Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

DİN-dən xəbərdarlıq:“Yüksək səslə sərnişinləri çağıranlara qarşı tədbirlər görüləcək”

 

“Yüksək səslə sərnişinləri çağıranlara qarşı tədbirlər görüləcək”.

Yenixeber.org: Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev deyib.

O bildirib ki, paytaxt ərazisində sərnişinlərin, piyadaların, həmçinin avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir:

“Növbəti bu kimi tədbir Binəqədi rayonu ərazisi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında baş tutub. Rayonlararası sərnişindaşıma ilə məşğul olan taksi sürücüləri avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törədirdi. Tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində bu kimi neqativ halların qarşısı alınıb. Sözügedən ərazidə 24 saat polis əməkdaşları xidmət göstərir”.

“Yalnız Binəqədi rayon ərazisi deyil, paytaxtın digər ərazilərində də sərnişindaşıma ilə məşğul olan sürücülər bu cür neqativ hallara yol verməməli, yolun hərəkət hissəsində avtomobillərini park etməməlidirlər. Yüksək səslə sərnişinləri çağırmaqla digər şəxslərə mane törədirlər. Bu cür neqativ halların qarşısını almaq üçün tərəfimizdən lazımi tədbirlər görüləcək”, - o bildirib.

Qeyd edək ki, paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan avtomobillər üçün xüsusi yerlər ayrılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam