Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Türkiyəyə müalicəyə göndərilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

"Bu günə qədər “YAŞAT” Fondu 176 şəxsi Türkiyəyə müalicəyə göndərib, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür".

Yenixeber.org:  Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, müalicə alanlardan 148-i ölkəyə geri qayıdıb:

"Hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir. Ümumilikdə keçən müddət ərzində müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla ümumilikdə 9 390 müraciət təmin edilib".

O qeyd edib ki, Fondunun dəstəyi ilə ölkəyə gətirilən türkiyəli həkimlər 150-dən çox yaralını müayinə edib:

"Ötən il İsraildən gələn hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis qeydiyyatı aparılan ağır göz problemləri olan 148 nəfəri müayinə edib. Müayinə nəticəsinə 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.

Bundan başqa, ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu xaricdən sifariş etdiy 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəyə gətirib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub. Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam