Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəlilabad polisi sosial şəbəkə vasitəsilə -narkotik alan şəxsi saxlayıb

Cəlilabad polisi sosial şəbəkə vasitəsilə narkotik alan şəxsi saxlayıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan yenixeber.org-a daxil olmuş məlumata görə Cəlilabad Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev və Abşeron rayon sakini Q.Əliyev sonuncunun idarə etdiyi “Nexia” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin avtomobilə keçirilən baxış zamanı oradan R.Əliyeva məxsus ayrı-ayrı bağlamalarda ümumi çəkisi 4 kiloqram 670 qram narkotik vasitə heroin, 270 qram psixotop maddə metamfetamin və 2 kiloqram 870 qram həşiş qətranı aşkarlanaraq götürülüb. R.Əliyevin həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam