Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib-İsveçrədə

 

İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cü ildönümünə həsr edilmiş "Xocalıdan danışaq!" mövzusunda ədəbi-bədii videogörüş keçirilib.

Yenixeber.org: Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan virtual tədbirə İsveçrənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız qoşulublar.

Tədbir iştirakçılarını salamlayan "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyeva bildirib ki, xalqımızın qan yaddaşına yazılmış Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Odur ki, belə faciələrin bir daha təkrarlanmaması naminə dünya birliyi erməni faşizmi kimi qorxulu meyllərin meydana çıxmasına yol verməməli, Xocalı soyqırımını rəsmən tanımalı, cinayətkarların məsuliyyətə cəlb edilməsinə nail olmalıdır.

Xocali hadisələrinin şahidi olan Vüqar Cəfərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdikləri vəhşiliklərdən danışıb, ömrünün sonuna qədər erməni faşizminin xalqımızın başına gətirdiyi müsibətləri unutmayacağını, cinayətkarların ədalət mühakiməsinə cəlb olunmasının vacibliyini bildirib.

Tədbirin bədii hissəsində Xocaliya həsr edilmiş şeirlər, xanəndə Rəvanə Qurbanovanın və tarzən Rövşən Qurbanovun ifasında muğam parçaları səsləndirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam