Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Xocalı soyqırımına həsr olunmuş məqalə dərc edilib-Belçika mətbuatında

 

 

Məqalə “Azerbaijan commemorates the victims of Khojaly massacre” adlanır

Yenixeber.org: Fevralın 28-də Belçikanın ingilis dilli “The Brussels Times” jurnalının rəsmi internet səhifəsində Xocalı soyqırımına həsr olunmuş “Azerbaijan commemorates the victims of Khojaly massacre” başlıqlı məqalə dərc edilib.

Məqalədə, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalının mülki əhalisinə qarşı cinayət törətdiyi, qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin həlak olduğu qeyd olunur.

Yazıda, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın digər ölkələrində yad edildiyi, bu faciənin Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğu vurğulanır, xüsusi amansızlıqla törədilən soyqırımın acı nəticələri barədə ətraflı məlumat verilir. Dəhşətli hadisədən 26 il ötməsinə baxmayaraq, Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı və bir milyon qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilmədiyini vurğulanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunması və bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməməsindən bəhs edilir.

Məqalədə həmçinin azərbaycanlıların dəfələrlə erməni təcavüzünə məruz qalmalarının dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsi ilə bağlı məlumatlandırılması və dünya ölkələrinin bu faciəyə siyasi və hüquqi qiymət verməsinə nail olmaq məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının başladıldığı və bugünədək kampaniyaya 120.000 insan və 115 təşkilatın qoşulması barədə məlumat verilir.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam