Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

DYP -avtobus və taksi sürücülərinə müraciət etdi

 

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ictimai nəqliyyat vasitələrinin (avtobus və taksi) sürücülərinə müraciət edib.

Yenixeber.org: İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirtmək lazımdır.

O qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində "Taksi" tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təhciz olunmalı, onun salonunda taksometr, sürücünün adı, soyadı, fotoşəkili və daşıyıcının adı, ünvanı, telefon nömrəsi barədə məlumat lövhəsi yerləşdirilməlidir:

"Taksi sürücüləri sərnişinləri düşürən zaman dayanma durma qadağan olunmayan yerdə dayanmalı, sifariş gözləyərkən isə 5.14 nişanı ilə işarələnmiş taksi duracaqlarında durmalıdırlar. Taksi duracağı ilə işarələnməmiş yerdə dayanıb sifariş gözləmək qanunvericiliklə qadağandır. O cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər bu tələblərlə yanaşı sərnişin daşıma üçün xüsusi icazə sənədinin də (fərqlənmə nişanının) qaydasında olmasına nəzarət etməlidir".

V.Əsədov həmçinin avtobus sürücülərinə səslənərək bildirib ki, sərnişinlərin daşınması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yalnız xüsusi ayırılmış avtobus dayanacaqlarında dayansınlar:

"Yolun hərəkət hissəsinin ikinci cərgəsində avtobusun saxlanılması təbii ki, yolun daralmasına və arxadan hərəkət edən avtomobil sürücülərinin hərəkətinə maneə yaradır. Ona görə də hərəkət iştirakçılarına maneə yaratmamaq üçün qanunvericiliyin tələblərinə riayət etmək lazımdır. Avtobus sürücüsünün dayanacaqdan kənarda dayanmasına, sərnişinlərlə birgə yanacaq doldurma məntəqəsinə daxil olmasına görə, o cümlədən taksi sürücüləri işarələnmiş taksi duracaqlarından kənarda sifariş qəbul etməsinə və fərqlənmə nişanı olmadan sərnişin daşımasına görə məsuliyyətə cəlb ediləcəklər".

İdarənin şöbə rəisinin sözlərinə görə, 2021-ci il yanvar ayının 1-dən bu günə kimi taksi fəaliyyəti ilə məşğul olan sürücülər qarşısında qoyulmuş tələbləri pozan yüzdən artıq sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib:

"Eyni zamanda bu ay ərzində səksənə yaxın avtobus sürücüsü barədə də inzibati tənbeh tədbirləri görülüb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam