Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ və NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərir

ABŞ və NATO    Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərir

ABŞ və onun NATO-dakı müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini səmanı Rusiyanın qanadlı raketlərindən qoruyacaq hava hücumundan müdafiə sistemləri ilə təmin edib. 
Yenixeber.org: Bu barədə CNN yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Söhbət sovet dövründən qalma zenit-raket komplekslərindən gedir. Bunlar “Osa” (NATO təsnifatına görə – SA-8), S-300 sistemləri (SA-10, SA-12) və daşınan “Strela-3” zenit-raket kompleksləridir. (SA- 14).
Bu sistemlər "Stinger" raketlərindən daha uzun məsafəyə atışa malikdir və bu da Rusiyanın qanadlı raketlərini vurmağa imkan verir.
Qeyd edilir ki, silahlar NATO tərəfdaşı olan ölkələr tərəfindən təmin edilib. Bu sistemlərin tədarükçü ölkəyə necə qaytarılacağı hələ aydın deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam