Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“News.ru”:“Bir gecə və 30 il: Xocalı faciəsi azərbaycanlılar üçün yara olaraq qalır”

“News.ru”: “Bir gecə və 30 il: Xocalı faciəsi azərbaycanlılar üçün yara olaraq qalır”

Rusiyanın “News.ru” xəbər portalı Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş 

məqalə dərc edib.

“Report” xəbər verir ki, portal bu məqaləni öz teleqram kanalında da yerləşdirib.

Məqalə 30 il əvvəl erməni silahlı birləşmələrinin Xocalını işğal edərək azərbaycanlı sakinlərini qətlə yetirməsi, qətliam törətməsi faktının xatırladılması ilə başlayır, sonra isə hadisə şahidlərinin, o bölgədən olan rəsmilərin fikirləri yer alır.

50 yaşlı Dürdanə Ağayeva 8 gün erməni əsirliyində qaldığını və bunun ona 8 il kimi gəldiyini söyləyir: “Kiçik qardaşım Elşadla birlikdə səkkiz gün Qaraqaya qəsəbəsində qəfil düşmənə çevrilən keçmiş qonşularımız tərəfindən əsir götürüldük. O anları unuda bilmirəm. Ermənilərin gözümün qabağında hamilə qadını necə öldürdüyünü, məni və qardaşımı necə yaraladıqlarını dünənki kimi xatırlayıram. O vaxtdan özümü yaşayan ölü kimi hiss edirəm, sanki onda, həmin dəhşətli gecədə ölmüşəm”.

Xocalı sakini və kənd şurasının keçmiş rəhbəri, hazırda Milli Məclisin deputatı olan Elman Məmmədov 1992-ci il hadisələrini yalnız o dövrün nümayəndələrinin yox, həmçinin sonradan doğulan və hazırda gənc olanların da şəxsi üzüntüsü kimi qəbul etdiyini bildirib: “Bunu unutmaq olmaz. Axı bu, tarix kitabında hansısa fəsil deyil. Mən hadisədən 20 gün sonra meşədə anamın və iki nənəmin meyitini tapdım. Bunu necə unuda bilərəm?!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam