Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Ağ Evin gecikmiş Qarabağ projesi -“Sem dayı” Ermənistanın yeni “xilaskarı” olacaq?

Artıq tarixə çevrilmiş konflikti ABŞ-ın əvvəlki status-kvoya qaytarmaq istəyi ilə bağlı iddialar artıb; “qaşınmayan yerdən qan çıxarmaq”, bölgəni təzədən partlatmaq Ermənistana indikindən də baha başa gələ bilər...

Yenixeber.org: Co Baydenin Ağ Evə gəlişi ilə ermənilərin “çiçəyi” əməllicə çırtlayıb yazsaq, yanılmarıq. Onlar ciddi şəkildə inanırlar ki, bir tərəfdən Rusiyanın qarant durduğu Qarabağ müharibəsinin nəticələrini öz xeyirlərinə təftiş edib dəyişə biləcəklər, digər tərəfdən isə “xəyanətkar” adlandırdıqları 1 nömrəli strateji müttəfiqləri Rusiya ilə üzülüşərək, nəhayət, Qərbin sığalı altına keçəcəklər.

Hərçənd məhz “xəyanətkar” Rusiya hesabına hazırda Xankəndidə ermənilər yaşayır, Ermənistan adlı saxta dövlət isə on illərdir öz mövcudluğunu saxlayır. Yəni yenə ənənəvi erməni nankorluğu, ağanı dəyişmək naminə özünü bazarlığa çıxarmaq xisləti. Təbii ki, bu yerdə erməni baş nazir Nikol Paşinayanın gizli qərbçi (“sorosçu”) olması da unudulmamalıdır.

*****

Erməniləri xüsusən də ABŞ dövlət katibi postuna namizəd, anti-rusiyaçı və anti-türkiyəçi kimi tanınan Entoni Blinkenin məlum açıqlaması ruhlandırıb. Az öncə Armenianreport.com-da getmiş redaksiya məqaləsindən bunu aydınca görmək olar.

Biden Secretary of State Pick Antony Blinken's Wonk Rock Is Everything a  D.C. Dad Could Dream Of

Entoni Blinke

 

Sitat: “Bayden Ermənistan da daxil olmaqla, bütün demokratik ölkələrə güclü dəstək verəcək. ABŞ demokratik ölkələrin inkişafına mane olan bütün dövlətləri sanksiyalarla cəzalandıracaq. Baydenin qələbəsinə Moskva ilə yanaşı, Bakı və Ankaranın əsəbi reaksiya göstərməsi əbəs yerə deyil. Oralarda bundan sonra çox şeyin dəyişəcəyini başa düşürlər. Dünyanın müxtəlif yerlərində törədilən qanunsuzluqlara ABŞ-ın müdaxilə etməmə siyasəti artıq keçmişdə qaldı. Və onlar məhz Bakının şəxsən Putindən hərbi (?! - red.) və siyasi dəstək aldığı ”artsax"a qarşı təcavüzünün nəticələrinə təzədən, ədalətli şəkildə baxılmasından başlaya bilərlər. Hansı təcavüzün nəticəsində ki, “artsax” əraziləri işğal altında qalıb. Rusiya, Azərbaycan və Türkiyəni sanksiyalarla cəzalandırmaq Baydenin ABŞ prezidenti kimi vəzifələrindən biridir".

Biden confidant Antony Blinken expected to get key foreign policy role |  World | News | The Journal Pioneer

Diqqət edildi yəqin ki, “Sem dayı”ya böyük ümidlər bəslənir. Baydenin administrasiyasına hətta “demokratik” Ermənistanı Rusiya, Azərbaycan və Türkiyənin “əlindən alacaq xilaskar” kimi baxılır. Ermənilər gerçəkdən də əllərini əllərinə sürtərək, sevinc içində gözləyirlər. 

*****

Ötən həftə Entoni Blinken ABŞ-ın Ermənistanın xeyrinə Azərbaycanla münasibətlərə təzədən baxa, təhlükəsizlik sahəsində ölkəmizə yardımları kəsə biləcəyini söyləyib. Bu xüsusda o, ehtiyac yaranarsa, Ağ Evin ölkəmizə qarşı bədnam “907-ci düzəliş”i qüvvəyə mindirməyə hazır olduğunu da dilə gətirib (hazırda bu düzəliş işləmir).

Blinken Ermənistana təhlükəsizliyin dəstəklənməsi və humanitar böhranın öhdəsindən gəlinməsi üçün maliyyə yardımı göstərilməsini müdafiə elədiyini də bildirib. O, habelə Amerikanın Qarabağ məsələsinin “yekun həlli” niyyətində olduğunu açıqlayıb. Halbuki Dağlıq Qarabağ məsələsi artıq tarixdə qalıb və əsasən həll edilib.

“Ermənistan bundan sonra təhlükəsizlik sahəsində və demokratik idarəetməni gücləndirmək və iqtisadi artımı təşviq etmək üçün ABŞ-dan birbaşa maliyyə yardımı almalıdır. Vaşinqton Cənubi Qafqazda bundan sonra yalnız Moskva, Bakı və Ankaranın deyil, İrəvanın da maraqlarını əks etdirəcək davamlı sülhü hədəf alır. Bu məqsədlə Avropa ölkələri ilə daha sıx əməkdaşlıq ediləcək. Mən münaqişə ilə bağlı ABŞ-ın Dağlıq Qarabağın təhlükəsizliyini qoruyacaq və müharibənin yenidən başlamasını əngəlləyəcək qəti həlli axtarışında iştirakını gücləndirəcəyəm” - Blinken deyib.

Təkrar edirik, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə çevrilib və regionda heç bir yeni müharibə təhlükəsi də yoxdur. Amma indi belə çıxır ki, əvvəlki Dağlıq Qarabağ gündəminin tamamilə köhnəlməsi və bu gün bölgənin tam yeni reallıqlarda yaşaması da Amerika hakimiyyətini dayandırmayacaq. Necə deyərlər, “qaşınmayan yerdən qan çıxarmaq” məsələsi.

*****

Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo

Andrey Manoylo 

 

“Əvvəlcə kiçik bir taktiki fasilənin olacağını, sonra isə Qarabağla bağlı gərginliyin yenidən başlayacağını gözləməliyik. Orada vəziyyət hansısa aralıq nöqtədə donub qalıb, amma yeni təxribatlar mütləq olacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü Andrey Manoylo “Vestnik Kavkaza”ya bildirib.

Öz növbəsində digər rusiyalı analitik Aleksey Fenenko yada salıb ki, təkcə şəxsən Blinkenin deyil, bütövlükdə ABŞ Demokrat Partiyasının erməni diasporu ilə çox isti münasibətləri var. “Ona görə də Bayden hökuməti dövründə Amerikanın işğal tərəfdarlarına və revanşistlərə dəstəyini gözləməliyik. Erməni diasporu Demokratik Partiyanın ənənəvi sütunlarından biridir. Sadəcə, demokratların analitik mərkəzlərində işləyən etnik ermənilərin sayına baxmaq kifayətdir. Odur ki, hakimiyyətə gəldikdən sonra demokratların daim Demokratik Partiyaya səs verən seçici qrupun sifarişini yerinə yetirməsi təəccüblü deyil”, - Fenenko bildirib.

Onun sözlərinə görə, ənənəvi olaraq Güney Qafqazda demokratlar daima Gürcüstan və Ermənistana güvəniblər: “O səbəbə ki, onların nəzərincə, bu iki dövləti mümkün qədər Rusiyadan qoparmaq lazımdır (ABŞ-ın postsovet məkanında ən böyük səfirliyi İrəvanda yerləşir - red.) Ermənistana gəldikdə, bunu bu yolla eləmək olar: İrəvana Rusiyanın ona etdiklərindən daha çox şey təklif etmək. Demokratlar artıq noyabr razılaşmasının şərtlərinin Ermənistana nisbətən Azərbaycana qat-qat çox faydalı olduğuna qərar veriblər - baxmayaraq ki, belə deyil, anlaşma sülh üçün çalışan bütün tərəflərə sərfəlidir. İndi amerikalılar Ermənistana Qarabağ nizamlanmasının şərtlərinə yenidən baxmağı təklif edəcəklər”.

Politoloq əmindir: “Bir şeyi aydın başa düşməliyik ki, amerikalılara Cənubi Qafqazda heç bir şəkildə sülh və möhkəm sabitlik gərək deyil - nə Ermənistanın, nə də Azərbaycanın xeyrinə. Onlara bu münaqişəni yenidən partlatmaq lazımdır ki, Rusiyanın sülhməramlılığının səmərəsizliyini dünyaya nümayiş etdirsinlər. Blinken həmçinin separatçılara və revanşistlərə dəstəklə bu ən böyük vəzifəni yerinə yetirməlidir. Burada anti-Rusiya motivi ilə yanaşı, anti-Türk motivi də var: Vaşinqton Türkiyənin arxasında düşmən, ABŞ tərəfdarı olan bir Ermənistanın olmasında çox maraqlıdır”, - deyə ekspert fikrini tamamlayıb.

*****

Armen Sərkisyan Azərbaycan üçün yeni mənbədir- "Ermənilər Dağlıq Qarabağa  gəlmə xalqdır, tarix boyu imperiyaların əlində alət olublar" • Faktinfo.az

 Armen Sərkisyan

 

Əlavə edək ki, Ermənistan prezidenti Armen Sərkisyan andiçmə mərasimi münasibətilə Co Baydenə yolladığı təbrikdə Entoni Blinkenin yuxarıdakı fikirlərini hərfinədək təkrarlayıb və İrəvanın ABŞ-la əməkdaşlığının “bölgədə çoxdan gözlənilən davamlı sülhün bərqərar olmasına kömək edəcəyini” vurğulayıb. Sanki həmin sülhə Ermənistanın strateji müttəfiqi Rusiya tərəfindən zəmanət verilməyib.

Rusiyanın arxasından iş çevirmək bir yana, erməni siyasiləri hələ də anlamaq istəmirlər ki, Azərbaycan və Türkiyə sərhədləri bağlı saxladıqca, yəni Ermənistan izolyasiya rejimindən çıxmayınca və Türkə nifrət kursu davam etdikcə, lap 10 ABŞ da gəlsə və ona maddi yardım eləsə, böhrandan çıxa bilməyəcək. Bakı və Ankara ilə əlaqələr qurmağın “qızıl şərti” isə məlum. Onu nə Bayden, nə də Blinken dəyişə bilməyəcək.

Ermənilər, xüsusən də öz xalqının inkişaf yoluna çıxmasını bir əsrdən çoxdur əngəl olan erməni lobbisi illüziyalarla yaşamağa son verməlidirlər. Bilməlidirlər ki, məğlub ölkəyə təzə ağa axtarmaq və revanş naminə regionu köhnə “erməni kartı” ilə yenidən partlatmaq Ermənistana indikindən də baha başa gələcək...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam