Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər -Azərbaycanda

Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər

“Öz ərizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq”.

Yenixeber.org: Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, gələcəkdə öz ərizəsi ilə çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.

Komitə sədri deputat Əli Məsimlinin qanun layihəsinin I oxunuşda dediyi “pandemiya dövründə Azərbaycanda 267 900 nəfər öz ərizəsi ilə işdən çıxıb” fikrinə də münasibət bildirib: “Pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib. Onu da vurğulayım ki, bu müddət ərzində 387 min insan isə işə qəbul olunub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam