Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Avqustda bütün dünya Ukraynanın ilk qələbəsini görəcək" -Baş Kəşfiyyat İdarəsi

Yenixeber.org: Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O söyləyib ki, müharibədə dönüş nöqtəsinin əhəmiyyətini düzgün dərk etmək lazımdır: “Mən əvvəllər demişdim ki, avqustda bütün dünya Ukraynanın ilk qələbəsini görəcək. Bu, ilk dönüş nöqtəsi olacaq”.

Lakin hərbi kəşfiyyatın rəhbəri təfərrüatları açıqlamaqdan imtina edib: “İndi bütün planları ictimailəşdirməyimi istəyirsiniz ki, düşmən oxusun və hazırlaşsın? Mənim açıqlama verəndə heç səhv etdiyimi görmüsünüz? Elə isə gözləyin”.

K.Budanov Ukraynanın öz ərazilərini yalnız hərbi yolla geri alacağını da vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Baş Kəşfiyyat İdarəsinin rəhbəri bildirmişdi ki, ukraynalılar avqust ayından etibarən işğal olunmuş Xerson vilayətində əks-hücumun konkret nəticələrini görəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam