Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Bakıda dini toy karvanı təşkil edənlərə bu maddələrlə cinayət işi açıldı -VİDEO


Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edən, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini pozaraq toy məclisi təşkil edən şəxslərlə bağlı yeni məlumatlar var.
Yenixeber.org: Toy karvanında iştirak etmiş 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, protokollar tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 

Belə ki, onlardan 14 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (Avtoxuliqalıq) maddəsi ilə, 3 nəfər barəsində isə 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə ilə protokollar tərtib olunub. 
Toy təşkilatçıları olan Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılaraq barələrində cinayət işi başlanılıb.
Qeyd edək ki, oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam