Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"ELƏ BAĞLIYAM"

 

Yenixeber.org:  Tovuz bölgəsinin Əlimərdanlı kəndində yeganə dostum olan Şahbaz bəy! Yenicə nəşr olunmuş “ELƏ BAĞLIYAM” şeir kitabınız  münasibətilə Sizi təbrik edirəm. Kitabı hələ də vərəqləyir və diqqətlə oxuyuram. Kitabınızla əlaqədar olaraq Sizə şəxsi məktubum bir yana qalsın,yuxumda Sizdən nələr eşitdiyimi, söylədikləriniziinternet vasitəsi ilə çatdırmaq istəyirəm.

22.04.2017-ci il tarixdə mənə yuxumda söylədiyiniz şeirləri gecə saat 3-də yuxudan oyanıb yaddaşımdan silinənə kimi  tələm-tələskənliklə ağ vərəqə köçürməyə  başladım.

Şeirin adını belə diqtə etmişdiniz: “UNUTMURAM”

 

Aslanlı zadəyə zülüm eyləyən,

Yaralı Həziyə ölüm gətirən,

İkinci ulduza zalım kəsilən,

Yaşılgöz xaini mənunutmuram.

 

Qarabağda cəllad görüb,

Yurdumuzda faşist görüb,

O məkanda bəd-zat görüb,

Qatilləri unutmuram.

 

Körpələrə qan udduran,

Aqillərə tor qurduran,

Dirilərə qor vurduran,

Caniləri unutmuram.

 

Qisas qalmır qiyamətə,

Üz tutulur həqiqətə,

Kim nə deyir haqq niyyətə,

Döyüşməyi unutmuram.

 

Qarabağda sar oynadan,

Oylağımda var qazanan,

Torpağımda zor quduran,

Satqınları unutmuram.

     x            x            x

Vaxt-vədə yetişib əncam vaxtıdır,

Zaman da yetişib hücum vaxtıdır.

MÜBARİZ yetirib Vətən torpağı,

Əvəzsiz  böyüdüb Odlar diyarı.

Döyüşdə bərkiyib odu sönməzdir,

Səngərdə bəyləşib topu “Künbəz”dir.

Arxası xalqıdır-Azər türküdür,

Qisası haqlıdır torpaq tükündür.

 x             x           x

Sərkisi əzilib çulu toxunub,

Məzarı  qazılıb yolu yumrulub.

Dünyası daralıb ordusu başsız,

Vassalı qazanıb itkisi saysız.

Sahibi şimalda köməyindədir,

Zənciri əlində dəstəyindədir.

Erməni alətdir, çirkli unitaz,

“hayes”i çəkmədir dərdi tapılmaz.

 

Son vaxtları götürsək kəndimizdə Aydın yeganə şəxsiydi ki, şeirlə musiqi onun yaradıcılığnda vəhdət təşkil edirdi. Cox təəssüf ki, o, həyatdan tez köçdü. Əgər o yaşasaydı şeirin yazılışında  onun bilgisi heç kimin əməl etmədiyi istiqamətə yönələcək idi. Yəni axıcılıq, şirinlik olmaqla yanaşı misralarda bütövlüklə nəinki sonluqlar,hətta sözlərin hamısıqafiyələşməsi olacaq idi. Əlbəttə bu  çətin məsələ olmaqla bərabər yazarlardan gərgin əmək, zəhmət,ustadlıq və bilik tələb edir. Şerin oxunması tək onun məzmunundan yox, sözlərin seçilməsidən, düzülüşündən də asılıdır. Şeirin bazası tək bədii ədəbiyyatdeyil, tarixə ,fəlsəfəyə, atalar məsəllərinə,Nizamiyə M.P.Vaqifə,Aşıq Ələsgərə,M.Ə Sabirə,S.Vurğuna və dövrümüzdə yazılan şeirlərə də diqqət yetirmək lazımdır.

 

Şahbazın söylədiklərini qələmə aldı dostu Elxan Sarı oğlu.           

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam