Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-ın Ukraynaya verdiyi “HİMARS” raketi Rusiyanın kabusuna çevrilə bilər- İLGİNC DETALLAR

Yeni sistem effektiv istifadə halında müharibənin gedişatını belə dəyişə bilər

Yenixeber.org: Xəbər verildiyi kimi ABŞ prezidenti Ukraynaya “HİMARS” tipli mobil raket artilleriya sistemlərinin verilməsi barədə qərar imzalayıb.

Xarici agentliklər xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bununla bağlı “The New York Times” qəzetində xüsusi məqalə də yayımlayıb.

Burada Co Bayden Rusiyanın Ukraynaya qarşı müharibəsində ABŞ-ın məqsədlərindən danışıb və müasir raket sistemlərinin ukraynalılara verilməsinin səbəblərini açıqlayıb.

 “Ukrayna xalqı fədakarlığı, cəsarəti və hərbi uğurları ilə Rusiyanı təəccübləndirib və dünyanı ruhlandırıb”,-deyə  ABŞ prezidenti bildirib.

Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynaya başlatdığı müharibənin artıq 4-cü aydır davam etdiyini xatırladıb və Birləşmiş Ştatların rəhbərliyi altında bir çox ölkələrin Ukraynanın tərəfini tutaraq, görünməmiş hərbi, humanitar və maliyyə dəstəyi göstərdiyini qeyd edib.

“Amerikanın məqsədi sadədir: biz demokratik, müstəqil, suveren və gələcəkdə təcavüzdən qorunmaq üçün bütün vasitələrə malik uğurlu Ukrayna istəyirik. Ukrayna prezidenti Vladimir Zelenskinin dediyi kimi, bu müharibə, yalnız diplomatik yolla başa çatacaq”,-deyə yazıda vurğulanıb.

Co Baydenin sözlərinə görə, ABŞ Ukraynaya  “döyüş meydanında əsas hədəfləri daha dəqiq vuracaq mükəmməl raket sistemləri və döyüş sursatları” ilə yanaşı, “Javelin” tank əleyhinə raketləri, “Stinger” zenit-raket kompleksləri, güclü artilleriya və yüksək dəqiqliyi olan raket sistemləri, radarlar, pilotsuz uçuş aparatları, Mi-17 helikopterləri və digər silahlar verəcək.

Bəs bir çox mütəxəssislər tərəfindən müharibənin gedişatını dəyişdirə biləcək dərəcədə təsvir edilən “HİMARS” raket sistemləri haqqında bizə nələr məlumdur?

Öncə qeyd edək  ki, söhbət ilk növbədə 70 kilometrə qədər hədəfləri vura bilən orta mənzilli döyüş sursatı sayılan “HIMARS M142” mobil artilleriya sistemindən gedir. Bu sistem “GMLRS” raketləri ilə təchiz olunur. Bəzi xarici qaynaqlar Ukraynaya veriləcək raketlərin 80 kilometr uçuş məsafəsinə malik olacağını bildirir.

Xatırladaq ki, Ukrayna rəhbərliyi Ağ Evi Rusiya ərazisinə zərbələr üçün “HIMARS”dan istifadə etməyəcəyinə inandırıb. Əslində, rəsmi Vaşinqtonun raketlərin rəsmi Kiyevə verilməsində əsas şərti də elə bu olub.

“HIMARS M142” (High Mobility Artillery Rocket System - artan hərəkət qabiliyyətinə malik raket artilleriya sistemi) "atmaq və qaçmaq" qabiliyyəti olan kiçik mobil reaktiv yaylım atəş sistemi sayılır.

Sistem idarə olunan və idarə olunmayan raketlərlə vurmaq üçün nəzərdə tutulub. Maksimal uçuş məsafəsi 300 kilometrdir. “HIMARS” 6 ədəd reaktiv yaylım atəşli və ya 1 ədəd ballistik raket daşıya bilər.

Ukrayna bu sistemlə birlikdə “GMRLS” tipli 70 kilometrə qədər məsafədə vurulan “M30” və “M31” raketlərini ala biləcək.

Bu raketlər arasında əsas fərq döyüş başlıqları ilə bağlıdır. “M30”lar “M85 DPICM” tipli 404 ədəd alt elementləri üçün kasset döyüş başlığına, “M31” isə 90 kiloqramlıq yüksək partlayıcı döyüş başlığına malikdir.

Qeyd edək ki, 2021-ci ilin əvvəlinə qədər bu sistemlərin istehsalçısı “Lockheed Martin” şirkəti ABŞ Ordusuna 50.000 “GMRLS” döyüş sursatı təhvil verib.

Bu sistem Rusiya Federasiyasının ön cəbhədəki logistika bazalarının, rabitə mərkəzlərinin məhv edilməsi, hərbi qərargahlara, hərbi texnikaların toplandığı yerlərə, habelə onların batareyalarına müntəzəm zərbələr endirmək imkanını verəcəkdir.

Mütəxəssislərin rəyinə əsasən, “HIMARS” texnologiya baxımından sovet sistemlərini onillərlə qabaqlayır. Belə ki, rusların çox öyündüyü “Uraqan” və “Smerç” tipli sistemlər on dəqiqədən çox vaxt aparan optik mənzərədən istifadə etməli və üstəlik əl ilə idarə edilməlidir. Buna görə burada tam dəqiqlik əldə olunmur, həmçinin hədəfdən yayınma yüzlərlə metrlərlə ölçülür. Rusların qadağan olunmuş kaset bombalarından istifadə etməsinin səbəblərindən biri də budur.

ABŞ-ın reaktiv yaylım atəş sistemlərinin hədəfdən yayınması isə beş metrdən (!) çox deyil, çünki bu sistemlər GPS-lə idarə olunan raketlərdən istifadə edirlər.

Rusiya “Uraqan”larının doldurulması 20 dəqiqə, “Smerç”lərin tamamlanması isə 40 dəqiqə çəkir. “HIMARS”ın doldurulması üçün isə cəmi beş dəqiqə kifayətdir, çünki bu sistem bir raketlə deyil, blokla yüklənir. Sistem hədəf aldığı, atəş açdığı və yerini dəyişdirdiyi zaman, artıq xüsusi yük maşını onu xüsusi blokla yenidən doldurur.  Bu da reaktiv yaylım atəş sistemini daha sürətli və daha səmərəli istifadə etməyə imkan verir.

Bunun sayəsində “HIMARS” ukraynalı artilleriyaçılara daha effektiv və mobil çalışmaq imkanı bəxş edəcək.

Məsələn, Ukrayna ordusu Xerson istiqamətində “HIMARS”larla rus işğalçılarının demək olar ki, bütün mövqelərini, o cümlədən iki təchizat xəttini - Xerson yaxınlığındakı Antonovski körpüsünü və Kaxovska su elektrik stansiyasını vura bilər.

Xarkov istiqamətində Volçanskdan Kupyanska qədər bütün Rusiya təchizatı xətti “HIMARS”ların hədəfi altında qalacaq.

Donbassda Ukrayna Silahlı Qüvvələri ABŞ raketləri ilə Rusiya ordusunun arxa cəbhəsinə o cümlədən, komanda, təchizat məntəqələrinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirmək imkanı qazanacaq.

Həmçinin “M142 HIMARS”ın “M30A1” raket bloku ilə İlan adasındakı  rus əsgərlərini 30 saniyədə məhv etmək mümkündür.

Elə bu səbəbdəndir ki, Rusiya rəsmiləri “HİMARS”ların verilməsi ilə bağlı isterik və hətta qorxu dolu bəyanatlar verirlər. Bunu son günlərdə xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun təşvişli sözlərindən görmək mümkündür.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam