketlər nəzərdə tutulub. Sürsatların zərbə məsafələri və sayı açıqlanmayıb.

Konqresvumen Elissa Slotkin bir neçə gün əvvəl bəyan edib ki, Konqresdə ABŞ-ın Ukraynaya HİMARS-lar üçün 300 km. məsafəyə zərbə vura bilən ATACMS raketlərin verilməsi məsələsində iki partiyalı konsensusun mövcud olub. Yəni həm Demokratlar, həm də Respublkikaçılar bu qərarı dəstəkləyir və Pentaqondan prosesi sürətləndirməyə tələb edirlər.

Bəzi ekspertlər bildirirlər ki, təqdim olunacaq 550 milyon dollarlıq paketdə HİMARS-lar üçün uzaqmənzilli raketlər nəzərdə tutulub. İddia olunur ki, əslində uzaqmənzilli raketlər hələ 15-ci paketdə verilib, Pentaqon bunu açıq deməsə də, həmin paketə dair bəyanatda fərqli raketlərin verilməsinə işarə edib.

ABŞ iki gün əvvəl Ukraynaya əlavə 4 HİMARS çatdırıb və nəticə etibarı ilə hazırda Rusiya işğalçılarına qarşı döyüşən 20 HİMARS, 3 M270 MLRS, Almaniya istehsalı olan 3 MARS II var. Qeyd olunur ki, iyulun 8-də cəmi 8 ədəd olan YAR sistemlərinin sayı hazırda 26-ya çatdırılıb ki, bu da Ukrayna ordusunun uğurlu əks-hücuma start verməsinə imkan verir.

Bundan başqa qısa zaman ərzində Böyük Britaniyanın Ukraynaya bir neçə hərbi gəmi göndərəcəyi də qərarlaşdırılıb. Habelə İranın Rusiyaya dronlarını göndərəcəyi qalmaqalı fonunda Litva Ukraynaya 110 EDM4S Sky Wipers dron əleyhinə tüfəng göndərəcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam