Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Türkiyədə gözlənilən toz dumanı Azərbaycanda da müşahidə olunacaqmı?

 

Türkiyədə həftəsonu gözlənilən toz dumanının Azərbaycan ərazisində də müşahidə olunub-olunmayacağı açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova açıqlamasında deyib ki, yaxın iki gün ərazində Azərbaycanda tozla bağlı transsərhəd çirklənmə gözlənilmir.

O bildirib ki, Avropa Kosmik Agentliyi 15-18 aprel tarixlərində İtaliya,Türkiyə, Kipr və Yunanıstan ərazisinə səhra tozlarının daxil olacağı haqqında proqnoz verib: "Proqnoza əsəsən toz kütlələri Türkiyənin əsasən Ağdəniz hava hövzəsində müşahidə ediləcəyi gözlənilir. Peyk görüntülərinə, proqnoz proqramlarına və sinoptik xəritələrə əsasən demək olar ki, yaxın iki gün ərazində Azərbaycanda tozla bağlı transsərhəd çirklənmə gözlənilmir".

Xidmət əməkdaşı qeyd edib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda Bakı şəhərində yalnız Xətai rayonunda toz hissəciklərinin miqdarı normadan 1.2 dəfə yüksəkdir: "Buna səbəb ərazidə lokal təsirlərin mövcud olmasıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam