Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini təbrik etdi -MƏTN+FOTOLAR

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini 30 ilik yubiley münasibətilə təbrik edib.

Yenixeber.org: Təbrik məktubunda deyilir:

Hörmətli İlqar müəllim,

Sizi və rəhbərlik etdiyiniz kollektivi “Trend” Beynəlxalq İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyi Respublikamızın  aparıcı informasiya agentliyi olmaqla bərabər Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada  geniş oxucu kütləsini əhatə edir.  

Azərbaycanın azad və demokratik media məkanında xüsusi yeri olan “Trend” öz dəqiqliyi, qərəzsiz informasiya mübadilələri ilə oxucu kütləsi qarşısında önəmli yerlərdən birini tutur. Azad media məkanında çoxsaylı informasiya agentlikləri və portalları içində seçilmək və nüfuz qazanmaq çətin fəaliyyətin nəticəsidir.  

“Trend” Beynəlxalq İnformasiya Agentliyinin əhatə dairəsi yalnız ölkə ərazisi ilə məhdudlaşmır. Agentliyin əməkdaşları Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində fəaliyyət göstərir, müxtəlif ictimai-siyasi, mədəni, idman sahələrini, eləcə də iqtisadiyyatı əhatə edən məqalələri, araşdırmaları ilə də çoxsaylı oxucuların qonağı olur.

Hər bir informasiya agentliyi kimi, “Trend” də etibarlılıq prinsipini özünə əsas meyar kimi seçib. Bu səbəbdən də öz oxucuları qarşısında yüksək imicə sahib olmağı bacarıb.

Hörmətli İlqar müəllim,

Respublika Veteranlar Təşkilatı adından bir daha Sizi təbrik edir, Sizə cansağlığı,  gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam