Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Gəncədə 4 nəfər həbs edildi, 19 obyekt sahibi cərimələndi

Gəncədə 4 nəfər həbs edildi, 19 obyekt sahibi cərimələndi
Gəncədə karantin rejimini pozan şəxslər barədə inzibati tədbir görülüb.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı ümumilikdə 208 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlarda 204-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 4 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 19 nəfəri iaşə obyektlərinin sahibləridir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam