Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

“Qurtuluş-93” yaşayış kompleksində təhlükə – Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb/VİDEO

Abşeron rayonunun Mazasız qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində baş verənlər sakinlər arasında ciddi təşviş yaradıb.
Yenixeber.org: Kompleksin 96 və 98-ci binalarının zirzəmilərində iaşə obyektləri üçün binanın dayaqları və aparıcı sütunları sökülüb. Daha da təhlükəli hal isə aparıcı divarın götürülərək onun yerinə plastikdən boydan-boya pəncərə qoyulmasıdır. Bu səbəbdən 5 mərtəbəli bina qəzalı vəziyyətə düşüb.
Sakinlər bildirirlər ki, belə bir müdaxilə onların həyatını birbaşa təhlükə altına salır. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, nəticə olmayıb.
İctimaiyyət haqlı sual verir: İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsi bu cür qanunsuz hallara necə göz yumur?
Sakinlər məsələ ilə bağlı təcili tədbir görülməsini və binaların təhlükəsizlik vəziyyətinin yenidən qiymətləndirilməsini tələb edirlər.(Azerbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam