Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

FETÖ işi -1112 nəfərin həbsinə qərar verildi

 

FETÖ işi - 1112 nəfərin həbsinə qərar verildi
Ankara Cümhuriyyət Baş Prokurorluğunun 2010-cu ildə keçirilən polisdən komissarlığa keçid İmtahanı ilə bağlı apardığı istintaq çərçivəsində Türkiyənin 76 əyalətində FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqədə şübhəli bilinən 1112 nəfərin həbsi barədə qərar çıxarılıb.
 Yenixeber.org: "Anadolu" agentliyi xəbər verir ki, istintaq nəticəsində FETÖ-nun imtahan suallarını əvvəlcədən əldə edərək terror təşkilatının üzvlərinə ötürdüyü üzə çıxıb.

Sualların göndərildiyi 76 əyalətdə bu işdə əli olan 1112 nəfərin həbs edilməsi üçün Türkiyə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə departamenti əyalət polisləri ilə eyni vaxtda xüsusi birgə əməliyyat başladıb.

Eyni zamanda, FETÖ-nun köməyi ilə sualları əvvəlcədən əldə edərək komissar köməkçisi vəzifəsinə keçən 45 şübhəli barəsində də həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Türkiyədəki 2016-cı il dövlət çevrilişi cəhdindən sonra indiyədək 77 mindən çox şübhəli həbs edilib. Həmçinin, ümumilikdə 150 min dövlət qulluqçusu və hərbçi FETÖ ilə əlaqədə təqsirli bilinərək ya işdən qovulub, ya da saxlanılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam