Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub -16 mərtəbəli binada böyük cinayət


Abşeron rayonu, Xırdalan şəhərində böyük bir tikinti cinayətinin üstü açılıb. Xırdalanda "Cahan" mərasim evi ilə üzbəüz 16 mərtəbəli yeni tikilən binanın mərtəbələri arasında betonun ovulub töküldüyü, keyfiyyətsiz olduğu üzə çıxıb.

Yenixeber.org: Bu barədə video süjet hazırlanıb, sosial mediada geniş təqdim olunub. Kadrda danışan şəxs əli ilə betonu yoxlayır və videodan da görünür ki, ovulub tökülür. Yəni buna beton da demək olmaz. Bu isə nəinki tikintiyə nəzarətsizlikdir, ümumiyyətlə, böyük bir təhlükənin, faciənin təməlinin qoyulmasıdır. Və həmin binanın 16 mərtəbəsində yaşayacaq sakinlərin hər an ölümlə üz-üzə qalması deməkdir. Üstəlik, hər mərtəbə bu vəziyyətdədir. Yəni "beton" qaşınıb tökülür. Sanki beton deyil, palçıq vurulub və insanların həyatı heçə sayılıb. 
Təbii ki, binanı tikən iş adamı birbaşa məsuliyyət daşıyır. Lakin bu məsələdə Fövqəladə Hallar Nazirliyi, onun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ikiqat cavabdeh tərəfdir. Çünki binanın hər mərtəbəsinin tikilməsi, keyfiyyəti, betonu işlənməsinə nəzarət edilir, yoxlanılır, rəy verilir, sonra inşa işləri aparılır. FHN-nin hər mərtəbə ilə bağlı rəyi olmasa, heç bir tikinti şirkəti iş görə bilməz. O zaman belə çıxır ki, FHN ya bu bina ilə maraqlanmayıb, ya da başdansovdu edib, ümumi rəy verərək iş adamı ilə birlikdə eyni səhlənkarlığa şərik olub. Əks təqdirdə, belə bir özbaşınalıq mümkün deyildi.  Görünür ki, FHN bina tikən tərəflə necə razılaşıbsa, ortaya bu rüsvayçılıq, tikinti cinayəti çıxıb. Bəs FHN-nin tabeliyində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov hara baxıb?
Ölkəmizin çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Bunu da FHN və agentlik bilmir? Betonu əllə ovulub tökülən binada gedən işlərə necə nəzarət olunub ki, bu vəziyyət yaranıb? Bu bina potensial ölüm mənbəyidir. Yəni nəinki zəlzələ, güclü bir külək də böyük fəsadlara səbəb ola bilər. Nə qədər gec deyil, dərhal müdaxilə lazımdır...(anxeber.az)

Azər Talıbov 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam