Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Cəlilabadda polis əməkdaşı yol qəzasına düşüb -Bakıya göndərilib

Cəlilabadda polis əməkdaşı yol qəzasına düşüb, Bakıya göndərilib

Cəlilabad Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev yol qəzasına düşüb.

Yenixeber.org: Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, T.Atakişiyev dekabrın 29-da axşam saatlarında xidmətdən kənar vaxtda “VAZ-21214” markalı şəxsi avtomobili ilə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq yol kənarına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosuna polis əməkdaşının vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə təxliyə edildiyi vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam