Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

NATO -hərbi hava qüvvələrinin təlimi başlayıb

 

NATO-ya üzv ölkələrin “Frizya Bayrağı-2022” adı altında hava hücumundan müdafiə qüvvələrinə yönəlik təlimləri başlayıb.

Yenixeber.org: Bu barədə Niderlandın şimalındakı Leuvardan “F-35” təyyarələrin bazasının yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, təlimlər əsasən Niderland krallığının hava sahəsində qismən də Danimarkanın hava məkanında keçirilir.

Tədbirdə ABŞ, Böyük Britaniya, Fransa və Kanadanın da 30 döyüş təyyarəsi iştirak edir.

Təlimə “F-35”, “F-18“, “F-16” döyüş təyyarələri ilə yanaşı “AH-64 Apache”, “AS532U2 Cougar” helikopterləri, “SA-6” və “SA-8” hava hücumundan müdafiə sistemləri də cəlb olunub.

Təlimlərə ev sahibliyi edən Niderlandın Leuvardan Aviasiya bazasının komandanı Cohan Van Deventer açıqlamasında bildirib ki, bunun Ukraynadakı müharibə ilə heç bir əlaqəsi yoxdur və bu cür təlimlər vaxtaşırı keçirilir.

Bildirilib ki, min nəfərin iştirak etdiyi təlim aprelin 8-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam