Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zaqatalada dəhşətli qəza:bir ailənin 6 üzvü xəsarət aldı

 Zaqatalada bir ailənin 6 üzvü qəzaya düşüb. Hadisə ötən gecə saat 03 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu, Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib

Yenixeber.org: Balakən rayonu Tülü kənd sakini, 1974-cü il təvəllüdlü Ramiz Bayram oğlu Seyidov idarə etdiyi “Mersedes” markalı “99 KT 616″ dövlət nömrə nişanlı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb və maşın yolun səviyyəsindən 4 metr aşağıdakı düzənliyə düşüb. Qəzadan sonra sürücü R. Seyidov, onun həyat yoldaşı – 1981-ci il təvəllüdlü Aytən Kamil qızı Seyidova, onların övladları – 2000-ci il təvəllüdlü Xəqani və 2001-ci il təvəllüdlü Sənan, Ramizin bacısı-1976-cı il təvəllüdlü Esmira Bayram qızı Məmmədova və Esmiranın qızı – 2014-cü il təvəllüdlü Fatimə Loğman qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan sayta bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalicələrini davam etdirmək üçün Balakən MRX-a göndəriliblər.
Balakən MRX-dan isə bildirilib ki, yaralılardan 3 yaşlı Fatimə Məmmədova reanimasiya, R. Seyidov və E. Məmmədova cərrahiyə şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam