Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Mingəçevirdə -qanunsuz fəaliyyət göstərən obyektlər aşkarlanıb


Mingəçevir şəhərində karantin qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən, eləcə də müştərilərə qəlyan təklif edən bir neçə obyekt aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə,  Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı  “Travel” və “Çempion” çay evlərinin sanitar-epidemioloji normaları pozaraq, gecə saat 12-dən sonra işlədiyi məlum olub. Həmin obyektlərin icarədarları–Nizami Mustafayev və Razi Əliyev, eləcə də 7 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə çay evlərini işlədənlər barəsində müvafiq qərar qəbul olunub.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə “3D” çay evində müştərilərə qəlyan təklif edildiyi və ondan istifadəyə şərait yaradıldığı məlum olub. Həmin obyektə baxış keçirilib və icarədar Nurlan Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Esmira Hidayətova, Mingəçevir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam