Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb

 “Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən Ermənistan silahlı qüvvələrinin təlimləri zamanı guya taktiki və ordu aviasiyasından istifadə edilməsi ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbər şişirdilib və erməni auditoriyasına hesablanıb"

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Təlimlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus yalnız iki Mi-24 tipli helikopter və iki Su-25 tipli təyyarə mayın 16-sı və 17-də uçuşlara cəlb olunub.
Helikopterlər mayın 16-da saat 08.45-də Erebuni aerodromundan qalxaraq Vardenis-Zod istiqamətində və geriyə uçuşlar həyata keçiriblər.
Təyyarələr isə mayın 17-də saat 09.44-də Ermənistanın Gümrü aerodromundan qalxaraq Sisian istiqamətində uçuş keçirib və dönmə manevri edərək saat 10.45-də Erebunu aerodromuna eniş ediblər.
Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanında hərəkət edən bütün aviasiya vasitələrini izləyir və onların uçuş marşrutları barədə məlumatlar dərhal HHQ-nin Komanda Məntəqəsinə avtomatik rejimdə ötürülür.
Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları arsenalında olan ən müasir silah kompleksləri ilə ölkəmizin hava hüdudlarını pozan istənilən hava hədəflərini məhv etməyə qadirdir.
Bir daha düşmənin bu kimi informasiya təxribatlarına uymamağa çağırırıq”, deyə nazirlikdən bildirilib.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam