Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“TurAz Qartalı-2015” taktiki təlimləri davam edir

 

Azərbaycan və Türkiyənin hərbihava qüvvələrinin “TurAz Qartalı-2015” birgə taktiki təlimləri davam edir.

"Xeberinfo.com":    Məlumata görə, təlimlərə hər iki ölkənin hərbi hava qüvvələrinə məxsus Mi-35 döyüş, Mİ-24, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri, F-16, F-4E 2020, MİQ-29, SU-25 döyüş təyyarələri cəlb olunub.

Təlimlərdə müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlardakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirilir.
Hazırda Yevlax aerodromunda keçirilən birgə təlimlərin ssenarisinə əsasən döyüş təyyarələri və helikopterlər uçuşlar keçirməklə təlim-döyüş tapşırıqlarını uğurla icra edirlər. Sentyabrın 3-də Yevlaxda birgə təlimlər çərçivəsində əsas tapşırıq Mi-17 döyüş-nəqliyyat və Cougar AS532 helikopterləri ilə şərti olaraq qəzaya uğramış pilotu xüsusi təyinatlılarla birgə xilas edərək geri qayıtmaq olub. Suda və quruda bu tapşırıq müvəffəqiyyətlə yerinə yetirilib. Həmçinin, bu gün MİQ-29 və F-16 təyyarələri birgə olaraq orta və yaxın məsafəli hava döyüşü tədbirlərini, F-4 və SU-25 təyyarələri isə yerüstü hədəflərin məhv edilməsi üzrə birgə tədbirləri icra ediblər. Azərbaycan pilotları Türkiyə təyyarələrində, türkiyəlilər isə Azərbaycan təyyarələrində uçuş həyata keçiriblər.
Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, polkovnik Faiq Əliyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə pilotlarının birgə iştirakı ilə artıq 3-cü dəfədir ki, keçirilən bu təlimlər böyük əhəmiyyətə malikdir: “Təlimlərdə Türkiyənin Konya və Əskişəhər hava qüvvələri bazasından helikopter və döyüş təyyarələri iştirak edir. Hazırda Yevlax aerodromunda 6 ədəd F-16, 3 ədəd F-4 və 1 ədəd Cougar AS532 uçuşlar yerinə yetirir. Bu təlimlərin Azərbaycan havaqüvvələri üçün çox böyük üstünlükləri var. Biz çalışırıq ki, çoxmillətli birgə beynəlxalq təlimlərə hazırlaşaq. Hazırda bu təlimləri Türkiyə ilə birgə həyata keçiririk. Gələcəkdə Türkiyədə 15-ə yaxın ölkənin birgə iştirakı ilə keçirilən “Anadolu Qartalı” təlimlərində də təmsil olunmaq istəyirik. Biz sovet taktikasını bilirik, NATO taktikasını da artıq öyrənmişik. İndi bizim aviasiya qüvvələri bu iki taktikanın birləşməsindən yeniliklər əldə edir. Sovet və NATO təyyarələrində elektronika sistemi, sürət və hündürlük ölçmə, naviqasiya sistemləri fərqlidir. Pilotların öyrədilməsi metodu da fərqlidir. Azərbaycan və Türkiyə arasında ilk təlimlərlə müqayisədə artıq bizim pilotlarımız indiyədək bir çox işləri öyrəniblər. Təlimlər zamanı ortaq öyrətmə metodundan istifadə edirik. Pilotlarımız bir-birini tez başa düşür, tapşırıqlara düzgün və sərbəst şəkildə əməl edə bilirlər. Artıq bərabər uçuşlarımızda heç bir problem yoxdur”.
Azərbaycan Hərbi Hava Qüvvələrinin idarə rəisi, polkovnik Elçin Axundov APA-ya bildirib ki, hazırda “TurAz Qartalı-2015” birgə taktiki təlimləri çərçivəsində Bakı, Kürdəmir və Yevlax aerodromlarından uçuşlar həyata keçirilir: “Təlimlərə 200-dən çox şəxsi heyət, 60-dan artıq pilot cəlb olunub. Ümumilikdə təlimlərdə 30-a yaxın helikopter və döyüş təyyarəsi iştirak edir. Türkiyə bu təlimlərdə 3 ədəd F-4, 6 ədəd F-16 təyyarələri və bir helikopterlə təmsil olunur. Builki təlimlərdə əvvəlkilərdən fərqli olaraq, ilk dəfə Mi-35 döyüş, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri də iştirak edir”.
Qeyd edək ki, birgə taktiki təlimlər avqustun 18-dək davam edəcək.

 

Apa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam