Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ukrayna kəşfiyyatı:"Müharibənin gedişi Vladimir Putinin səhhətindən asılı olacaq"


“Rusiya Prezidenti Vladimir Putin başa düşür ki, Ukraynadakı müharibə Rusiyanın çöküş müharibəsi olacaq".

Yenixeber.org: Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

“Putin Rusiya imperiyası ilə, Rusiyanı Avropaya gətirən I Pyotrla tarixi paralellər aparır. O, artıq Rusiya ilə İsveç arasında 21 il davam edən müharibədən danışır. Yəni o, artıq başa düşür ki, başlatdığı bu müharibə onun istədiyi kimi iki həftəyə bitməyəcək. O, başa düşür ki, bu, bizim başa düşdüyümüz kimi, çöküş müharibəsi olacaq" - o söyləyib.

V.Skibitski hesab edir ki, yaxın gələcəkdə nə Rusiyada dövlət çevrilişi, nə də V.Putinin mövqeyində dəyişiklik baş verəcək: “Bu, ən azı bu ilin sonuna qədər belə olacaq. Hər şey onun səhhətinin vəziyyətindən asılı olacaq. Amma bu da təxminən 2-3 illik məsələdir. Hər halda zaman Rusiyanın əleyhinə işləyir”.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, V.Putin danışıqlar aparmaq istəmir, lakin Ukraynanın iri şəhərlərində “yeni Qroznı” yaratmaq niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam