Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəmkirdə 120 nəfərdən ibarət toy mərasimi -Polis basqın etdi

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən "Pavlovniya" restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər 3 əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam