Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

BÖYÜK PULLARIN QARŞISINDA DİZ ÇÖKƏN ƏDALƏT MÜHAKİMƏSİ – 700 min dollarlıq dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verildi/PROBLEM

İki il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin 700 minlik dələduzluqda təqsirləndirilən İlham Xıdırova və Nazim Mustafayevə çıxardığı hökm zərərçəkənləri tam qane etməsə də, az qala bütün aparıcı KİV bu hadisəni ədalət mühakiməsinin qələbəsi kimi təqdim etmişdi. Sadə Azərbaycan adamının məhkəmələrimiz haqqında təsəvvürü də, qənaəti də məhz üzdə olan belə informasiyalarla formalaşır: Yaşasın Azərbaycan məhkəməsi – dünyanın ən ədalətli məhkəməsi!

Yenixeber.org: Amma əminik, məlum olanda ki, məhkəmənin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş həmin şəxslər - İ.Xıdırov və 5 il iş kəsilmiş N.Mustafayev çox keçmədən bəraət alıb azadlığa çıxıblar, o halda istər-istəməz “obıvatel”in yadına mövcud Azərbaycan reallıqlarının mühüm komponenti düşəcək: – Korrupsiya! Axı, başqa hansı səbəb, hansı güclü cazibəyə malik maqnit qütbü ola bilər ki, məhkəmənin yanaşmasını 180 dərəcə əks istiqamətə dəyişsin və üstəgəl, bunca böyük “yanlışlığa” yol vermiş hakimlərə güldən ağır “gözün üstə qaşın var” sözü də deyilməsin?

Gundemxeber.az adalet.az-a istinadən bildirir ki, ittihama görə, İ.Xıdırovla N.Mustafayev Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən, o cümlədən, həm də öz qohumlarından külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd edib, lakin həmin şəxsləri aldadıblar. Ağır Cinayətlər Məhkəməsinin istinad etdiyi təkzibedilməz sübutlar da yerindədir, iddiaçılar da iddialarından dönməyiblər. Di gəl, Ali Məhkəmənin Cinayət Kollegiyasının möhtərəm üzvləri başqa yəqinlik hasil edib və Bakı Apellyasiya Məhkəməsindəki həmkarlarına ötürüblər. Nəzərə alaq ki, göstərəcəyimiz misalda bəraət verilən ağır cinayətkarlar heç də məsələn namus üstündə öz ailə üzvünə ağır xəsarət yetirmiş kasıb-füqəra deyil, miqdarı böyük kəmiyyətlərlə ölçülən pulları mənimsəmiş və gün işığına həsrət qalmamaq üçün haram kapitalını şeytanın özü ilə də bölməyə hazır olan şəxslərdir.

        ZƏRƏR YETİRƏNLƏR DÖRD VƏ DAHA ARTIQ SAYDA ÜZVÜ OLAN MÜTƏŞƏKKİL DƏSTƏDİR

O vaxt yayılan informasiyada qısaca göstərilirdi: “Zərərçəkmişlərdən biri Elxan Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan da 50 min dollar alıb. Həmin şəxslər eyni zamanda Gülnaz Abdullayevadan 21 min dollar, Familə Cəfərovadan 28 min dollar almaqla dələduzluq ediblər”. Təbii ki, bu bir-iki cümlə ilə ifadə olunan olayların arxasında zərər vuranların etibardan sui-istidafə etmə məharəti, zərərçəkmişlərin də sadəlövhlüyü durur.

İş üzrə ən böyük zərərə məruz qalan şəxs Bakı şəhər sakini Muradlı Elxan Rafiq oğludur. E.Muradlı bu qənaətdədir ki, CM-nin 178.3.2-ci maddəsi ilə Bakı Agır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə (İş № 1(101)-108/2019) məhkum edilmiş və sonradan əsassız olaraq bəraət almış Xıdırov İlham Kərim oğlu və Mustafayev Nazim Rafiq oğlu yalnız ikisi olmayıblar. Eyni zamanda Samir İlham oğlu Xıdırov, Zaur Sarvan oğlu Əliyev və digərləri qabaqcadan əlbir olaraq onun xüsusulə külli məbləğdə vəsaitini, 620 000 (altı yüz iyirmi min) ABŞ dollarında, alınan günü rəsmi məzənnəsi ilə toplam olaraq 610 299 AZN vəsaitini iş görmək adı altında dələduzluq yolu ilə almış və öz şəxsi məqsədlərinə xərcləmişlər. E.Muradlı bildirir ki, Nazim Mustafayev onun rəhbəri olduğu “ATE Construction” MMC-də işçi olub:

“2014-cü ilin noyabr ayında o Bakı şəhəri, C.Cabbarlı 44 ünvanda yerləşən “Caspian Plaza” biznes mərkəzində yerləşən ofisimə Zaur Əliyev adlı qohumunu gətirdi. Zaur mənə iş görmək üçün 100 000 ABŞ dolları pul verməyimi istədi, onun təklif etdiyi işlər məni qaneə etmədiyi üçün etiraz etdim. Nazim sonradan Xıdırov İlham Kərim oğlu adlı digər qohumunu gətirərək kompressor avadanlıqlarının alqı-satqısına pul verməyimə məni inandıra bildi. Zaurdan fərqli olaraq Nazim İlhamın düzgün adam olduğunu və ona başı ilə cavabdeh olduğunu bildirdiyindən mən pul verməyə razılıq verdim. İlham məndən ilkin olaraq 220 000 ABŞ dolları pul vəsaiti lazım olduğunu bildirdi. Görüləcək iş üçün İlham Nazimin iştirakilə 60 000 ABŞ dolları xeyir verəcəyini bildirdi, bu puldan 10 000 ABŞ dolları Nazim Mustafayevə veriləcəkdi”.

E.Muradlı istintaqa verdiyi ifadələrdə və apellyasiya şikayətində bildirib ki, Nazimin iştirakı ilə şəxsən İlham Xıdırova 22.12.2014-ci il tarixdə 100 000 (bir yüz min) ABŞ dolları, 10.01.2015-ci il tarixdə 120 000 (bir yüz iyirmi min ABŞ dolları, Nazimin vasitəsilə 03.06.2015-ci il tarixdə 80 000 (səksən min) ABŞ dolları, Samirin vasitəsilə 10.06.2015-ci il tarixdə 50 000 (əlli min) ABŞ dolları, 22.06.2015-ci il tarixdə 150 000 (bir yüz əlli min) ABŞ dolları, şəxsən İlham Xıdırovun özünə 20.08.2015-ci il tarixdə 90000 (doxsan min) ABŞ dolları, 30.12.2015-ci il tarixdə 40000 (qırx min) AZN, Samirin vasitəsilə 11.01.2016-cı il tarixdə 10000 (on min) AZN məbləğlərində pullar vermişdir.

E.Muradlı bildirir ki, yuxarıda göstərilən məbləğlər ondan kompressor avadanlıqlarının alqı-satqısı adı ilə alınsa da, bu şəxslər pulları öz şəxsi məqsədlərinə sərf etmişlər:

 

“Belə ki, ilkin alınan 220 000 ABŞ dollarından Zaur Əliyev şəxsən mənə deyib ki, 100 000 ABŞ dolları ona verilib. 220 000 ABŞ dolları alınan kimi İlham Xıdırov özünə “Mercedes GL” (57 000 ABŞ dollarına) və “Nissan Juke” (24 000 ABŞ dollarına) markalı maşınlar almışdır, bunu mənə oğlu Samir Xıdırov etiraf etmişdir”.

 

MƏHKƏMƏ AŞKAR SAXTAKARLIĞA VƏ ONU SÜBUT EDƏN DƏLİLLƏRƏ GÖZ YUMUB

 

O vaxt yayılan informasiyada qısaca göstərilirdi: “Zərərçəkmişlərdən biri Elxan Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan da 50 min dollar alıb. Həmin şəxslər eyni zamanda Gülnaz Abdullayevadan 21 min dollar, Familə Cəfərovadan 28 min dollar almaqla dələduzluq ediblər”. Təbii ki, bu bir-iki cümlə ilə ifadə olunan olayların arxasında zərər vuranların etibardan sui-istidafə etmə məharəti, zərərçəkmişlərin də sadəlövhlüyü durur.

İş üzrə ən böyük zərərə məruz qalan şəxs Bakı şəhər sakini Muradlı Elxan Rafiq oğludur. E.Muradlı bu qənaətdədir ki, CM-nin 178.3.2-ci maddəsi ilə Bakı Agır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə (İş № 1(101)-108/2019) məhkum edilmiş və sonradan əsassız olaraq bəraət almış Xıdırov İlham Kərim oğlu və Mustafayev Nazim Rafiq oğlu yalnız ikisi olmayıblar. Eyni zamanda Samir İlham oğlu Xıdırov, Zaur Sarvan oğlu Əliyev və digərləri qabaqcadan əlbir olaraq onun xüsusulə külli məbləğdə vəsaitini, 620 000 (altı yüz iyirmi min) ABŞ dollarında, alınan günü rəsmi məzənnəsi ilə toplam olaraq 610 299 AZN vəsaitini iş görmək adı altında dələduzluq yolu ilə almış və öz şəxsi məqsədlərinə xərcləmişlər. E.Muradlı bildirir ki, Nazim Mustafayev onun rəhbəri olduğu “ATE Construction” MMC-də işçi olub:

“2014-cü ilin noyabr ayında o Bakı şəhəri, C.Cabbarlı 44 ünvanda yerləşən “Caspian Plaza” biznes mərkəzində yerləşən ofisimə Zaur Əliyev adlı qohumunu gətirdi. Zaur mənə iş görmək üçün 100 000 ABŞ dolları pul verməyimi istədi, onun təklif etdiyi işlər məni qaneə etmədiyi üçün etiraz etdim. Nazim sonradan Xıdırov İlham Kərim oğlu adlı digər qohumunu gətirərək kompressor avadanlıqlarının alqı-satqısına pul verməyimə məni inandıra bildi. Zaurdan fərqli olaraq Nazim İlhamın düzgün adam olduğunu və ona başı ilə cavabdeh olduğunu bildirdiyindən mən pul verməyə razılıq verdim. İlham məndən ilkin olaraq 220 000 ABŞ dolları pul vəsaiti lazım olduğunu bildirdi. Görüləcək iş üçün İlham Nazimin iştirakilə 60 000 ABŞ dolları xeyir verəcəyini bildirdi, bu puldan 10 000 ABŞ dolları Nazim Mustafayevə veriləcəkdi”.

E.Muradlı istintaqa verdiyi ifadələrdə və apellyasiya şikayətində bildirib ki, Nazimin iştirakı ilə şəxsən İlham Xıdırova 22.12.2014-ci il tarixdə 100 000 (bir yüz min) ABŞ dolları, 10.01.2015-ci il tarixdə 120 000 (bir yüz iyirmi min ABŞ dolları, Nazimin vasitəsilə 03.06.2015-ci il tarixdə 80 000 (səksən min) ABŞ dolları, Samirin vasitəsilə 10.06.2015-ci il tarixdə 50 000 (əlli min) ABŞ dolları, 22.06.2015-ci il tarixdə 150 000 (bir yüz əlli min) ABŞ dolları, şəxsən İlham Xıdırovun özünə 20.08.2015-ci il tarixdə 90000 (doxsan min) ABŞ dolları, 30.12.2015-ci il tarixdə 40000 (qırx min) AZN, Samirin vasitəsilə 11.01.2016-cı il tarixdə 10000 (on min) AZN məbləğlərində pullar vermişdir.

E.Muradlı bildirir ki, yuxarıda göstərilən məbləğlər ondan kompressor avadanlıqlarının alqı-satqısı adı ilə alınsa da, bu şəxslər pulları öz şəxsi məqsədlərinə sərf etmişlər:

 

“Belə ki, ilkin alınan 220 000 ABŞ dollarından Zaur Əliyev şəxsən mənə deyib ki, 100 000 ABŞ dolları ona verilib. 220 000 ABŞ dolları alınan kimi İlham Xıdırov özünə “Mercedes GL” (57 000 ABŞ dollarına) və “Nissan Juke” (24 000 ABŞ dollarına) markalı maşınlar almışdır, bunu mənə oğlu Samir Xıdırov etiraf etmişdir”.

     MƏHKƏMƏ AŞKAR SAXTAKARLIĞA VƏ ONU SÜBUT EDƏN DƏLİLLƏRƏ GÖZ YUMUB

“İlham Xıdırovun Saray qəsəbəsində yerləşən evinin həyətində yerləşən 11 ədəd 305 ВП 16/70 markalı guya “Borets” zavodunun (zavod 2011-ci il tarixindən fəaliyyətini dayandırıb) istehsalı olan kompressor avadanlıqları 2014-cü ilin iyun-iyul aylarında Azərbaycana gətirilmiş və toplam gömrük dəyəri 30 511,16 AZN məbləğində bəyan edilərək ölkəyə idxal edilmişdir. İlham Xıdırov öz ifadəsində bildirir ki, həmin kompressorları Rusiya Federasiyasının Dağıstan Respublikasına gətirmiş və orada “OKTAY” broker MMC-nin (ИНН: 0550004471, КПП: 051101001,055001001,051101001, ОКПО: 70502364, ОГРН: 1050550009872) adından rəsmiləşdirərək Azərbaycana gətirmişdir. ”OKTAY” MMC-nin rekvizitlərinə əsasən Rusiyanın açıq internet resurslarında Cəmiyyətin fəaliyyəti haqda 2013-cü ildən 2017-ci ilədək mühasibat balansına kimi məlumatlar vardır. Həmin resursdan görünür ki, “OKTAY” MMC broker fəaliyyəti ilə məşğul deyildir, yalnız kənd təsərrüfatı fəaliyyət yönümlüdür və 2013-2107-ci illər ərzində heç bir maliyyə-təsərrüfat fəaliyyəti olmamışdır. İlham Xıdırov tərəfindən mənə təqdim edilən, 11 ədəd kompressorların ölkəyə idxalını göstərən 4 ədəd Yük Gömrük Bəyannaməsində isə “Mal Göndərən” qrafasında Rusiya Federasiyasının Dağıstan Respublikasının Daxadaevsk rayonunun Kunki kəndindən “EKSİM” MMC hüquqi şəxsi göstərilmişdir. Qəribədir ki, İlham Xıdırov bütün ifadələrində bu Cəmiyyəti deyil, “OKTAY” MMC-nin adını çəkir. Yenə də açıq internet mənbələrində axtarış zamanı hər iki hüquqi şəxsin eyni adama - Əmirbəyov Tahir Əhmədoviçə məxsus olduğu görsənir. Hər iki müəssisənin hesabatları və əməliyyatları qaranlıqdır. İlham Xıdırova Ağır Cinayətlər Məhkəməsində “Əmirbəyov Tahir Əhmədoviç adlı şəxsi tanıyırsınızmı” sualını verdikdə cavabı o oldu ki, belə bir şəxsi tanımır.

Mən sonradan araşdıraraq Rusiyanın Tula şəhərində Jenya adlı şəxslə danışığım zamanı öyrəndim ki, İlham kompressorları ondan birini 3-7 min ABŞ dolları aralığında, ortalama 5 000 ABŞ dollarına almışdır və Jenya bildirdi ki, İlhamın ona da 250 000 rubl borcu qalmışdır. İlham mənimlə danışıq zamanı və 50.03.2017-ci il tarixli Üzləşdirmə Aktı tərtib olunan zaman yalandan kompressorların dəyərini 15-25-40 min ABŞ dollarınadək olduğunu deyərək dəfələrlə şişirtmiş və məni aldatmışdır. Bunu Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı İlhamla əvvəllər kompressor işi görmüş İlqar Qəhrəmanov adlı şahid də bir daha öz ifadəsilə təsdiq etmiş, bildirmişdir ki, kompressorların alınıb gətirilməsi və yığılması 10-12 min ABŞ dollarına başa gəlirdi və 16 000-16 500 ABŞ dollarına satılırdı. İlqar Qəhrəmanov eyni zamanda bildirmişdir ki, İlham Xıdırov İranda iş gördüyü Siyavuş adlı adama da pul atmışdır.

220 000 ABŞ dolları alınandan sonra İlham Xıdırov 2015-ci ilin may ayında yalandan mənə bildirdi ki, Rusiyanın İrkutsk şəhərində hansısa zavodda 480 000 ABŞ dollarına bir avadanlıq var və onu İranda alıcı taparaq bir nəfərə 1 150 000 ABŞ dollarına satmağa razılaşmışdır. Mən İlhamın bu yalan təklifinə də inandım və əlavə olaraq ona 280 000 ABŞ dolları verdim. İrkutskdan avadanlıq gəlmədi, bu da məndən əlavə pul alıb mənimsəmək üçün əlavə bir yalan idi. Bu verilən məbləğlərdən Nazim Mustafayevin də bilavasitə xəbəri var idi, bir çox pullar Nazimin iştirakilə verilmişdir. Mən göstərilən 280 000 ABŞ dollarının sonuncu 150 000 ABŞ dollarını İlham Xıdırova 22 iyun 2015-ci il tarixində Saray qəsəbəsində yerləşən həyət evində Nazimin iştirakilə vermişəm. Həmin vaxt orada İlhamın oğlu Samir Xıdırov və həyat yoldaşı da var idi. Bu zaman formal olaraq aramızda bir sənədləşmə olsun deyə “Birgə Fəaliyyət Müqaviləsi”, “nağd pulun təhvil-təslimi haqda Akt” və “Kassa məxaric orderi” imzalanmış və İlham Xıdırova həmin tarixə qədər toplam olaraq verdiyim cəmi məbləğ 480 000 ABŞ dolları göstərilmişdir. Mən bu sənədləşmənin formal olduğunu ona görə deyirəm ki, əvvəla Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu Maddəsinə əsasən Azərbaycanda aparılan bütün ödəniş sənədləri və məbləğləri Azərbaycan manatında həyata keçirilməlidir, eyni zamanda Müqavilə iki hüquqi şəxs arasında bağlansa da, tam əminliklə deyə bilərəm ki, bu ilkin sənədlər fiziki şəxs sahibkar olan İlham Xıdırovun və “Qala Construction” MMC-nin hesabatlığında əks olunmamışdır və həmin dövrdə mən 100% təsisçiliyi ilə mənə məxsus olan “Qala Construction” MMC-ni direktor olaraq rəsmi təmsil etmədiyim səbəbindən yuxarıda göstərilən ilkin sənədlərə imza etmək səlahiyyətində deyildim. Mən bunu o zaman da yaxşı bildiyimdən, sonradan bunlara verdiyim pulları aldıqlarının təsdiqi məqsədilə 05 mart 2017-ci il tarixli Üzləşmə Aktını tərtib edərək tərəflərə könüllü olaraq imza etdirmişəm və imzalanma mərasimini təhlükəsizlik məqsədilə telefonuma yazmış, sonradan istintaqa təqdim etmişəm. Aktda İlham Xıdırov özü həmin tarixə, özünün dediyi kimi “öz insafına” mənə 510 000 ABŞ dolları borcu olduğunu könüllü şəkildə özü hesablayıb yazmış və digəriləri də könüllü imzalamışlar.

2015-ci ilin avqust ayında İlham məndən əlavə bir iş üçün 2 aylıq müddətə 90 000 ABŞ dolları istədi və bildirdi ki, hansısa İranlı iş adamı ilə 2 aylıq əməliyyatı vardır və bunu oktyabrın axırınadək qaytaracaq, mən inanaraq bu pulu da verdim. Lakin İlham 2015-ci ilin sentyabr ayında Qazaxıstana hansısa işin arxasınca getdi və mənimlə bundan sonra oğlu Samir Xıdırov əlaqə saxlamağa başladı. İlham 2015-ci ilin dekabr ayının sonlarında qayıtdı və yenidən aldatma yolu ilə məndən 40 000 AZN aldı ki, bir İranlı ilə işi var və bu məbləği mənə dollar ekvivalentində qaytaracaq. 2016-cı ilin yanvar ayında İlham Xıdırov yenidən Qazaxıstana getdi və yenə də 10 000 AZN işlər üçün oğlu Samir Xıdırova pul verməyi xahiş etdi və mən 11.01.2016-cı il tarixində göstərilən məbləği Nəsimi bazarının yanında Samirə verdim. İlham gedəndə bildirdi ki, Novruz bayramına qədər qayıdıb mənə olan borcunun çox hissəsini və ya tam məbləğini bağlayacaq. İlhamın Qazaxıstanda gördüyü işlərdən mənim xəbərim yox idi. Sonralar Nazim Mustafayev bildirdi ki, İlham məndən aldığı puldan 400 000 ABŞ dolları götürərək Qazaxıstana rels alverinə getmişdir. Bu işi o H.Əliyev adına Neft-Emalı Zavodunda nəqliyyat şöbəsinin müdiri işləyən yaxın bir qohumu vasitəsilə görür. Mən pulumun təcili qaytarılmasını tələb etdim, lakin İlham Qazaxıstanda idi. Oğlu Samir mənə bildirdi ki, atasının Qazaxıstanda işləri yaxşı gedir, narahat olmayım, uzağı 2016-cı ilin sentyabr ayına qədər qayıdıb mənim bütün pullarımı qaytaracaqdır. Mən Samirdən pullarımın kompressor alveri üçün alındığını deyəndə Samir məni sakitləşdirdi, bildirdi ki, “Sizin pula atam 25 ədəd kompressor gətirib” və 2016-cı ilin iyul-avqust aylarında yalandan məni apararaq “Ulduz” metrosunun yanındakı həyətdə Nəsib adlı digər şəxsə məxsus 14 ədəd kompressorları göstərdi ki, bunlar da Sizin pula gətirilib. Nəsib BBPİ-də verdiyi ifadəsində bildirib ki, Samir ona alıcı kimi ora adam apardığını deyərək aldatmışdır, kompressorlar ona məxsusdur və Xıdırovlara heç bir aidiyyatı yoxdur.

İlham Xıdırov Qazaxıstan Respublikasında olanda (17.04.2018-ci il) oğlu Samir Xıdırov Yasamal rayon məhkəməsində mənə qarşı pul öhdəliklərinin əvəzləşdirilməsinə dair iddia ərizəsi vermiş və saxlancda olan 11 ədəd kompressor avadanlığının 170 min ABŞ dolları məbləği ilə əvəzləşdirilməsini tələb etmişdir. Yəni ki, həmin dövrdə bu kompressorların dəyəri bu dələduz dəstə tərəfindən 170 000 ABŞ dollarına qiymətləndirilmişdir. Yasamal rayon Məhkəməsi 17.04.2018-ci il tarixli, 2(004) – 2028/2018 saylı Qətnaməsi ilə Samir Xıdırovun iddiasını rədd etmişdir.

2016-cı ilin fevral ayında Zaur Əliyev Nazim Mustafayevlə gəlib mənimlə görüşdü, Zauru İlhama indiyə kimi cəmi nə qədər pul verdiyim maraqlandırırdı. Nazimin İlhama sonradan bilavasitə verdiyim 90 000, 40 000 və 10 000-dən xəbəri olmadığı halda Zaurun çox qəribədir ki, bunlardan da xəbəri var idi, bunlar elə başlanğıcdan əlbir olmuşlar. Zaur bu görüşdən sonra Qazaxıstana İlhamın yanına getdi və mənə bildirdi ki, narahat olmayım, İlham mayın 20-dək 700 000 ABŞ dolları ilə qayıdıb mənim bütün borclarımı bağlayacaq. Nazim bunları istintaqa verdiyi ifadələrlə etiraf və təsdiq etmişdir. Lakin mənə deyilənlər doğru olmadı. Mən artıq aldadıldığımı başa düşmüşdüm və mənə artıq aydın oldu ki, bu işin içərisində təşkilatçı olaraq Zaur Əliyev və bilavasitə iştirakçı olaraq Samir Xıdırov da vardır. Bunlar əlbir olaraq mənim pullarımı birlikdə və bilərəkdən mənimsəmişlər.

İlham Xıdırov 2016-cı ilin sonlarında qayıtdı və görüş zamanı mən verilən pullarımı geri tələb etməyə başladım. İlhamla görüşlərim və telefon danışıqlarımın hamısından, görüşlərdə iştirak etməsə belə, Zaur Əliyevin də xəbəri var idi. Nazimin araşdırdığı və istintaqa verdiyi ifadələrdən görsənir ki, Zaur Əliyev mənim pullarım əlinə keçəndən sonra o necə birdən varlanıb.

2016-cı ilin yanvar-fevral aylarında Samir və İlham Xıdırovlar mənimlə dəfələrlə gəlib görüşdülər və əlavə olaraq məndən 142 500 ABŞ dolları tələb etməyə başladılar. Hətta Samir məni təhdid edirdi ki, əgər pulu verməsəm, verdiyim pullar batacaq. İlham Xıdırov öz şəxsi e-mail ünvanından tələb olunan pulların təyinatı haqda məlumat göndərdi və guya mənim puluma gətirilən 11 ədəd kompressoru saxlanca verməklə göstərilən məbləği istədi. Mən bunların dələduz olduğunu başa düşdüyümdən və verilən pulları aldıqlarını öz imzaları ilə təsdiq etmələrini tələb etdim. 05.03.2017-ci il tarixində Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən ofisimdə İlahm-Samir Xıdırovlar, Nazim Mustafayev və Zaur Əliyevin iştirakilə biz alınan-verilən pulların təsdiqi olaraq Üzləşdirmə Aktına imza etdik və sonradan mən rəsmi olaraq Bakı şəhər BPİ-nə ərizə ilə şikayət etdim. Bunlar mənim puluma 11 ədəd kompressoru aparıb dediyim yerə qoydular və yenidən aldadıldığımı bildiyimdən, tələb olunan 142 500 ABŞ dollarını vermədim. Bunları İlham Xıdırov Məhkəmə istintaqına verdiyi ifadəsində təsdiq edir. Üzləşdirmə Aktına imza olunan günün səhərisi, 06.03.2017-ci il tarixində rəsmi ərizə ilə Bakı Baş Polis İdarəsinə şikayət etdim. Növbəti gün Zaur Əliyevlə Nazim Mustafayev yaşadığım binaya gəlmiş və məni axtarmağa başlamışlar. Mən yekunda Zaurun telefonunu götürüb bildirdim ki, son istədikləri pul verilməyəcək, onların dələduzluq niyyətləri mənə bəllidir, verilən pullarımı qaytarsınlar.

Yuxarıda adları keçən şəxslər əlbir olaraq mənim külli məbləğdə vəsaitimi qrup halında mənimsəmişlər. “İş görmək” adı ilə 620 000 ABŞ dollarımı dələduzluq yolu ilə ələ keçirərək şəxsi məqsədlərinə xərcləmiş, kafel-metlax, rels alveri, televizor-kondisioner alveri, fermer təsərrüfatı yaratmaq kimi və digər mənə məlum olmayan məqsədlərə yönəltmişlər. Bunu Nazim Mustafayev istintaqa verdiyi ifadələrilə də bir daha təsdiq və etiraf edir.

“MÜXTƏLİF ADAMLARDAN PUL ALIB BAŞQA ŞƏXSLƏRƏ VERMƏK YOLU İLƏ PUL QAZANMAQ” NƏ DEMƏKDİR?

Qeyd edilənlər sübut edir ki, N.Mustafayev, İ.Xıdırov, S.Xıdırov və Z. Əliyev bir qrup şəxs deyil, sabit davam edən mütəşəkkil dəstə kimi fəaliyyət göstərmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Zaur Əliyevin ifadəsi də qeyd edilənləri sübut edir. Belə ki, məhkəmə istintaqı zamanı, Zaur Əliyev ilkin istintaqdakı ifadəsini təsdiq etməyərək, bildirmişdir ki, o, “müxtəlif adamlardan pul alıb başqa şəxslərə verməklə” məşğul olubdur və bu yolla da pul qazanıbdır, fəaliyyətində Elxan kimiləri çox olubdur. Elxan Muradlıya da N.Mustafayev vasitəsi ilə müraciət etdikdə də məqsədi ondan alacağı külli miqdarda pul vəsaitini əvvəlcə öz aralarında olan razılığa əsasən İlham Xıdırova vermək və sonradan öz aralarında bölmək olubdur. E.Muradovdan alınan pul vəsaitinin müəyyən hissəsi ona çatıbdır. Göstərilən cinayət əməlində İ.Xıdırov, S.Xıdırov, Z.Əliyev və N.Mustafayev qrup halında aktiv iştirak etmişlər. Z.Əliyev məhkəmədəki ifadəsində göstərdi ki, son alınacaq 142 500 ABŞ dolları puldan 40 000 ABŞ dolları ona çatmalı idi. Bunu istintaqa verilən ifadəsində N.Mustafayev də bir daha təsdiq edir.

2020-ci ilin may ayında təsadüfən Zaur Əliyevi Bakı Baş Gömrük İdarəsində gördüm, bir konteyner televizor gətirmişdi və deyəsən gömrük orqanlarını da aldatmaq niyyəti aşkar olunduğundan, ona izahat yazdırırdılar.

Ali Məhkəmənin Cinayət Kollegiyasının 10.02.2021-ci il tarixli, 1(102)-154/2021 saylı Qərarında göstərilən sübutların tam olmaması və Bakı Yasamal rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(004)-2028/2018 saylı Qətnaməsinə istinad edilərək təqsirləndirilən şəxslərin sübutlarının kifayət qədər olmaması başa düşülən deyildi. Belə ki, məhkum olunmuş şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsinə verdikləri pulların alınması haqda kifayət qədər etiraf ifadələri öz əksini 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı Hökmündə tapmışdır. Hətta İlham Xıdırov ifadəsində bildirmişdir ki, “Elxana olan borcundan imtina etmir, həmin pulları ödəyəcəkdir”. Nazim Mustafayev isə öz ifadəsində törətdikləri cinayət əmilini tam etiraf etmiş və Zaur Əliyevin təşkilatçı olduğunu, mənimsənilən pulların onda olduğunu təsdiq etmişdir. Bakı Yasamal rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(004)-2028/2018 saylı Qətnaməsi məhkumların xeyrinə şərh olunsa da, İlham Xıdırovun oğlu Samir Xıdırovun Yasamal Məhkəməsinə verdiyi iddia ərizəsinə əsasən o, pul öhdəliyinin əvəzləşdirilməsi məqsədilə saxlanca verilmiş 11 ədəd kompressor avadanlığının açıq hərracdan satılaraq, məbləği əsassız olaraq dəfələrlə azaldılmış borc məbləğinin bağlanmasına yönəldilməsini tələb etmişdir. Məhkəmə haqlı olaraq həmin əmlakların girov (ipoteka) predmeti olmadığı səbəbindən iddiaçının tələbinin təmin edilməsini rədd etmişdir.

Samir Xıdırovun qeyri-qanuni hərəkətləri ilə kompressor avadanlıqlarına dəyərindən dəfələrlə artıq məbləğdə qiymət qoydurulmuş, bu zaman qiymətləndirici qəsdən aldadılmış, qiymətləndirmə proseduru düzgün həyata keçirilməmişdir. İlham Xıdırovun oğlu Samir Xıdırov “LaLaFo” köhnə məişət əşyalarının alqı-satqı saytına kompressor satışı elanı yerləşdirmiş və Qiymətləndici şirkəti aldadaraq 1 milyon AZN-dək süni qiymət artırılmaqla alış və bazar dəyərindən dəfələrlə yüksək qiymət qoyulmasına nail olmuş, sonradan həmin elanı silmişdir. Əvvəla qiymətləndirmə proseduru düzgün aparılmamışdır, belə ki, həmin dövrdə kompressor avadanlıqları məndə saxlancda olmuşdur və həmin dövrdə BBPİ-də istintaq gedirdi. Mən və BBPİ-nin istintaqı aparan əməkdaşları qiymətləndirmə aparılması üçün heç bir müraciət etməmiş və bunun üçün heç bir Müqavilə bağlanılmamışdır. Maraqlıdır ki, qiymətləndirmə xidməti pullu xidmət olduğundan bunun dəyərini kim və hansı Müqavilə əsasında (Müqavilədə sifarişçi kim olmuşdur?) ödəmişdir?

Ümumiyyətlə, mənə saxlanca verilən kompressor avadanlıqları likvid əmlak deyil, onların ölkəyə gətirildiyi tarixdən (iyun-iyul 2014-cü il) bu günə qədər satılmaması bir daha buna sübutdur. Mənə vurulan maddi ziyanın kompressorlarla əvəzləşdirilməsinə qəti etiraz edirəm, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində də rəsmi bildirmişəm. Bu müddət ərzində İlham Xıdırovun oğlu Samir, həyat yoldaşı və qardaşı dəfələrlə müştəri gətirsələr də, kompressorları alan yoxdur və bundan sonra inandırıcı deyil ki, onları kimsə alsın.

İlham Xıdırov BBPİ-də aparılan istintaqa və Bakı Ağır Cinayətlər Məhkəməsindəki istintaqa yalandan ifadə verib ki, guya məni 2014-cü ilin may ayından tanıyır və ilk məbləği də məndən o vaxt alıb. Yalan ifadə verməkdə məqsədi istintaqı aldatmaqla köhnə kompressorların məhz mənim puluma gətirilməsini əsaslandırmaq olmuşdur. Lakin BBPİ-də aparılan istintaq zamanı İlham Xıdırova məxsus olan Azercell və Bakcell mobil nömrələrinin 2014-cü il üzrə dövriyyəsi cıxarılmış və orada mənim adıma olan və indi də işlətdiyim telefon nömrəsi ilə heç bir danışığın olmaması sübut olunmuşdur. Bununla İlham Xıdırov və digəriləri dələduzluq yolu ilə məndən alınan pulların kompressor alveri biznesinə qoyduqlarını əsaslandırmaq niyyəti güdmüşlər, reallıqda isə pullar heç bir “Birgə fəaliyyət” biznesinə qoyulmamışdır.

Vəsaitimi dələduzluq yolu ilə əlimdəm alan bu qrup 6 ildən çox bir müddət keçməsinə baxmayaraq, müxtəlif qeyri-qanuni yollara əl atmaqla pulumu qaytarmaq istəmirlər. Bu müddət ərzində mənim vəsaitimlə özlərinə kənarda biznes qurmuşlar. İlham Xıdırovun etdiyi etirafa görə, Zaur Əliyev təkcə televizor alverindən ayda 14 min ABŞ dolları pul qazanır. Bir iş adamı, sahibkar olaraq bu müddət ərzində vəsaitim əlimdəm çıxdığı üçün şəxsi biznesim iflas etmişdir, lakin mənim pulum hesabına Zaur Əliyev özünə böyük biznes imperiyası qurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinə verdiyim mülki iddia tam həcmdə tərəflər arasında bölünmədən ödənilməli və bu müddət ərzində əldən çıxmış fayda tələbimdə qoyduğum kimi tam həcmdə bərpa edilməli və təqsirkarlar layiqli cəzalarını almalıdırlar”

Qeyd edilənləri nəzərə alaraq Elxan Muradlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasından xahiş etmişdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cü il tarixli Hökmündə dəyişiklik edilərək, İlham Xıdırova və Nazim Mustafayevə daha ağır cəza təyin edilməsi və özünün mülki iddiasının tam həcmdə (əsas məbləğ 620 000 ABŞ dolları və bu müddət ərzində əldən çıxmış fayda olaraq 360 000 ABŞ dolları məbləğləri) təmin edilməsi barəsində qərar qəbul edilsin; Hökmdə göstərilən kimi, ona vurulan ziyanın Azərbaycan manatı ilə deyil, ABŞ dollarında göstərilməsi və vurulan ziyanın tərəflər arasında bölünməyərək dəstə üzvləri tərəfindən tam həcmdə ödənilməsi haqda qərar qəbul edilsin; eləcə də cinayət əməlinin təşkilatçısı olan Əliyev Zaur Sarvan oğlunun istintaqa cəlb edilməsi haqda xüsusi Qərardad çıxarılsın.

Elxan Muradlı yekun olaraq bildirir ki, 2014-cü ildən Azərbaycan Respublikasına gətirilən, bu cinayətkar dəstənin üzvlərinin özü daxil bir sıra insanları aldadaraq külli məbləğdə pul vəsaitlərini dələduzluq yolu ilə mənimsənilmə obyekti olan 11 ədəd kompressor avadanlığının bu günə qədər satılmaması sübut edir ki, bu kompressorların real bazar dəyəri yoxdur, yəni, bunların satılması Azərbaycan məkanında mümkün deyildir. Bu marka kompressorlar artıq çoxdan mənəvi cəhətdən köhnəlmiş hesab edilir, bunların enerji sərfiyyatı çox yüksək olduğundan, heç bir istehlakçıya sərfəli deyildir. Bunlara yenidən dələduzluq, aldatma yolu ilə yüksək qiymət “qoydurub” ona vurulmuş maddi ziyanla əvəzləşdirlilməsinə nail olunması onun tərəfindən qəbul edilən deyil və qəbul edilməyəcəkdir. İlham Xıdırov, Nazim Mustafayev, Samir Xıdırov və Zaur Əliyev ondan pullarını alıb mənimsədikləri zaman artıq bu kompressorlar ölkəyə gətirilmişdi, bunların iddia etdiyi kimi kompressorlar onun puluna gətirilməyib. Bu cinayətkar dəstə onun pullarını aldatma yolu ilə əlindən alaraq öz aralarında bölərək mənimsəyiblər.

                 ƏMİ ÖZ QARDAŞI OĞLUNU DA ALDADIB

Xıdırov İlham Kərim oğlu həmçinin etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə etibarlarından sui-istifadə edib neft kompressorları biznesi ilə məşğul olub qazanc verəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2015-ci ilin mart-aprel aylarında qohumu (qardaşının baldızı) Familə Xudum qızı Cəfərovanın bir neçə dəfəyə ümumilikdə həmin dövrün məzənnəsi ilə 29503,6 manat təşkil edən 28000 ABŞ dolları pulunu, eyni üsul, məqsəd və niyyətlə tanışı Abdullayeva Gülnaz Süleyman qızının 2015-ci ilin aprel və oktyabr aylarında iki dəfəyə 12000 və 13000 ABŞ dolları pulunu alıb ələ keçirərək ümumilikdə xeyli miqdarda, yəni, 26245,9 manat ziyan vuraraq dələduzluq etmişdir. Öz qardaşı oğlu Xıdırov Elxan Rövşən oğluna da eyni vədi verərək ümumilikdə 50000 ABŞ dolları pulunu alıb ələ keçirərək, ona külli miqdarda, həmin dövrün məzənnəsi ilə 52480 manat ziyan vuraraq dələduzluq etmişdir.

Xıdırov İlham Kərim oğlu və Mustafayev Nazim Rafiq oğlu 27 noyabr 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, iki sutka sonra barələrində həbs qətimkan tədbirləri seçilməsindən imtina edilmiş və həbsdən azad olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2017-ci il tarixli qərarına əsasən, həbs edilmələrinin əvvəli elə həmin gündən hesablanılmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş və Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışlar. Xətai Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərarına əsasən Nazim Mustafayevin həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və həmin tarixdə həbsdən azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır.

Bakı Ağır Cinayətlər Məhkəməsi 19 fevral 2019-cu il tarixdə İlham Xıdırovun və Nazim Mustafayevin AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, çıxardığı hökmlə onları həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, İlham Xıdırovu 9 il 6 ay, Nazim Mustafayevi 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi. Zərərçəkmiş şəxs – mülki iddiaçı Muradlı Elxan Rafiq oğlunun cavabdehlərə qarşı mülki iddiaları qismən təmin olunmuş, Xıdırov İlham Kərim oğlundan 563549 manat, Mustafayev Nazim Rafiq oğlundan 46765 manat tutularaq Muradlı Elxan Rafiq oğluna ödənilməsi hökmdə öz əksini tapmışdı. Digər zərərçəkmiş şəxslərə gəldikdə isə, onlara vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdi. Bundan başqa, məhkəmə hökm etmişdi ki, həmin iş üzrə Sumqayıt şəhər məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 12 saylı fərdi yaşayış evinin “Xalq Bank” ASC tərəfindən ipoteka ilə yüklü edilməsi və Abşeron rayon məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, tutmanın ipoteka predmetinə yönəldilməsi nəzərə alınsın; Sumqayıt şəhər məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı ilə Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülsün.

Hökmdən məhkum edilmiş şəxslərin müdafiəçiləri, eləcə də zərərçəkmiş şəxs Xıdırov Elxan Rövşən oğlu və zərərçəkmiş şəxs – mülki iddiaçı Muradlı Elxan Rafiq oğlu ayrı – ayrılıqda apellyasiya şikayəti vermişlər.

Birincilər məhkumların əməllərində cinayət tərkibi olmadığını hesab etdikləri üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün ləğv edilməsini, onların barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

Zərərçəkmiş E.Muradlı apellyasiya şikayətində məhkəmənin hökmdə mülki iddianı təmin edərkən kobud səhvə yol verdiyini, vurulmuş zərərin ABŞ dollarının ödəniş gününə manatın məzənnəsi ilə tutulmasını hökm etməli olmasına baxmayaraq mülki iddianı manatla ifadə edib mülki iddianı əldən çıxmış fayda hissəsində təmin etmədiyini, eləcə də Nazim Mustafayev barəsində həddən artıq yüngül cəza təyin edildiyini, cavabdehlərdən ziyanın müştərək qaydada tutulmadığını göstərərək hökmün dəyişdirilməsini, hər iki məhkum barəsində daha ağır cəza təyin edilməsini və mülki iddiasının tam həcmdə təmin edilməsini xahiş etmişdi.

Zərərçəkmiş Xıdırov Elxan Rövşən oğlu da apellyasiya şikayətində Xıdırov İlham Kərim oğluna daha ağır cəza təyin olunmasını, İlhama məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə yenidən həbs qoyulmasını xahiş etmişdi.

Lakin Bakı Apellyasiya Məhkəməsi 31 may 2019-cu il tarixli (İş № 1(103) 587/2019) Qərarı ilə apellyasiya şikayətlərinin heç birini təmin etməmişdi.

 

BÖYÜK PULLARIN QARŞISINDA DİZ ÇÖKƏN ƏDALƏT MÜHAKİMƏSİ

 

Sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə Xıdırov İlham Kərim oğlunun AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti vermişdir. Qəribədir ki, Ali Məhkəmənin Cinayət Kollegiyası 10.02.2021-ci il tarixdə kassasiya şikayətini “qismən” təmin edərək Bakı Apellyasiya Məhkəməsinin Xıdırov İlham Kərim oğlu barəsində olan 31 may 2019-cu il tarixli qərarını ləğv etmiş, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarmışdır. Acınacaqlı haldır ki, Ali Məhkəmənin Cinayət Kollegiyasının Qərarında istinad olunan biabırçı “arqumentlər” Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının arif hakimləri üçün də bir növ işarə olmuşdur.

İndi isə gəlin görək, həmin o gülünc arqumentlər nələrdən ibarətdir:

Ali Məhkəmənin Cinayət Kollegiyası yalnız İlham Xıdırovun və tanışı İlqarın birinci instansiya məhkəməsində dindirilərkən verdikləri belə bir ifadəni əsas götürmüşdür ki, guya Abdullayeva Gülnaz Süleyman qızı onlara 12000 ABŞ dolları faizlə borc vermiş, sonra da İlham həmin əsas borcu bir dəfə 6000, ikinci dəfə 8000 ABŞ dolları olmaqla 14000 ABŞ dolları artıqlaması ilə, yəni, ümumilikdə 26000 ABŞ dolları ödəmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin Gülnaz Abdullayevanın təqdim etdiyi diskdəki səs yazısının montaj olub-olmamasını ekspertiza ilə yoxlamadığını irad tutur. Burda haqlı sual ortaya çıxır: Ali Məhkəmənin Cinayət Kollegiyası İlhamın sözlərinin doğruluğuna kor-koranə inandığı halda, necə olur ki, daha əvvəl ibtidai istintaqda sübut kimi qəbul olunmuş səs yazısının, eləcə də Gülnazın qızı Vəfanın və onun rəfiqəsi S.Qədiməliyevanın şahid ifadələrinin doğruluğuna şübhə edir, Gülnazla İlhamın pul çəkişmələrini əks etdirən telefon yazışmalarının üstündən sükutla keçir? Bir məsələ də açıq qalır: Gülnazın İlhama pul verdiyi ikincinin özünün ifadəsi ilə etiraf olunur, amma İlhamın həmin pulu qaytardığını Gülnaz təsdiqləmir.

Zərərçəkmişlərdən Familə Cəfərovanın da iddiası Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən şübhə altına alınmışdır. Kollegiya üzvləri üçün yenə də İlham Xıdırovun birinci instansiya məhkəməsində verdiyi ifadə “inandırıcı” olmuşdur. Həmin ifadəyə görə, Elxan Xıdırov öz xalası Familə Cəfərovanı öyrədib ki, yalandan əmisi İlham Xıdırovun üzünə dursun, onu da aldatdığını, pulunu mənimsədiyini desin. Şahid kimi dindirilən Məsimov İlqar İlham oğlunun Familə Cəfərova ilə oxşar məzmunlu ifadə verməsi də məhkəmənin gəldiyi nəticəyə təsir göstərməmişdir.

Ali Məhkəmənin Cinayət Kollegiyası zərərçəkmişlərdən Elxan Xıdırovun İlham Xıdırova pul verdiyini təsdiqləyən hal şahidləri Baxış İbadovun, Vəli Xankişiyevin və Ziyafət Abdinovun ifadələri arasında da mücərrəd “ziddiyyətlər” tapmışdır. Elxan Xıdırova məxsus “Nur Telekom” mağazasının işçisi, şahid kimi dindirilmiş Ziyafət Abdinovanın ifadəsi isə İlhamın lehinə olmayan bir çox başqa xüsusatlar kimi məhkəmə materiallarında sadəcə məlumat olaraq ötmüş, qiymətləndirilməmişdir. İlham Xıdırovun qardaşı oğlu Elxan Xıdırova borc qarşılığında vermiş olduğunu və borcunu bağladığını iddia etdiyi 6 sot torpaq sahəsi də onun deyil, Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir və İlham Xıdırova icarəyə verilibmiş.

Zərərçəkmişlərdən Elxan Muradlıya gəlincə, Ali Məhkəmənin Cinayət Kollegiyası iş materiallarından “müəyyən” etmişdir ki, guya İlham Xıdırov onun qarşısında öhdəliklərini qismən yerinə yetirmiş, “birgə biznesdən əldə olunmuş mənfəət bərabər bölünmüş”, ancaq daha sonra baş vermiş iqtisadi böhran, uğursuz kommersiya fəaliyyəti nəticəsində İlham Xıdırovdan asılı olmayan səbəblərdən öhdəlik tam yerinə yetirilməmişdir.

Görəsən, Ali Məhkəmənin Cinayət Kollegiyasının hörmətli üzvləri “qismən yerinə yetirilmiş öhdəlik” deyəndə nəyi nəzərdə tuturlar – qiyməti, keyfiyyəti, likvidliyi, ölkəyə gətirilmə tarixi aşkar saxtalaşdırılmış, çoxu elə İlhamın Saray qəsəbəsindəki həyətində yığılmış kompressorlarımı? Əcəba, “uğursuz kommersiya fəaliyyəti” dedikdə Elxan Muradlıya dəxli olmayan, onun hər vəchlə qoşulmaqdan imtina etdiyi, İlhamın Qazaxıstanda fiaskoya uğramış rels alverinimi nəzərdə tutur? Elədirsə, bəs uğursuz Qazaxıstan projesinin əsas təşəbbüsçüsü olan H.Əliyev adına Bakı NEZ-nin dəmiryol sahəsinin rəis müavini Əliyusif Zeynalovun və onun bacanağının qardaşı İlham Xıdırovun itkiləri nə qədər olmuşdur?

Daha bir diqqət yetirilməsi gərəkən məqam: İlham Xıdırovun verdiyi ifadədə Elxan Muradlıdan götürdüyünü təsdiq etdiyi pulların arasında 2016-cı ilin yanvar ayında birincinin evinin kreditinin bağlanması üçün oğlu Samir Xıdırov vasitəsilə Elxan Muradlıdan aldığı 10000 manat borc da təsdiqlənir. Gəlin razılaşaq ki, bu götürülmüş məbləğin təyinatını heç cür şərikli biznesə yatırılmış və uğursuzluq səbəbindən “yanmış” sərmayə kimi göstərmək olmaz. Görünür, sanki nəyin bahasına olursa-olsun İlham Xıdırovu “duruya çıxarmaq” öhdəliyini götürən məhkəmə kollegiyası tələsdiyindən, bu aşkar nüansı da nəzərdən qaçırmış, həmin 10000 manatı da İlhama bağışlamışdır.

 

Öz növbəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 14.12.2021-ci il tarixdə çıxardığı yeni Hökmlə Ali Məhkəmənin Mülki Kollegiyasının “tutarlı arqumentlərindən” irəli gələn tələbləri müqəvva kimi yerinə yetirmişdir. Yeni hökmlə Xıdırov İlham Kərim oğlunun və Mustafayev Nazim Rafiq oğlunun apellyasiya şikayətləri təmin olunmuş, onlara bəraət verilərək, dərhal məhkəmə iclası zalında həbsdən azad olunmuşlar. Hökmdə onlara məhkəməyə verilmələrin nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsinin vacibliyi, keçirilmiş ekspertizaların dövlətə aid edilməsi, apellyasiya şikayətləri təmin olunmayan zərərçəkmişlər Muradlı Elxan Rafiq oğlunun və Xıdırov Elxan Rövşən oğlunun verdikləri mülki iddiaların baxılmamış saxlanılması, onlara və digər zərərçəkmişlər Abdullayeva Gülnaz Süleyman qızına və Cəfərova Familə Xudum qızına vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmə hüquqlarının olmasının izah edilməsi də əksini tapmışdır. Göründüyü kimi, dövlətin xərcə düşməsi, çəkdiyimiz misalda “ədalət naminə” biri (bir qrupu) digərinin “səhvini düzəldən” hakimləri əsla qayğılandırmayıb.

Zərərçəkmiş şəxslər Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşırlar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam