G20 XİN rəhbərləri Lavrovla foto çəkdirmək istəmədi

G20 xarici işlər nazirləri rusiya həmkarları Sergey Lavrovla foto çəkdirməkdən imtina edib.
Yenixeber.org: "Kyodo" agentliyi bildirib ki, hətta buna görə Balidə keçirilən G20 XİN rəhbərlərinin iclasında xatirə fotosu çəkilməyib. O cümlədən ABŞ Dövlət katibi Entoni Blinken də Rusiya xarici işlər naziri Sergey Lavrovla şəkil çəkdirmək istəməyib.