Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Polşa Sovet istehsalı təyyarələri Kiyevə verə bilər

 

Amerika Birləşmiş Ştatları Polşanın ABŞ-dan F-16 qırıcılarını alması müqabilində Ukraynaya sovet istehsalı təyyarələri verə biləcəyi müqaviləni araşdırır.

Yenixeber.org: Bu barədə “The Wall Street Journal” adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin üzvləri ilə əlaqə saxlayıb və bu zaman o, Ukraynaya hərbi yardım, xüsusən də ukraynalı pilotların idarə edə bildiyi Rusiya istehsalı olan qırıcı təyyarələrin alınmasında yardıma çağırıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, Senatda azlıqların lideri Mitç Makonnell Zelenskidən ən çox nəyə ehtiyacı olduğunu soruşub, Zelenski isə ona döyüş təyyarələrinə ehtiyacı olduğunu deyib.

Zelenski Ukrayna üzərində uçuşa qadağa zonası yaradılmasından da söz açıb: “Əgər bunu edə bilmirsinizsə, heç olmasa mənə təyyarələr gətirin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam