Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Masazırda “makler”lər meydan SULAYIR: Abşeron İcra Hakimiyyəti məsələyə BELƏ GÖZ YUMUR – FOTOLAR

Son illər Abşeron rayonunda kreditlə evlərin satışı artıb. Vətəndaşlar üçün faizsiz, zaminsiz kreditlə satılan bu evlərin əksəriyyətinin yalnız torpaq sənədi mövcuddur. Ev tikib satan dəllallar isə Abşeron rayon İcra Hakimiyyəti ilə anlaşaraq, heç bir rəsmi icazə olmadan evlərin tikintisini rahat şəkildə həyata keçirirlər.

Yenixeber.org: Abşeron rayonunda sənədsiz evlərin tikilərək kreditlə satıldığı ərazilərdən biri də Masazır qəsəbəsidir. Hazırda Masazır qəsəbəsinin demək olar ki, hər yerində dəllallar tərəfindən tikinti sənədi olmayan həyət evləri inşa edilir.

“Yeni Çağ”ın əldə etdiyi məlumata görə Masazır qəsəbəsi 6 nömrəli orta məktəbin yaxınlığında tikilərək kreditlə satılan evlərin bir çoxunun tikinti üçün rəsmi icazəsi yoxdur. Qeyd edək ki, “TikTok” sosial platformasında “EVİM_N1_DAŞINMAZ EMLAK” adlı səhifə hər gün canlı açaraq tikib satışa çıxardıqları evləri vətəndaşlara reklam edir. Həmin səhifədə bildirilir ki, evlərin rəsmi sənədi mövcuddur. Ancaq araşdırmamız zamanı məlum oldu ki, tikilən evlərin əksəriyyətinin yalnız torpaq çıxarışı var və bir çoxlarının tikintisi üçün rəsmi icazələri yoxdur. Masazır qəsəbəsi 6 saylı orta məktəbin yaxınlığında inşa edilən həyət evlərinin tikinti icazələrinin olub-olmaması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında axtarış aparsaq da, hər hansı bir məlumata rast gəlmədik.

Bu isə o anlama gəlir ki, hazırda Masazır qəsəbəsi 6 saylı orta məktəbin yaxınlığında inşa edilən bir çox evlərin tikintisi üçün aidiyyəti qurumlar olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur.

Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.

Məcəlləyə görə lövhədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.

Məlumata görə Masazır qəsəbəsi 6 saylı orta məktəbin yaxınlığında tikinti üçün rəsmi icazəsi olmadan evlərin tikintisini və satışını həyata keçirən dəllallar Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşaraq” işlərini rahat şəkildə aparırlar.

Mövzuya qayıdacağıq.

Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam