Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Türkiyədə 770 nəfərin əmlakına həbs qoyulub -aralarında azərbaycanlı da var

Türkiyədə 770 nəfərin əmlakına həbs qoyulub, aralarında azərbaycanlı da var

Türkiyədə terrorçuluqda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub.

Yenixeber.org: Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu ilə xəzinə və maliyyə naziri Nürəddin Nəbati birgə qərar imzalayıblar.

Siyahıya FETÖ/PDY (Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu), PKK/KCK (Kürdüstan Fəhlə Partiyası/Kürdüstan İcmalar İttifaqı), habelə dini-ekstrimist və radikal solçu təşkilatların üzvləri daxil edilib.

Əmlaklarına həbs qoyulanlar arasında HDP-nin hazırda həbsdə olan keçmiş həmsədri Səlahəttin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaş, FETÖ/PDY-nın hazırda axtarışda olan əsas şəxslərindən biri Adil Öksüz, Emre Uslu, Tuncay Opçin, Cevheri Güven, hazırda həbsdə olan keçmiş prokuror Zekeriya Öz, Tarık Toros və Abdülkerim Balcı da var.

“Əmlaka həbs qoyulması haqqında” qərara görə, FETÖ/PDY terror təşkilatının 454, PKK/KCK terror təşkilatının 108, dindən sui-istifadə edən terror təşkilatlarının 119, solçu terror təşkilatlarının 89 üzvünün, həmçinin 1 vəqfin (“Niaqara”) əmlakına həbs qoyulub.

Siyahıda 34 yaşlı azərbaycanlı Məmmədova Ülkər Şahmurad qızı da var. İŞİD üzvü olduğu qeyd olunan Ü.Məmmədova Azərbaycanın Qubadlı rayonunda doğulub.

Qeyd edək ki, Ülkər Məmmədova 2015-ci ildə Türkiyənin paytaxtı Ankarada 103 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə təqsirli bilinən İŞİD üzvü Mustafa Dokumacının həyat yoldaşı olub. Ü.Məmmədova 2021-ci il oktyabrın 9-da Suriyadan Türkiyəyə keçərək polisə təslim olub. Bildirilib ki, Ü.Məmmədova İŞİD-in “canlı bomba” siyahısında olub. Onun sözlərinə görə, M.Dokumacı 2020-ci ildə zərbə PUA-sı tərəfindən zərərsizləşdirilib.

Bundan başqa, atası ehtiyata buraxılan polkovnik olan Ülkər Məmmədova Azərbaycanda politologiya ixtisasına qəbul olsa da, baş örtüyü səbəbindən universitetə gedə bilməyib. Bu səbəbdən oxumaq üçün Türkiyəyə üz tutan qadın Konyanın Səlcuq Universitetinə qəbul olub. Burada o, feysbukda Mustafa Dokumacı ilə tanış olaraq onunla evlənib və İŞİD-ə cəlb olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam